Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə73/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   69   70   71   72   73   74   75   76   ...   147
* * *

 

 

Əliqulu heç vaxt liftə minmirdi, nə idisə, liftə  qəti etibarı yox idi, hündür 



binaları da mərtəbə-mərtəbə piyada qalxırdı  və  həmin iyul axşamı «Sabunçu 

vağzalı»nda elektrik qatarından düşüb bu tərəfə üz tutanda da, indi də Müseyibin 

yaşadığı bu binanın mərtəbələrini qalxdıqca, ürəyində bir nigarançılıq var idi: 

Əliqulu yaxşı bilirdi ki, yalan danışmağı bacarmır, heç əslinə qalsa, onun həyatında 

yalan danışmaq üçün bir səbəb də olmamışdı, amma bu on altı qızıl dişli karonkanı 

Müsüyə göstərib nə deməliydi? hardandı bu? kim verib? arvadımındı? özümündü? 

bəs kimindi? və Allahın bu gözəl qismətini ki, həyatında ilk dəfə Əliqulunun bəxtinə 

düşmüşdü, nə adla Müsüyə satmalıydı? 

Və  Əliqulu səkkizinci mərbəyə çatıb Müseyibin qoz ağacından tünd qəhvəyi 

rəngli qapısı ağzında dayananda da bu nigarançılıq içində bir müddət nəfəsini dərdi, 

hətta elə bir an oldu ki, Əliqulu düşüb buradan qaçmaq da istədi, amma, bu Allah 

qismətinin müqabilində,  əlbəttə, belə  iş görmək olmazdı  və  Əliqulu elə o 

nigarançılıq içində də özünü gözgörəti bir zor ilə məcbur edib boş torbanı tutmuş sol 

əlini qaldırdı və o qoz ağacından tünd qəhvəyi rəngli qapının zəngini basdı. 

O zəng səsindən sonra, həmin o hissiyyat təzədən qayıtdı  və bu dəfə  Əliqulu 

özünə güc gələ bilməyib elə, doğrudan da, qaçmaq istədi, amma Müseyibin kiçik 

oğlu indicə atasının sağlığına içdiyi konyakın boş qədəhini mizin üstünə qoydu və o 

gözəl mizin arxasından qalxıb arakəsməyə  çıxdı, tünd qəhvəyi rəngli çöl qapısını 

açdı və sağ əlini boz rəngli köhnə pencəyinin cibinə basmış, sol əlində eləcə də bir 

boz rəngdə boş torba tutmuş bu adama – Əliquluya baxdı. 

– Nə istəyirsən? 

– Salam-əleyküm!.. 

– Nə istəyirsən? 

– Müsünü... 

– Nə? 

– Müsünü istəyirəm... 



– Müsü kimdi? 

– Müseyib... Müseyib həkimi istəyirəm... 




 

323


Müseyib də o gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı: 

– Kimdi elə?– Və qapının ağzında dayanan Əliqulunu gördü, gülümsəyib başını 

buladı.– Əşşi, üç gün bundan qabaq gəlməmişdin? Butulkaları verdim, apardın də!.. 

Elə bilirsən bura butulka zavodudu? 

Müseyibin ardınca böyük oğlu da arakəsməyə çıxdı. 

Əliqulu: 

– Yox...– dedi, sonra da nəsə mızıldadı, amma heç kim onun nə  mızıldadığını 

başa düşmədi. 

Kiçik oğul: 

– Nə?– soruşdu. 

Bu dəfə  Əliqulu qan-tər içində sol əlini boz pencəyinin cibindən çıxartdı  və 

udquna-udquna: 

– Başqa işim var...– dedi. 

Müseyib qapının ağzına yaxınlaşdı. 

– Nə işin? 

Əliqulu ovcunu açmaq istədi, amma barmaqları sözünə baxmırdı, elə bil ki, on 

altı  qızıldişli karonkadan heç cürə ayrılmaq istəmirdi. Axır ki, Əliqulu güclə  əlini 

açdı  və Müseyibin göy gözləri elə  həmin andaca o karonkanı aldı  və  ən  əsası isə, 

Müseyib elə həmin anda da gülümsəyib: 

– Zibillikdən tapmısan?– soruşdu və karonkanı götürüb arakəsmənin ortasındakı 

çılçırağın altına getdi və çilçırağın işığında karonkaya diqqətlə baxandan sonra kiçik 

oğluna: – Bir az pul ver, onu yola sal, getsin.– dedi və otağa keçdi. 

Kiçik oğul  əlini cibinə saldı  və cibindən nə  qədər pul çıxartdısa, bir göy 

əlliminlik götürüb Əliquluya verdi: 

– Ala!– Sonra da tünd qəhvəyi rəngli qapını düz Əliqulunun burnunun ucunda 

bağladı. 

Əliqulu  əlində tutduğu o pula baxdı  və bir müddət beləcə dayandı  və bu vaxt 

qəribə bir iş oldu: düyməsini səhv basmışdılar, ya nə olmuşdusa, birdən-birə içi 

bomboş liftin qapısı  həmin səkkizinci mərtəbədə  Əliqulunun yanında səs-küylə 

taybatay açıldı  və  Əliqulu, bəlkə  də, qaçıb o liftə minməmək üçün, heç özü də 

bilmədi ki, tünd qəhvəyi rəngli qapının zəngini təzədən necə basdı. 

Bu dəfə qapını böyük oğul açdı  və elə  həmin anda da liftin qapısı eləcə  səs-

küylə bağlandı. Böyük oğul, az qala, ikimetrlik boyunun hündürlüyündən balaca 

Əliquluya baxdı, sonra qapısı örtülmüş liftə tərəf baxdı, sonra yenə balaca Əliquluya 

baxdı və: 

– Indi nə istəyirsən?– soruşdu. 

Əliqulu yenə də nəsə mızıldadı və bu dəfə də böyük oğul onun nə mızıldadığını 

başa düşmədi, eynilə kiçik qardaşı kimi əlini cibinə saldı, yenə  nə  qədər pul 

çıxartdısa, arasından üç dənə on, minlik seçdi və pulları  Əliquluya verdi. Bu vaxt 

Müseyib də təzədən arakəsməyə çıxdı, Əliqulunu görüb bu dəfə başını açıq-aşkar bir 

narazılıqla buladı: 

– Yenə budu?– dedi. – Qoy dayansın. 

Müseyib otağa keçdi, indicə oğlanları ilə birlikdə içdikləri konyakın boş şüşəsini 

götürdü və arakəsməyə qayıtdı, şüşəni böyük oğluna tərəf uzadıb: 

– Al, bunu da ver ona.– dedi və təzədən otağa keçdi. 



 

324


Böyük oğul o boş şüşəni Müseyibdən aldı və qapıya yaxınlaşdı. Əliquluya elə 

gəldi ki, o nəhəng oğlan bu saat o boş şüşəni onun başına çırpacaq, hətta o məqamı 

gözləyə-gözləyə  Əliqulu gözlərini də yumdu, amma belə olmadı, nəhəng oğlan 

şüşəni Əliqulunun qoltuğuna dürtdü, sonra barmağını da uzadıb, az qala, bu balaca 

adamın gözünün içinə soxa-soxa: 

– Sən öləsən,– dedi,– bir də buralara gəlib kişini narahat-zad eləsən, sənin 

gözlərüvü çıxardacam! 

Sonra böyük oğul hirslə qapını çırpdı və bu dəfə o tünd qəhvəyi qapı, həqiqətən 

də, Əliqulunun burnuna dəydi.  

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin