SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr


III MÖVZU: Şəxsiyyətlərarası münasibətlərin psixologiyası



Yüklə 141,93 Kb.
səhifə13/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
4 muh psix mag

III MÖVZU: Şəxsiyyətlərarası münasibətlərin psixologiyası
PLAN:
1.Qrup və kollektiv haqqında ümumi məlumat

2. Qruplarda şəxsi qarşılıqlı münasibətlər və onların tipləri


3.Şəxsiyyətlərarası münasibətlərin inkişafı və tərbiyəsi


Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.

2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.


3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Öakı,1998.

Psixologiyada qrup dedikdə, tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan insanların nisbətən sabit toplusu nəzərdə tutulur. Hər bir qrupda fərdlərin bir-biri ilə və bütövlükdə cəmiyyətlə özünəməxsus qarşılıqlı əlaqələri təcəssüm edir.


Qrup anlayışını həm kəmiyyət, həm də keyfiyyət baxımından xarakterizə etmək olar. Məsələyə kəmiyyət nöqteyi-nəzərindən yanaşdıqda, hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, qrup dedikdə, müəyyən bir sosial şəraitdə bir nəfərin deyil, mütləq bir neçə nəfərin iştirak etməsi nəzərdə tutulur. Qrup müəyyən adamlar çoxluğundan ibarətdir. Lakin eyni bir sosial şəraitdə iki və ya üç adamın sadəcə olaraq iştirak etməsi onları sosial-psixoloji cəhətdən qrup kimi xarakterizə etmək üçün hələ kifayət deyildir.
İki və ya üç adam qrup halında birləşəndə, onların hər biri müvafıq birgə fəaliyyətin iştirakçısına çevrilir, qrupun həyatı ilə yaşamağa başlayır; hətta qrup üzvlərindən biri müəyyən səbəb üzündən təklikdə fəaliyyət göstərdikdə belə, qrupun digər üzvü onun təxəyyülündə adətən iş yoldaşı kimi iştirak edir. Beləliklə, artıq iki və daha çox adam qrup halında birləşəndə onlardan hər birinin fəallığında fərdin psixologiyası ilə izah edilə bilməyən yeni cəhətlər meydana çıxır. Bütün bu kimi hallarda kombinələşdirilmiş əməyin nəticəsi ayrılıqda göstərilən fərdi səylə ya heç əldə edilə bilməz, ya da ancaq daha uzun müddət ərzində və ya ancaq cüzi miqyasda əldə edilə bilər. Burada məsələ yalnız fərdi məhsuldar qüvvəni kooperasiya vasitəsilə yüksəltmək üstündə deyil, habelə öz mahiyyətinə görə kütləvi qüvvə olan yeni məhsııldar qüvvə yaratmaq üstündədir.
Kollektivçilik effektlərinin nəşət etdiyi iki mənbə bir-birilə qarşılıqlı əlaqədə olsa da, hər halda öz mahiyyəti etibarilə müxtəlifdir: kütləvi məhsuldar qüvvə birgə əməyin texnologiyasımn xüsusiyyətləri, ayrı-ayn şəxslərin fərdi məhsuldarlığını yüksəldən həyat enerjisi isə - ünsiyyət, qarşılıqlı «sirayət», təqlid faktı və s. ilə müəyyən olunur.
Beləliklə, iki və daha çox adam qrup halında birləşəndə onlardan hər birinin fəallığında elə yeni cəhətlər meydana çıxır ki, bunları artıq fərdin psixologiyası ilə deyil, ancaq qrupun sosial-psixoloji qanunauyğunluqları ilə izah etmək mümkündür.
Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifa edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafıq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir: onları rəğbətləndirir və ya cəzalandırır. Qrup üzvləri müvafıq normaları və sərvət meyllərini mənimsədikcə, sosial-psixoloji cəhətdən qrupun həyatında köklü dəyişikliklər əmələ gəlir: qrup üzvlərində qrupa mənsubluq hissi -«biz» hissi yaranır. Bunun psixoloji baxımdan ilk əlaməti ondan ibarətdir ki, qrupun hər bir üzvü qrııpun nailiyyətlərini öz nailiyyətləri, müvəffəqiyyətsizliyini isə öz müvəffəqiyyətsizliyi hesab edir, onları öz şəxsi nailiyyəti və ya məğlubiyyəti kimi yaşayır: birinci halda sevinir, ikinci halda kədərlənir və s., yəni qrup doğma qrupa çevrilir. Qrup, mahiyyət etibarilə, bu andan əsl qrup kimi fəaliyyət göstərməyə başlayır.
Göründüyü kimi, adamlann qeyri-mütəşəkkil yığımından, təsadüfi birliyindən fərqli olaraq, qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar (və ya qoşulurlar). Onların bir-birləri ilə münasibətləri qrup normaları və sərvətləri ilə tənzim olunur. Qrupun normaları onun üzvləri üçün meyara çevrilir.
Qrupun nəzərdən keçirdiyimiz xüsusiyyətlərinin bir qismi onu struktur-formal (təşkilat) cəhətdən xarakterizə edir. Qrupun həcmi, tərkibi, kommunikasiya kanallan, rolların bölüşdürülməsi, tabelik sistemi və s. buna misal ola bilər. Qrupda şəxsiyyətlərarası münasibətlər, liderlik (rəhbərlik) üslubu, qrup sərvətləri və normaları, rəğbətləndirmə və cəzalandırma sistemi və s. isə qrupun sosial-psixoloji həyatmı məzmun cəhətdən xarakterizə etmək imkanı verir.
Hər bir adam, adətən müxtəlif qrupların iizvü olur. Burada maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, hər hansı bir adam bütün qruplarda eyni statusa malik olmur və buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifa edir, məsələn, bir qrupda lider olan şəxs başqa qrupda icraçı ola bilər. Bundan başqa, hər bir adam qohumları və ya dostları vasitəsilə başqa qruplarla - qohumların və ya dostların daxil olduğu müəyyən qruplarla bağlı olur. Bu halda ümumi xarakter daşıyan iki cəhətə diqqət yetirək. İnsan adətən belə hallarda öz qrupunu başqa qrupla müqayisə edir, onun müsbət və ya mənfı hesab etdiyi xüsusiyyətləri vasitəsilə öz qrupunun normalannı və sərvətlərini qiymətləndirir. Bir sıra hallarda isə dünən qonaq gəldiyi qrupun bu gün fəal üzvünə, hətta bəzən liderinə çevrilir.
İnsanın daxil olduğu qrupların miqdarı təxminən insanların həyat fəaliyyətinin həcminə, tələbatlarının genişliyinə və müxtəlifliyinə, kommunikativ xüsusiyyətlərinin səviyyəsinə (mehriban və ya qaraqabaq adamlann mənsub olduqları qruplarını müqayisə edin) müvafiq gəlir. Belə ki, bir qrupda insanın yalnız müəyyən tələbatları təmin olunur. Bir qrupun fəaliyyəti çərçivəsində onun sosial fəaliyyətinin ancaq müəyyən cəhətləri təzahür edir. Məhz buna görə də insanı sosial-psixoloji cəhətdən düzgün xarakterizə etmək üçün onun müxtəlif, həm də onun üçün əhəmiyyətli qruplarda iştirakı tarixini öyrənmək və təhlil etmək lazımdır.
İnsanların həyatında qrup mühüm rol oynayır. Lakin bu müddəanı düzgün başa düşmək üçün prinsipal əhəmiyyəti olan iki cəhəti xüsusi qeyd etmək lazımdır: a) şəxsiyyət nəinki, kiçik qrupun, həm də cəmiyyətin üzvüdür. Cəıniyyət şəxsiyyətə yalnız kiçik qrup vasitəsilə deyil, həm də başqa yollarla, kütləvi informasiya və təbliğat vasitələrindən istifadə edərək bilavasitə təsir göstərir. Deməli, kiçik sosial qrup şəxsiyyətin formalaşması-nın və sosial hərəkətlərinin yeganə mənbəyi deyildir; b) şəxsiyyət aktivdir, o özünün mövqe və roluna görə sosial qrupun — kollektivin həyatında da müəyyən rol oynayır, qrup daxilində ictimai rəyin təşəkkülünə müxtəlif formalarda təsir göstərir. Bu o deməkdir ki, qrupun şəxsiyyətə təsirini mexaniki təsir kimi başa düşmək düzgün deyil.
Məsələnin bu şəkildə qoyuluşu qrupda fərdin mövqeyinin öyrənilməsini tələb edir.
Qrupun əmələ gəlməsi üçün, ən azı, iki adam arasında qarşılıqlı münasibətin yaranması zəruridir. Psixologiyada bəzi müəlliflər . (K. E. Danilin, A.U.Xaraş və b.) iki nəfəri - diadları qrup hesab etmirlər. Onların fikrincə, diadlarda adamlar arasında ancaq xalis emosional təmas mümkündür. Bu, genetik cəhətdən ünsiyyətin ilk formasıdır. Fəaliyyət prosesində əmələ gələn konfliktlər iki nəfərlik qruplarda prinsip etibarilə həll oluna bilməz, çünki diad şəraitində belə konfliktlər xalis şəxsiyyətlərarası konflikt xarakteri kəsb edir.Üç nəfərlik qruplarda isə qarşılıqlı münasibətlər bu cəhətdən fərqlənməyə başlayır. Üçüncü adamın iştirakı ilə qrupda yeni mövqe-müşahidəçi mövqeyi yaranır. Onun iştirakı ilə iki adamın- A. və B.-nin münasibətləri vasitəli münasibət kimi formalaşır.
Üç adam ünsiyyətə girdikdə, onların qarşılıqlı münasibətləri də mürəkkəbləşir. Bu baxımdan üç nəfəri qrupun aşağı həddi hesab edən müəlliflərlə bir çox psixoloqlar razılaşırlar. Lakin həmin məsələnin tam həll edildiyini demək olmaz.
Üçnəfərlik qrupda özünəməxsus münasibət şəbəkəsinin yaranması qanunauyğun haldır. Lakin nəzərə almaq lazımdır ki, qrupu yalnız şəxsiyyətlərarası münasibətlərin xarakterinə görə səciyyələndirmək birtərəfli olardı. Qrup həmişə müəyyən nəzarət formasının, fəaliyyet nümunəsinin, sərvətlərin (simvol, ideya, maddi şeylər və s.) və qrup mənsubiyyəti («Biz») hissinin olmasını nəzərdə tutur. Bütün bu xüsusiyyətlər, sadə formada olsa da, diadlarda özünü göstərir. Məhz buna görə də sosial psixologiyada uzun müddət diadlar qrup kimi nəzərdən keçirilmişdir.
Diadlar, yoxsa üç nəfərlik qruplar? Müasir sosial psixologiyada bu sual daha çox diqqəti cəlb edir. Sualın həlli nəinki qrupun aşağı həddinin, həm də onun optimal miqdarının dəqiq müəyyən edilməsi nöqteyi-nəzərindən böyük praktik əhəmiyyətə malikdir.
Sosial psixologiyada qrupların müxtəlif təsnifatı məlumdur. Bəzən qruplan təsnif edərkən adətən onların «qeyri-müəyyən və ixtiyari» xarakteristikalarına istinad edirlər. Məsələn, Amerika sosial psixoloqları qrupları onların mədəni inkişaf səviyyəsi, strukturunun tipi, əsas rabitə tipi, qrupun fəaliyyət göstərdiyi müddət və s. kimi prinsiplərə əsasən təsnif edirlər. Həmin prinsiplərin hamısı üçün ümumi cəhət bundan ibarətdir ki, onlar nəinki məhdud psixoloji xarakter daşıyır, həm də, ən başlıcası, qrupların ictimai münasibətlər sistemində yerini qəsdən nəzərə almırlar. Əslində isə sosial qrupların ictimai münasibətlər sistemində yerini düzgün müəyyən etmək üçün hər hansı birtərəfli psixoloji prinsipləri deyil, qrupların sosioloji təsnifi prinsiplərini əsas götürmək lazımdır.
Sosial qrupları ayn-aynlıqda aşaüıdakı kimi xarakterizə olunur;

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin