SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Bəhruz Kəngərli 
   (1892-1922) 
Bəhruz  (Şamil) 
Şirəli  bəy  oğlu  Kəngərli 
1892-ci  ildə  Naxçıvanda 
zadəgan  ailəsində  anadan 
olub.  Uşaqlıqda  ciddi 
xəstəlik  keçirən  Kəngərli 
ağır  eşitdiyindən  ümumtəhsil  məktəbinə  gedə  bilməmişdir.  Bəhruzu  yüksək  əl 
qabiliyyətinə  görə  Tiflisdə  yerləşən  Qafqaz  İncəsənəti  Təşviq  Cəmiyyətinin 
nəzdindəki  Boyakarlıq  və  Heykəltəraşlıq  Məktəbinə  qəbul  etmişlər.  1910-1915-ci 
illərdə  o  burada  təhsil  almış,  rəssamlığın  bir  çox  istiqamətlərində  gücünü 
sınamışdır. 
Bəhruz 
Kəngərlinin 
rəssam 
kimi 
püxtələşməsində 
Cəlil 
Məmmədquluzadənin  və  "Molla  Nəsrəddin"  jurnalının  böyük  rolu  olmuşdur. 
Yaradıcılığının  ilk  dövründə  mollanəsrəddinçi  rəssam  O.Şmerlinqdən  dərs  alan 
Bəhruz  hər  hansısa  bir  hadisənin  və  ya  obyektin  mahiyyətini  bir  baxışla  anlamaq 
və onu təsvir etmək vərdişlərinə yiyələnmişdi. 
Karikatura  və  satirik  rəsmlər  çəkməyə  başlayan  rəssam  çox  keçmir  ki, 
rəssamlığın digər janrlarında da işləməyə başlayır. Onun akvarel və yağlı boyalarla 
işlədiyi mənzərələr rənglərin əlvanlığı, boyaların rəngarəngliyi, təsvirin reallığı ilə 
insanı  valeh  edir.  Gücünü  portret  janrında  sınamaq  istəyən  Bəhruz  dostlarının  bir 
neçə  uğurlu  təsvirini  yaratmışdır.  Onun  çəkdiyi  ilk  portretlər  sırasında  müəllimi 
rəssam  O.Şmerlinqin  və  tələbə  yoldaşı  -  L.Qudiaşvilinin  portretləri  on 
mükəmməlləridir.  O,  eyni  zamanda  təsadüfi,  sadə  insanların  portretlərini  də 

204 
 
çəkmişdir.  Belə  əsərlər  arasında  "Qoca  kişi"  portreti  diqqəti  daha  çox  cəlb  edir. 
Bəhruz  Kəngərlinin  məişət  səhnələrini  təsvir  edən  rəsm  əsərləri  böyük,  çox 
kompozisiyalı  quruluşu,  hər  bir  obrazın  səlis  işlənməsi  ilə  tamaşaçının  diqqətini 
cəlb  edir.  Belə  əsərlər  sırasında  "Toy",  "Elçilik"  və  s.  süjetli  rəsmlər  xüsusilə 
seçilir. 
1914-cü  ilin  iyununda  rəssamın  Naxçıvanda  ilk  böyük  sərgisi 
keçirilmişdir.  Orada  göstərilən  rəsmlər  həmyerlilərini  heyran  etmişdir. 
Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Naxçıvan  təbiətinin  gözəllikləri,  çəkdiyi 
insanların  cizgilərindəki  müdriklik  bu  rəsm  əsərlərinin  diqqəti  cəlb  edən  cəhətləri 
idi. Süjetli əsərlər də maraqla qarşılanmışdır. O vaxt  “İqbal” qəzeti sərgi və onun 
müəllifi haqqında uzaqgörənliklə yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız 
olacaqdır". 
Cəmi  7  il  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmağa  möhlət  tapmış  rəssam 
2000-ə  qədər  rəsm  əsəri  yaratmışdır.  O,  realist  ifadəliliyi,  yüksək  bədii-estetik 
dəyəri  ilə  diqqəti  cəlb  edən  çoxlu  portret,  mənzərə,  natürmort  və  s.  çəkmişdir. 
Kəngərlini  insanlarda  onların  daxili  aləmi  maraqlandırırdı.  O,  insanların  zahirini 
təsvir etməklə onların daxili dünyasını açıb göstərməyə çalışırdı. Dövrün qabaqcıl 
ziyalılarının, sadə adamların B.Kəngərli tərəfindən işlənmiş portretləri ilk növbədə 
məna  dərinliyi  ilə  tamaşaçının  diqqətini  cəlb  edir.  Bu  portretlər  həm  də  yüksək 
bədii zövqlə işlənmişlər. Onların arasında "Yaşlı kişi", "Gürcü" portretləri xüsusilə 
seçilir. 
 
Rəssamın yaradıcılığında mənzərə janrı  
mühüm  yer  tutur. 
Onun  mənzərələrində  əsasən  təbiət  gözəllikləri  əks  edilmişdir.  "Şəlalə",  "Dağlıq 
mənzərə",  "İlanlıdağ  ay  işığında",  "Günəş  batarkən",  "Ağrı  dağı",  "Köhnə 
qala",  "Əliabad  kəndində  darvaza",  "Yamxana  kəndinə  gedən  yol",  "Əshabi-kəhf 
dağı" və s. mənzərələr bu qəbildən olan əsərlərdir. 
"Payız",  "Bahar"  adlı  rəsm  əsərlərində  ilin  fəsillərinin  xüsusiyyətləri, 
Azərbaycan təbiətinin hər fəsildə gözəl olması göstərilir. 
Azərbaycan  xalqının  tarixi-memarlıq  abidələrini  təsvir  edən  Kəngərli 
onların  vasitəsilə  xalqımızın  möhtəşəm  keçmişindən  söz  açır.  Rəssamın 
mədəniyyət  abidələri  təsvirləri  arasında  "Mömünə  xatın  türbəsi"  adlı  əsəri  öz 
möhtəşəmliyi  ilə  seçilir.  Bəhruz  Kəngərli  həm  də  Azərbaycan  teatr  rəssamlığının 
banilərindəndir.  O  dövrdə  teatrlarda  peşəkar  rəssamlar  yox  idi,  dekorasiya  və 
geyimlər bir çox hallarda artistlərin özləri tərəfindən seçilir və yaradılırdı. Bəhruz 
Kəngərli  XX  əsrin  10-cu  illərində  Naxçıvan  teatrında  Cəlil  Məmmədquluzadənin 
"Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhimbəy Haqverdiyevin 
"Pəri-cadu" pyesləri əsasında hazırlanmış tamaşalara bədii tərtibat vermiş və geyim 
eskizləri  çəkmişdir,  Azərbaycan  Cümhuriyyətinin  yaradılmasını  rəğbətlə 
qarşılayan  Bəhruz  Kəngərli  milli  müstəqil  dövlətimizin  mövcud  olduğu  illərdə 

205 
 
böyük işlər görmüşdür. Eyni zamanda, 1918 - 1920-ci illərdə o, yaradıcılığından da 
qalmamış,  boyakarlıq  və  qrafika  əsərləri  yaratmışdır.  Əsl  Azərbaycan  vətəndaşı, 
vətənpərvər  bir  insan  olan  Bəhruz  Kəngərli  1918  -1920-ci  illərdə  erməni 
daşnaklarının  Azərbaycanda  törətdikləri  faciələri  təsvir  etmiş,  öz  dədə-baba 
torpaqlarından  zorla  qovulmuş  və  Naxçıvana  pənah  gətirmiş  azərbaycanlı 
qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Rəssam bu əsərləri ilə 
azərbaycanlıları onlara qarşı edilən vəhşilikləri unutmamağa çağırır, eyni zamanda, 
dünya  ictimaiyyətinə  incəsənət  əsərləri  vasitəsilə  Azərbaycan  həqiqətlərini 
çatdırmağa can atırdı. 
Mövzu  aktuallığına  və  ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi 
hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı 
və  psixoloji  ifadəliliyi  ilə  fərqlənir.  Bu  silsilədən  olan  "Qaçqınlar",  "Qaçqın  qız", 
"Qaçqın  oğlan",  "Qaçqın  qadın",  "Yurdsuz  ailə",  "Qaçqın  Gümşün",  "Ayaqyalın 
qaçqın  oğlan"  və  s.  onlarca  qaçqının  portretləri  təkcə  sənətkarlıq  səviyyəsi 
baxımından  deyil,  tarixi  sənəd  kimi  də  dəyərlidir.  Bəhruz  Kəngərli  portret  ustası 
kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam 
təsvir  etdiyi  qaçqın  uşaqların  hər  birinin  simasında  didərgin  düşdükləri  ata-baba 
ocaqlarının  həsrətini,  keçirdikləri hiss və  həyəcanları,  gözlərinə  qonmuş qüssə  və 
kədəri özünəməxsus ustalıqla əks etdirmişdir. 
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Sovet 
Rusiyasının əli ilə Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzlər, 
minlərlə  vətənpərvər  insanın  qətlə  yetirilməsi,  Azərbaycanın  talanması,  xalqın  öz 
tarixindən və mədəniyyətindən uzaqlaşdırılması rəssama ağır təsir göstərmişdir. Öz 
hisslərini cilovlaya bilməyən rəssam onları yaratdığı əsərlərlə büruzə vermişdir. 
Olduqca məhsuldar işləyən rəssamın 1921-ci ildə Azərbaycanda açılan ilk 
böyük sərgisində onun 500-dən artıq əsəri nümayiş etdirilmişdir. 
Hal-hazırda Bəhruz Kəngərlinin  əsərləri R.Mustafayev adına  Azərbaycan 
Dövlət  İncəsənət  Muzeyində,  Naxçıvan  Dövlət  Tarix  Muzeyində,  Moskvada 
Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanır. 
Bəhruz Kəngərli 1922-ci ildə Naxçıvanda vəfat etmişdir. 

206 
 
Hacı  Zeynalabdin  Tağıyev 
Azərbaycan 
iqtisadiyyatının 
müstəmləkə xarakterinə zərbə vuran ilk 
milli  sənayeçimizdir.  Xeyirxahlıq  və 
fəzilət  nümunəsi,  sərvət  və  səxavət 
sahibi  hesab  edilən  Tağıyev  türk  və 
müsəlman  dünyasının  ən  tanınmış 
xeyriyyəçisi olmuşdur. 
Azərbaycan  tarixinə  Hacı  Zeynalabdin 
Tağıyev  Azərbaycan  sahibkarlığının 
görkəmli  nümayəndəsi,  xeyriyyəçi, 
maarifpərvər  və  ictimai  xadim  kimi 
daxil olmuşdur.
 
Hacı Zeynalabdin Tağıyev 
       (1823-1924) 
Hacı  Zeynalabdin  Tağıyev  1823-cü  ildə  Bakıda  İçərişəhər  deyilən  yerdə 
anadan  olmuşdur.  Atası  Məhəmmədtağı  başmaqçı  olduğundan  ailəsi  çox  kasıb 
yaşayırmış. Ailəsinə kömək məqsədi ilə Zeynalabdin də kiçik yaşlarından atasının 
emalatxanasında  işləməyə  başlayır.  15  yaşına  çatdıqda  atası  onu  bənna  yanına 
fəhlə  qoyur.  Çox  keçmir  ki,  oğlanın  fərasətini  görən  bənna  onu  özünə  köməkçi 
teyin edir. Bir az pul qazandıqdan sonra  Zeynalabdin ticarətlə  də  məşğul olmağa 
başlayır. 
1872-ci  ildə  neftli  torpaqlar  hərraca  qoyulduqda  Tağıyev  də  torpaq  payı 
icarəyə  götürür.  Ümidini  heç  zaman  itirməyən  Tağıyev,  nəhayət,  arzusuna  çatır: 
götürdüyü  torpaqdan  neft  fontan  vurur.  "H.Z.Tağıyev"  adlandırdığı  neft  şirkətini 
qeydiyyata  aldıran  Zeynalabdin  mədənində  ustalara  yüksək  maaş  verir,  ən  yeni 
avadanlıq  quraşdırır.  Nəticədə  onun  gəlirləri  sürətlə  artmağa  başlayır.  Bundan 
sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə 
layiq  görülür.  1896-cı  ildə  onun  neft  şirkəti  hasilatda  ən  yüksək  göstəriciyə  nail 
olur  -  32  milyon  pud  (1  pud  -  16  kq).  Müqayisə  üçün  xatırladaq  ki,  Nobel 
qardaşları şirkəti ildə 28 milyon pud neft hasil edirdi. O həm də Bakı neftini Xəzər 
dənizi  və  Qafqaz  dəmir  yolu  vasitəsilə  ixrac  edən  ən  böyük  sahibkarlardan  idi. 
Məqsədyönlü  tədbirləri  nəticəsində  Tağıyev  Azərbaycan  iqtisadiyyatının 
müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçimiz oldu. 
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev 
qeyri-neft  sektoruna  sərmayə  qoyur.  Onun  inşa  etdirdiyi  Bakı  toxuculuq  fabriki 

207 
 
Azərbaycanda  yeni  istehsal  sahəsinin  başlanğıcı  olur.  Toxuculuq  fabriklərini 
xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün 
torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. 
Bakının  ən  iri  ticarət  mərkəzi  sayılan  ticarət  evini  də  Tağıyev  təşkil 
etmişdir. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq 
vətəgələrinə  sahib  olmuşdur.  O,  balıq  məhsullarının  saxlanmasını  təmin  etmək 
üçün  Port-Petrovsk  (indiki  Mahaçqala)  şəhərində  soyuducu  zavodu,  buz  istehsalı 
zavodu,  çəllək  zavodu  inşa  etdirmişdir.  Tağıyevin  fəaliyyət  sahələrindən  biri  də 
rabitə  ilə  bağlı  olmuşdur.  Telefon  xətlərinin  çəkilişində  əsas    mövqelər  onun  
şirkətinə  məxsus  idi.  O  həm  də  daşınmaz  əmlakın  alınıb-satılması  ilə  məşğul 
olurdu.  Tağıyev  həmçinin  Port-Petroskda  tikiş  fabriki,  Moskvada  ticarət 
müəssisələri  açmışdır.Onun metal emalı və gəmi təmiri zavodları da var idi.  
Bakıda  elektrik  xətləri  çəkən  “Elektrosila”  səhmdar  cəmiyyətinin 
direktorları  arasında  Tağıyev  yeganə  azərbaycanlı  olmuşdur.  1903-cü  ildə  onun 
təklifi  ilə  milli  sahibkarlarımızdan  ibarət  yaradılmış  yeni  ittifaq  Xəzər 
yanacaqdoldurma  donanmasında  milli kapitalı bu sahənin  əsas qüvvəsinə  çevirdi. 
Yeyinti  sənayesinə  diqqət  yetirən  Tağıyev  üzüm  bağları  saldırmış,  üzümçülük 
təsərrüfatları  yaratmış,  Mərdəkanda  elektrik  dəyirmanı  tikdirmişdır.  Onun  "Kür-
Xəzər gəmiçilik cəmiyyəti" xarici nəqliyyat şirkətləri ilə rəqabət aparırdı. 
Tağıyevin bank kontoru kredit müəssisələri sırasına daxil olmuşdur. 1914-
cü  ildə  onun  yaratdığı  Bakı  Ticarət  Bankı  yeni  sənaye  müəssisələrinin 
maliyyələşdirilməsi,  yerli  sahibkarlara  maddi  dəstək  verilməsi  sahəsində 
əhəmiyyətli tədbirlər həyata keçirmişdir. 
1879-cu  ildə  Bakı  şəhər  Dumasının  üzvü  seçilən  Tağıyev  şəhərsalma 
məsələlərinə  böyük  diqqət  yetirir.  1905-ci  ildə  Tağıyev  şəhər  özünüidarəetmə 
sistemində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunmasını 
təklif etmişdir. 1904-cü ildə Şollar - Bakı su kəmərinin tikintisinə şəxsi vəsaitindən 
də  xeyli  pul  ayırmış,  ingilis  mütəxəssislərini  bu  kəmərin  çəkilməsinə  dəvət 
etmişdir. 
Hacı  Zeynalabdin  Tağıyevin  xeyriyyəçilik  tədbirləri  xalqın  yaddaşına 
əbədi həkk olunmuşdur. Bakıda ilk teatr binasını o inşa etdirmiş, müsəlman qızları 
üçün  ilk  təhsil  məktəbi,  Abşeronda  fəhlələr  üçün  ilk  qəsəbə  saldırmışdır  (burada 
abad  evlərdən  başqa,  ambulatoriya  və  məktəb  də  var  idi).  Onun  vəsaiti  hesabına 
kitablar,  o  cümlədən  Seyid  Əzim  Şirvaninin,  Sultanməcid  Qənizadənin,  Nəriman 
Nərimanovun  və  başqalarının  kitabları  çap  edilmiş,  onlardan  bəziləri  Tağıyevin 
hesabına xarici dillərə tərcümə və nəşr olunmuşdur. Tağıyev 1895-ci ildə "Kaspi" 
qəzetini  və  nəşriyyatını  alır.  "Kaspi"  nəşriyyatında  çap  edilən  ilk  kitab  "Quran" 
olmuşdur  (Azərbaycan  dilində).  O,  maarifçiliklə  məşğul  olan  digər  qəzet  və 
jurnalların nəşrlərinə də böyük sərmayələr qoymuşdur. 

208 
 
Milli kadrların hazırlanmasında Tağıyevin müstəsna xidmətləri olmuşdur. 
O  öz  hesabına  tələbələri  Rusiyanın  müxtəlif  ali  məktəblərində  oxudurdu.  Onun 
köməyini  almış  şəxslər  arasında  Nəriman  Nərimanov,  Məşədi  Əzizbəyov, 
Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli, Behbud ağa Cavanşir, Lütfəli bəy 
Behbudov, Nəsib bəy Yusifbəyli, Mirzə Davud Hüseynov, Maxac Daxadayev, Mir 
Həsən  Vəzirov,  Xudadat  bəy  Məlikaslanov,  Şövkət  Məmmədova,  Ruhulla 
Axundov və onlarca başqalarını göstərmək olar. 
1902-ci ildə Şamaxı zəlzələsi zamanı Tağıyev bu şəhərin əhalisinə böyük 
köməklik  göstərmişdir.  Tağıyev  yeni  tipli  təhsil  ocaqlarını  ərəb,  fars,  rus,  türk 
dilində  kitablarla,  tədris  vəsaiti  və  məktəb  avadanlığı  ilə  təmin  etdirirdi.  Onun 
"Nəşri-maarif", "Nicat" cəmiyyətləri kitab və dərsliklərin çap edilməsində qabaqcıl 
yerləri tuturdu. O həmçinin Bakı texniki məktəbində 12 yoxsul müsəlman tələbəni 
öz  hesabına  oxudurdu.  Bakıda  texniki-kommersiya  və  peşə  məktəblərinin 
açılmasına,  onlarda  kabinet  və  laboratoriyaların  təşkil  edilməsinə  əlavə  yardım 
göstərirdi. Tağıyev öz hesabına yaşlılar üçün rus dili kursları təşkil etmişdi. 
1905  -  1911-ci  illərdə  Cənubi  Azərbaycanda  baş  verən  hadisələr  zamanı 
Tağıyev  inqilabçılara  maliyyə  köməkliyi  göstərmişdir.  O,  İranda,  Türkiyədə, 
Hindistanda,  Misirdə  və  başqa  müsəlman  ölkələrində  məktəblərə,  xeyriyyə 
cəmiyyətlərinə  böyük  vəsaitlər  keçirmiş,  Rusiya  müsəlmanlarına  da  yardımını 
əsirgəməmişdir. Tağıyev Moskva, Peterburq, Odessa, Vladiqafqaz, Tiflis, Kutaisi, 
Xarkov, Mahaçqala, Həştərxan şəhərlərində,  eləcə  də Krımın, Sibirin, Volqaboyu 
ərazilərin  müxtəlif  şəhərlərində  türk  dilində  məktəblərin  açılışına  böyük  həcmdə 
sərmayə qoymuşdur. Dərbənddə qızlar məktəbi onun sərmayəsi sayəsində fəaliyyət 
göstərmişdir. Tağıyev Peterburqda gözəl bir məscid inşa etdirmişdir. Maraqlıdır ki, 
Misir  məktəblərində  Tağıyevin  müsəlman  dünyasının  görkəmli  xeyriyyəçisi  kimi 
tanınmasına həsr edilən dərslər keçilmişdir. 
Türkçülük  mövqeyindən  çıxış  edən  Tağıyev  bəzən  Rusiya  rəsmi 
dairələrinin  əleyhinə  getməkdən  də  çəkinmirdi.  O,  Balkan  müharibəsi  zamanı 
osmanlılara  pul  yardımı  göstərmiş,  I  Dünya  müharibəsi  gedişində  ermənilərin 
vəhşiliklərindən  ziyan  çəkmiş  Osmanlı 
vilayətlərinə  köməklik  əlini 
əsirgəməmişdir.  Tağıyev  hətta  gizli  fəaliyyət  göstərən  "Müsavat"  partiyasına  da 
yardım  etmişdir.  1918-ci  il  mart  hadisələri  zamanı  Azərbaycan  dəstələrini  təmin 
edən  Tağıyev  əhali  Abşeron  kəndlərinə  çəkiləndə  İrandan  dəniz  yolu  ilə  ərzaq 
gətirtdirib  onu  pulsuz  olaraq  camaata  paylatmışdı.  İsmayıl  bəy  Qaspralının 
"Tərcüman"  qəzetinin  Qafqazda  yayılmasına  öz  yardım  əlini  uzatmış  Tağıyev 
1917-ci ildə Qafqaz müsəlmanlarının qurultayına pul köməkliyi göstərmişdi. 
1918-ci  ildə  Azərbaycanın  müstəqillik  qazanması  xəbərini  sevinclə 
qarşılayan  Tağıyev  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bütün  tədbirlərində  fəal 
iştirak  etmişdir.  O,  hökumət  başçısı  N.Yusifbəyliyə  yazdığı  təkliflər  paketində 

209 
 
qeyd  edirdi:  "Siyasi  müstəqillik  yalnız  maliyyə  və  iqtisadi  müstəqillik  əsasında 
mümkündür. Bunsuz siyasi mənada azad vətəndaşlar sənaye və ticarət baxımından 
özlərinin daha güclü qonşularının quluna çevrilirlər". 
Sovet 
hökuməti 
Tağıyevin  bütün  əmlakını  milliləşdirdi,  lakin 
N.Nərimanovun  təkidi  ilə  ona  Mərdəkandakı  bağında  yaşamağa  icazə  verildi. 
N.Nərimanov onu həmişə - Bakıda olanda da, Moskvada işlədiyi zaman da himayə 
etmiş,  hətta  dünyasını  dəyişəndə  haqqında  qəzetlərdə  nekroloq  çap  olunmasını 
tələb  etmişdir.  N.Nərimanov  Tağıyevi  iqtisadi  proseslərin  gedişinə  cəlb  etmək 
məqsədi ilə  yazırdı ki, o hətta respublika üçün Qərb ölkələrindən kredit ala bilər: 
"Qərbi Avropa ona daha çox etibar edər, nəinki bizə. Əgər o, kredit açarsa, həmin 
pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə edə bilərik". Lakin Moskva 
bu təklifləri rədd etdi. 
1924-cü ildə Mərdəkandakı bağında vəfat edən Hacı Zeynalabdin Tağıyev 
elə həmin kənddə öz vəsiyyəti ilə axund Əbuturabın məqbərəsi yanında dəfn edilib. 
N.Nərimanovun ölümündən sonra Tağıyevin adı tariximizdən silinmiş, onun ailəsi 
isə təqib olunmuşdur. 

210 
 
Azərbaycan  xalqının  milli  oyanışında  və  istiqlal 
ideyalarının  yayılmasında  görkəmli  Azərbaycan 
şairi  Mirzə  Ələkbər  Sabir  (Tahirzadə)  müstəsna 
xidmətləri  olmuşdur.  Maarifpərvər  ziyalı  olan 
Sabir  ictimai  satira  formasını  inkişaf  etdirərək 
onu  inqilabi  satira  səviyyəsinə  qaldırmışdır.  O, 
haqlı  olaraq  bu  ədəbi  məktəbin  banisi  hesab 
olunur.  Azərbaycan  xalqının  milli  şüurunun, 
özünüdərkinin  formalaşmasında  Sabir  poeziyası 
müstəsna  əhəmiyyətə  malik  olmuşdur.  Klassik 
Azərbaycan 
poeziyasının 
ənənələrindən 
bəhrələnən  Sabir  şeri  Azərbaycan  poeziyasını 
yeni bir zirvəyə qaldırmışdır.
 
Mirzə Ələkbər Sabir 
     (1862-1911) 
 
Mirzə  Ələkbər  Sabir  (Tahirzadə)  1862-ci  il  mayın  30-da  qədim 
Azərbaycan  şəhəri  Şamaxıda  anadan  olmuşdur.  Xırda  alverlə  məşğul  olan  atası 
Məşədi  Ələkbər  Hacı  Zeynalabdin  Tahirzadə  kasıblıq  ucbatından  ailəsini  güclə 
dolandırsa  da,  uşaqlarını  oxutmağa  çalışmışdır.  İlk  təhsilini  1869-1874-cü  illərdə 
Şamaxıda  mollaxanada  almış  Mirzə  Ələkbər  daha  sonra  görkəmli  Azərbaycan 
ziyalısı Seyid Əzim Şirvaninin "üsuli-cədid" məktəbinə daxil olmuş və 1875-1877-
ci  illərdə  burada  təhsil  almışdır.  Məktəbdə  mütərəqqi  üsullarla  qurulmuş  təhsil 
sistemi Sabirin dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. 
1884-cü  ildə  22  yaşında  ikən  o  səyahətə  çıxmışdır.  Mirzə  Ələkbər  Sabir 
Qafqaz, İran, Orta Asiya və İraqın şəhərlərində olmuş, müsəlman ölkələrində həyat 
tərzini,  mövcud  problemləri  müşahidə  etmişdir.  Aşqabat,  Buxara,  Səmərqənd, 
Mərv, Səbzəvar şəhərlərində Sabir bir çox özbək və türkmən ziyalıları ilə dostluq 
əlaqələri yaratmışdır. 1886-cı ildə vətənə qayıdan Sabir artıq belə qənaətə gəlmişdi 
ki,  müsəlman  ölkələrini,  demək  olar,  eyni  problemlər  bürümüşdür.  Onları  aradan 
qaldırmaq üçünsə ilk növbədə təhsil sistemi təkmilləşdirilməlidir. 
Şamaxıda  yaşayan  Sabir  burada  sabun  bişirməklə  güzəran  keçirirdi.  Aza 
qane  olan  ziyalı  insan  bu  dövrdə  öz  düşüncələrini,  görüb-götürdüklərini  şeirləri 
vasitəsilə  ifadə  etməyə  çalışırdı.  İlk  şerini  hələ  8  yaşında  yazan  Sabir  onları 
qohumlarından  başqa  heç  kəsə  göstərmirdi.  1901-ci  ildə  Azərbaycanın 
maarifpərvər şairi Abbas Səhhətlə görüşən Sabir şeirlərini ona göstərmiş və ondan 

211 
 
bu şeirləri çap etdirməkçün məsləhət almışdır. Abbas Səhhəti Sabirin şeirlərindəki 
vətənpərvərlik,  incə  yumor  hissi  və  satiranın  orijinal  tərzdə  vəhdət  təşkil  etməsi 
cəlb etmişdir. Şamaxı ziyalılarından Ağəli bəy Nasehin təşkil etdiyi ədəbi məclisin 
üzvü  olan  Sabir  maarifpərvərlik  ruhunda  yazdığı  "Şükrillah  ki,  afitabi  süxən" 
misrası  ilə  başlayan  şerini  1903-cü  ildə  Tiflisdə  "Şərqi-Rus"  qəzetində  çap 
etdirmişdir.  Firidun  bəy  Köçərli  və  Sultanməcid  Qənizadə  ilə  dostluq  Sabirin 
ictimai həyatla bağlı düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdir. 
1905  -  1907-ci  illərin  təlatümlü  hadisələrində  geniş  ictimai  və  ədəbi 
fəaliyyət  göstərən  Sabir  əvvəlcə  "Həyat",  sonra  isə  "İrşad"  qəzetlərində  şeir  və 
məqalələr dərc etdirmişdir. 1906-cı ildən başlayaraq şair "Molla Nəsrəddin" jurnalı 
ilə əməkdaşlıq edir. Onun bu jurnalda çap olunmuş "Millət necə tarac olur-olsun, 
nə  işim  var"  adlı  şeri  dillər  əzbəri  olmuşdu.  1906  -  1910-cu  illərdə  Sabir  "Molla 
Nəsrəddin"  jurnalında  156  şeir  çap  etdirmişdir.  Şeirlərinə  görə  mürtəce  qüvvələr 
tərəfindən təqiblərə məruz qalan şair onları daim dəyişilən təxəllüslərlə (cəmi 40-a 
yaxın  təxəllüs  arasında  ən  çox  istifadə  etdiyi  "Hophop",  "Ağlar  güləyən", 
"Boynuburuq"  təxəllüsləri  idi)  çap  etdirmək  məcburiyyətində  qalmışdır.  "Molla 
Nəsrəddin"  jurnalında  iştirakı  Sabirin  yaradıcılığının  ən  yetkin,  məhsuldar 
dövrüdür.  Hələ  1905-ci  ildə  çap  olunmuş  "Beynəlmiləl"  şeri  Sabiri  xalqlar 
dostluğunun  təbliğatçısı  kimi  tanıtmaqdan  əlavə,  onun  realizm,  tərəqqi  və 
demokratiya uğrunda mübarizə aparacağına işarə edən manifest ruhlu əsər idi. 
O, Azərbaycanın digər qəzet və jurnalları ilə də əməkdaşlıq edirdi. Mirzə 
Ələkbər  Sabir  1906  -  1908-ci  illərdə  "Dəbistan",  "Rəhbər",  "Füyuzat",  "Tazə 
həyat"da, 1909 - 1910-cu illərdə "Həqiqət" və "Zənbur"da şeirlər və tərcümələrlə 
çıxış  etmişdir.  Azərbaycan  ədəbiyyatının  incilərindən  sayılan  "Niyə  mən  dərsdən 
qaçdım", "Axundla keşişin vədi" kimi felyetonlarını o, Cəlil Məmmədquluzadə ilə 
birlikdə yazmışdır. 
1908-ci  ildə  Sabir  Bakı  quberniyası  ruhani  idarəsində  xüsusi  komissiya 
qarşısında  imtahan  verərək  şəriət  müəllimi  olmaq  hüququ  qazanır  və  Şamaxıda 
"Ümid" adlı məktəb açır. Yeni üsullu tədris sistemi əsasında qurulmuş bu  məktəb 
Şamaxının  ictimai  həyatında  çox  mühüm  rol  oynamışdır.  Lakin  məktəbdəki 
fəaliyyəti böyük qüvvə və zəhmət tələb edir, bu isə şair kimi onu qane etmirdi. 
1910-cu ildə Bakıya  köçən Mirzə Ələkbər Sabir "Tazə həyat", "Həqiqət" 
qəzetləri  redaksiyalarında,  "Səda"  mətbəəsində  müsəhhih  (korrektor)  işləmiş, 
"Nəşri-maarif” cəmiyyətinin Balaxanı məktəbində dərs demişdir. Lakin qara ciyər 
xəstəliyindən  əziyyət  çəkən  şairin  halı  günü-gündən  pisləşirdi.  Cəlil 
Məmmədquluzadə  və  Həmidə  xanım  Sabiri  müalicə  üçün  Tiflisə  dəvət  edirlər.  3 
aylıq  müalicə  kursundan  sonra  belə  yüngüllük  hiss  etməyən  şair  1910-cu  ilin 
dekabrında Şamaxıya qayıdır və ömrünün son aylarını ağır maddi çətinliklər içində 
yaşayır. 

212 
 
Yaradıcılığının ilk çağlarında lirik şair  kimi tanınan Mirzə  Ələkbər Sabir 
qəzəl,  qəsidə,  rübai,  mərsiyə,  növhə  janrlarında  şeirlər  yazmışdır.  Lakin  tədricən 
ictimai  satiraya daha çox  meyl edən şair satira  yazmağa başlayır  və 1905-ci ildən 
artıq  inqilabi  satiranın  əsasını  qoyur.  Qasım  bəy  Zakir,  Baba  bəy  Şakir,  Seyid 
Əzim Şirvaninin ədəbi irsinin davamçısı olan Sabir çarizmin milli zülmünün, sosial 
ədalətsizliyə  əsaslanan  yaramaz  ictimai  quruluşun  qəniminə  çevrilmişdir.  Xalqı 
soyub-talayanlara,  ictimai  tərəqqiyə  mane  olanlara  qarşı  kəskin  mövqe  tutan  şair 
xurafat  və  mövhumat,  köhnəlmiş  adət-ənənələr,  həmçinin  müstəbid  çar,  şah  və 
sultan  rejimlərinin  əleyhinə  satirik  şeirlər  yazırdı.  Eyni  zamanda  milli  və  sosial 
azadlıq  ideyalarının  və  mübarizəsinin  tərənnümü  də  Sabir  şerinin  başlıca 
mövzularından  olmuşdur.  Azərbaycan  ədəbiyyatının,  eyni  zamanda  ictimai  və 
bədii  fikrinin  ən  böyük  simalarından  olan  Sabir  tənqidi  realizmin  qüdrətli 
nümayəndəsi  kimi  ədəbi  irsimizdə  dərin  iz  qoymuşdur.  Humanizm  və  azadlıq 
ideyaları  Sabir  realizminin  canıdır.  Sabirin  şeirləri  Azərbaycan  ədəbiyyatı  və 
mətbuatında  inqilabi-demokratik  meyillərin  möhkəmlənməsinə  ciddi  təsir 
göstərmişdir. Eyni zamanda romantizm, dini-sxolastik və formalist şeirlər əleyhinə 
çıxış edən şair xalq mənafeyinə xəyanət, istismarçılara isə yaltaqlıq edən yazıçı və 
şairləri  "əxlaqsız"  adlandırırdı.  O,  həqiqi  sənətkar  üçün  vətənpərvərliyi,  xəlqiliyi, 
"əsrin aynası" olmağı müqəddəs vəzifə sayırdı, "Pisi pis, əyrini əyri, düzü həmvar" 
yazmağı  tövsiyə  edirdi.  Şair  "Nə  yazım?",  "Atmış  niqabi-hüsnün",  "Ey  alnı  ay" 
şeirlərində  özünün  ədəbi-tənqidi  və  estetik  fikirlərini  izah  etmişdir.  Böyük  bədii 
ümumiləşdirmə qüvvəsinə malik Sabir realizmi xalqın müxtəlif zümrələrindən olan 
satirik  tipləri  ifşa  edir,  onların  tarixi  inkişaf  prosesində  mövqeyi  və  daxili  aləmi 
haqqında  oxucuda  canlı,  inandırıcı  təsəvvür  yaradırdı.  Onun  yaratdığı  bu  tipik 
obrazlar  isə  tarixi,  milli  və  etnoqrafik  koloriti,  həqiqətə  uyğunluğu  ilə 
diqqətəlayiqdir. "Bakı fəhlələrinə", "Təraneyi-əsilanə", "Fəhlə, özünü...", "Əkinçi", 
"Ağlaşma",  "Bizə  nə?", "Dilənçi"  və  s.  şeirlərində  Sabir  fəhlə  və  kəndlilərin  ağır 
həyat tərzini canlandırmağa müvəffəq olmuşdur. Azərbaycanı vahid görmək arzusu 
ilə  yaşayan  sair  öz  şeirlərində  Cənubi  Azərbaycanda  şah  rejiminə  qarşı  aparılan 
mübarizəni  alqışlamış  və  hətta  azadlıq  mübarizəsinin  lideri  Səttarxana  şeir  həsr 
etmişdir. 
Mürtəce  qüvvələrin  bütün  təhqirlərinə,  ətrafını  bürüyən  "tənə  seli"nə 
baxmayaraq,  şair  yaradıcılıq  məramına,  vətəndaşlıq  borcuna  daim  sadiq  qalmış, 
sonadək ideallarının qələbəsinə inanmışdır. 
Sabirin poeziyasında lirik motivlər də qüvvətlidir. Çox hallarda onun lirik 
şeirlərində zalımlara nifrət məzlumlara məhəbbət hissi ilə üzvi birləşmişdir. Onun 
"Neylərdin, ilahi", "Yaşadıqca xərabə Şirvanda", "Ruhum" və s. şeirləri bilavasitə 
lirik  janrda  yazılmışdır.  Sabir  uşaqlar  üçün  də  yazmışdır.  Onun  uşaq  şeirləri  XX 

213 
 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  ən 
hörmətli  ziyalılardan  biri  də  Əli  bəy  Hüseynzadə 
olmuşdur.  Onun  azərbaycanlılardan  “türk  qanlı, 
müsəlman  etiqadlı,  firəng  fikirli,  Avropa  qiyafəli 
fədai”  yetişdirmək  ideyası  çox  sürətlə  “türkləşmək, 
islamlaşmaq,  müasirləşmək”  şəklində  cəmiyyət 
arasında  yayılmış,  tədricən  siyasi  şüara  çevrilmişdir. 
Türkdilli  xalqların  birləşməsini  arzulayan  Əli  bəyin 
idealı Çin səddindən Ərəbistan səhralarınadək əraziləri 
əhatə  edən  böyük  Turan  imperiyası  və  ən  sevimli 
sözləri isə:  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin