Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə72/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   68   69   70   71   72   73   74   75   ...   147
* * *

 

 

Hərdən Zibillikdə (bəzən elə o hündürmərtəbəli binaların həyətlərində  də) 



Əliqulunun rəqibləri peyda olurdu və bu adamlar peşəkar şüşəyığanlar deyildi, çünki 

peşəkar  şüşəyığanların meşə heyvanları kimi, hərəsinin öz ərazisi olurdu və onlar 

çalışırdı ki, bir-birinin ərazisinə girməsin, bir-birinin işinə qarışmasın; o qəfil peyda 

olan rəqiblər alkoqoliklər idi, tapdıqları şüşələri tələsik dükana aparıb əvəzində pivə, 

bəxtləri gətirsəydi, yəni, şüşə çox olsaydı, şirin çaxır alırdılar və bu alkoqoliklər tək 

olanda dünyanın  ən köməksiz və  cəsarətsiz yazıq bəndələri idi, amma elə ki, iki 

nəfər, üç nəfər oldular, əməlli-başlı qorxulu olurdular, boş şüşə üstündə lap adam da 

öldürərdilər və o isti iyul səhəri elektrik qatarından düşüb adamın təpəsini deşən gün 

şüalarının altında Zibilliyə tərəf gedən Əliqulu uzaqdan orada iki nəfərin qaraltısını 

görəndə qanı qaraldı  və bir az da yaxınlaşanda məlum oldu ki, bu iki nəfər iki 

alkoqolik rus qadınıdır, hərəsi əlinə bir taxta alıb Zibilliyi eşələyir. 

O alkoqolik rus qadınlarından biri başını qaldırıb qapaqları  şişmiş  rəngsiz 

gözlərini günün şüaları altında qıya-qıya bu cılız kişiyə – Əliquluya baxıb, elə bil, 

çoxdan onu gözləyirmiş kimi: 

– A-a-a!..– dedi.– Prişol da!.. Oqraş!.. – Sonra da bir yağlı rus ana söyüşü söydü. 

Ikinci qadın da Əliquluya baxdı, amma, deyəsən, onun birinci qadın qədər 

enerjisi yox idi, quruyub çatdamış  və qaralmış dodaqlarının kənarları  ağappaq 

köpüklənmişdi və bu qadın təkcə elə: 

– Svoloç!– deməklə kifayətləndi. 



 

320


Əlbəttə, bu qadınlar üçün bu saat bu Zibillikdə beşcə dənə boş şüşə tapıb aparıb 

əvəzinə bir dənə Xırdalan pivəsi almaq və adama bir stəkan o sərin pivədən içmək 

bu səfeh dünyanın bütün məna və məzmununa dəyərdi və həqiqət bundan ibarət idi 

ki, Əliqulunun, ayaq üstə güclə dayanan və Abşeronda iyul gününün bu cırhacırında 

pivəsizlikdən alışıb-yanan o qadınabənzər məxluqlara cani-dildən yazığı  gəlirdi və 

hərgah o şüşələri Əliqulu eşələyib Zibillikdən çıxarsaydı, vallah, bəlkə də, könüllü 

olaraq bu bədbəxtlərə verərdi. 

Amma o iki rus qadınının, əlbəttə, Əliqulunun bu gözəl fikirlərindən xəbəri yox 

idi və  Əliqulu bu dəm onlar üçün şikarlarına  şərik çıxa biləcək bir rəqib idi və 

onlardan nə desən, gözləmək olardı, buna görə  də  Əliqulu o iki qadına tərəf 

getməyib, Zibilliyin arxa tərəfinə keçdi və kim bilir, bəlkə də, elə Allah qəsdən o iki 

alkoqolik rus qadınını ora gətirmişdi ki, Əliqulu Zibilliyin arxa tərəfinə keçsin? 

Əliqulu Zibilliyin arxa tərəfinə keçdi və elə o an ki, çubuğunu Zibilliyə  tərəf 

uzatdı, elə ondaca o sarı dəmir işıltısını gördü: o yerə ki, indicə çubuğu toxunacaqdı, 

düz elə həmin yerdə o sarı dəmir işıldayırdı. 

Indi cürbəcür içki şüşələrinin cürbəcür də qapağı olurdu, o cümlədən, sarı 

dəmirdən qapaqlar olurdu və onlar da günün şüası altında hərdən beləcə 

parıldayırdılar, amma bu dəfə Əliqulu elə o işıltını görən kimi hiss etdi ki, bu, şüşə 

qapağının işıltısı deyil və çubuğu heç zibilliyə toxundurmadan kənara atdı, bir addım 

irəli gedib o sarı dəmir parçasını götürdü.  

Əvvəllər də zibil yeşiklərində, lap elə bu Zibillikdə olurdu ki, nəsə tapırdı: xırda 

pullar, qızıl suyuna çəkilmiş üzük, sırğa və sairə bu kimi şeylər, hətta sovetin axır 

vaxtlarında bir dəfə bir göy əllilik tapmışdı, ən çox dolaşığa salan da lotereya bileti 

olurdu, cırmayıb atırdılar zibil yeşiyinə və bilmirdin ki, bunları yoxlayıb atıblar, ya 

səhvən gəlib bura düşüb, ona görə  də  hər dəfə zibil yeşiklərindən bütöv lotereya 

biletləri tapanda, Əliqulu «Araz» kinoteatrının yanındakı  Əmanət Kassasının giriş 

qapısına gedirdi və həmişə orada asılan uduş cədvəllərində o lotereyaları yoxlayırdı, 

amma hələ bu çağacan heç nə udmamışdı, o lotereya biletlərini ya artıq yoxlayıb 

tullamışdılar, ya da sahiblərinin bəxtinə bir şey düşməmişdi. 

Amma bu dəfə məsələ tamam başqa idi: Əliqulunun ovcunda... 

neçə idi? 

bir... iki... üç... 

on altı...  

düz on altı qızıl dişdən ibarət bir karonka dayanmışdı. 

Əliqulu ovcunu yumdu, təzədən açdı  və o on altı dişdən ibarət karonka eləcə 

ovcunun içində idi. 

Əvvəlcə  Əliquluya elə  gəldi ki, nəsə  oğurluq kimi bir iş görür, sonra o hiss 

keçdi, çünki Bakı da daxil olmaqla, bu boyda Abşeronda bu dişlərin sahibini necə 

tapmaq olardı?– bu mümkünsüz bir iş idi, sonra o hiss bir nigarançılıqla  əvəz 

olundu, görəsən, kim imiş bu dişlərin sahibi? bəlkə onu öldürüb bu dişləri bura 

atıblar? bəlkə bu dişlərin başında nəsə bir qəzavü-qədər var? sonra o nigarançılığın 

yerini bir təşviş hissi tutdu...  

... amma nahaq...  

... bu qızıl dişlərin sahibi kasıb adam deyildi – bu, bir... ... ikincisi, şübhəsiz ki, 

bu adam yaşlı adam idi, çünki indi heç kim ağzına bu qədər qızıl diş qoymurdu... 

... üçüncüsü isə, buna – qismət deyərdilər, bəxt deyərdilər, nə bilim, naxış 

deyərdilər və bu qismətdən, bu bəxtdən, naxışdan imtina etmək,  əlbəttə, düzgün 

olmazdı. 




 

321


Əliqulu ayaq barmaqlarının ucuna qalxıb Zibilliyin o biri üzünə tərəf boylandı, 

elə bil ki, o iki rus qadını indicə  gəlib haray-həşirlə bu qisməti onun əlindən 

alacaqdılar, amma zibil təpəsi elə hündür idi ki, o iki rus qadınını buradan görmək 

mümkün deyildi və ümumiyyətlə, Əliqulunun onlarla nə işi var idi?  

Tez buradan çıxıb getmək lazım idi. 

Əliqulu o qızıl karonkanı pencəyinin yan cibinə qoydu, daha doğrusu, o qızıl 

karonkanı ovucunda büküb əlini cibinə qoydu və bir müddət  əlini eləcə cibində 

saxladı, elə bil, o qisməti cibinə qoyub, əlini cibindən çıxarsaydı, karonka cibindən 

düşüb itəcəkdi. 

Əliqulunun özünün ağzında cəmi yeddi diş qalmışdı, arvadının da ağzında – beş 

idi, ya altıydı,– diş var idi və  Əliqulu özünün də, arvadının dişlərini düzəltdirmək 

fikrində deyildi, çünki bir dəfə qonşuları klarnetçalan Fətulla məhəllədə, qoşa tut 

ağacının altında oturub nərd oynayanda Əliqulu da oradaydı  və  Fətulla təzə 

saldırdığı  qızıl dişini göstərib: «– Alə, bilirsüz neçəyə salıblar bunu? Iki yüz otuz 

min manata! Alə,  əlli dollar eləyir e!.. Neyniyim, muzukantam də, gərək mırığ 

olmayım! Ona görə, kəsdim uşaqların boğazından, dedim, davay e!..»– deyəndə o 

«əlli dollar» sözü Əliquluya elə təsir etmişdi ki, ondan sonra özünün də, arvadının 

da dişini heç yadına da salmırdı  və arvadı da qapının ağzındakı  kətildə oturub 

qovrulmuş tum sata-sata, o tumdan özü çırtlaya bilmirdi, hərdən tum dənəsinin 

qabığını  dırnaqları ilə  təmizləyib atırdı  ağzına və damaqları ilə  əzməyə çalışıb 

udurdu. 

Onu əlliyə vuranda eləyir beş yüz. Beş yüz!.. Altını da əlliyə vuranda eləyir nə 

qədər? Üç yüz! Üç yüz, o da beş yüz, elədi səkkiz yüz. Səkkiz yüz! Səkkiz yüz 

dollar! 


Əliqulu cibində saxladığı o on altı  qızıldişli karonkanı ovucunda sıxdı  və 

ovucunda heç vaxt duymadığı bir hərarət hiss etdi, o hiss, elə bil, günün o 

cırhacırında yüngülcə bir sərin meh olub əsdi, elə bil, uzaqları da yaxınlaşdırdı və 

birdən-birə heç vaxt görmədiyi Svyatoslavın sifəti gəlib durdu Əliqulunun 

gözlərinin qabağında və bu uşaq sifətinin cizgiləri, düzdü, tam dəqiq deyildi, amma 

saçları sarışın və gözləri də gömgöy idi. 

Əliqulu cibində ovcunu bir də bərkdən sıxdı, hətta elə sıxdı ki, qızıl dişlər şüşə 

yığmaqdan, torba daşımaqdan cadar-cadar olmuş ovcunu incitdi, elə bil, o dişlər 

Əliqulunun ovcunu dişlədi və bu hissiyyat ilə, yəni, o dişlərin onun ovcunu incitməsi 

(dişləməsi!) ilə o səkkiz yüz dollar möcüzəsi arasında elə bir uyuşmazlıq var idi və 

bu uyuşmazlıqla Svyatoslavın o gözəl sarışın saçları və göy gözləri o dərəcədə bir-

biri ilə tutuşmurdu ki, Əliqulu az qala cismani olaraq başa düşdü: bu məsələni tez 

qurtarmaq lazımdır. 

Amma necə? 

Və bu vaxt Qızıl Müseyib onun yadına düşdü. 



 

322


Qızıl Müseyib – əlbəttə, o zaman «Qızıl Müseyib» deyildi, adicə Müseyib idi, 

uşaqlar ona Müsü deyirdilər – Əliqulu ilə bir məhəllədə böyümüşdü, on dörd-on beş 

yaşı olanda köçüb getdilər və Əliqulu onu bir də otuz beş-qırx ildən sonra təsadüfən 

gördü: boş  şüşə sorağı ilə Bakının mərkəzindəki gözəl və böyük bir binanın 

mənzillərini gəzəndə, o mənzillərdən birinin qapısını Müsü açdı  və  Əliqulu onu 

görən kimi tanıdı, amma Əliqulu tanışlıq versə  də, öz evlərinin yerini – qoşa tut 

ağacının qabağını – nişan versə  də, o, Əliqulunu yaxşı yadına sala bilmədi, buna 

baxmayaraq, evində  nə  qədər boş  şüşə var idi, hamısını  yığıb gətirib  Əliquluya 

müftə verdi. Sonralar Əliqulu o binanın həyətinə  gəlib-getdikcə bina sakinlərinin 

Müseyibə necə hörmət etdiklərini, onunla hesablaşdıqlarını görmüşdü (misal üçün, 

Müseyib keçəndə  həyətdəki skamyada oturanlar varıydısa, ayağa qalxıb onunla 

salamlaşırdılar, ya səhər-səhər Müseyib maşınını  işə salanda həyətdəki uşaqlar tez 

qaçıb həyətin dəmir darvazanı açırdılar və s.), Müseyibin diş  həkimi və «Qızıl 

Müseyib» olduğunu bilmişdi və bu müddət  ərzində  də Müseyib hərdənbir həyətdə 

Əliqulunu görəndə, özü: «Gəl, qalxaq evə, yaxşı boş şüşələr yığmışam səninçün»– 

demişdi və yenə də boş şüşələri ona müftə vermişdi. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin