SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə3/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   2   3   4   5   6   7   8   9   ...   23
4 muh psix mag

Psixologiya beyinde obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. Şüur da psixika kimi beynin funksiyasıdır. Lakin şüur obyektiv aləmin insana məxsus inikasıdır, yəni, şüur, ancaq insana məxsusdur, heyvanlarda şüur yoxdur.
Şüur fərdi və ictimai xarakter daşıyır. Psixologiya fərdi şüurun xüsu-sıyyətlərini öyrənir (psixologiya elminin müəyyən sahələri, məsələn, sosial psixologiya ictimai şüurunun bəzi aspektləri ilə maraqlanır).
İctimai şüur dedikdə bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə tutulur. Cəmiyyətdə ictimai şüur müxtəlif formalarda: ictimai-siyasi və hüquqi nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, incəsənət, din şəklində meydana çıxır. Şüur fərdin həyat yolunun təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan müxtəlif siyasi və ideoloji təsirləri ifadə edir. Fərdi şüur makro və mikromühitin (sosial qrupun həyat şəraiti), həmçinin, ailənin, dostların, tanışların və nəhayət, şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri və sair kimi amillərin də təsiri altında olur.
İctimai şüurla fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, qarşılıqlı surətdə bir-birini zenginləşdirir. Hər bir insan bütün həyatı boyu başqa insanlarla münasibətləri vasitəsiə, təlim, tərbiyə yolu ilə ictimai şüur normalarını mənimsəyir. Bu dialektik prosesdir.
Elmi psixologiya ilə yanaşı güzəran psixologiyası da mövcuddur. İnsanlarda öz həyat təcrübəsində, başqa adamlarla ünsiyyət şəraitində əmələ gələn psixoloji biliklər eimi psixologiyaya deyil, güzəran psixologiyasına aiddir.
Güzaran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəsilə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s. də özünün əksini tapmışdır.
Güzaran psixologiyası insanın psixi həyatına aid yalnız müəyyən faktları əhatə edir. İnsanın psixologiyası isə mürəkkəb və çoxcəhətlidir. Onun qanunauyğunluqlarını ancaq elmi psixoloji biliklər əsasında başa düşmək və izah etmək olar.
Müasir psixologiyada nəzəri biliklər xüsusi əhəmiyyət daşıyır. Empirik biliklərdən fərqli olaraq nəzəri psixologiya fraqmentar biliklərlə artıq kifayətlənə bilməzdi, müasir psixologiyada onları sistem şəklində öyrənmək zərurəti meydana çıxmışdır. Psixi hadisələrin qanunauyğunluqları, ancaq bu səviyyədə müəyyən edilə bilər.
Empirik və nəzəri psixoloji biliklər bir-biri ilə üzvi surətdə əlaqədardır.İnsan psixologiyası haqqında elmi, yəni obyektiv və düzgün bi-liklər olmadan cəmiyyət inkişaf edə bilməz. İctimai praktikanın müxtəlif sahələrində (istehsalat, məktəb, səhiyyə, hərbi, idman və s.) insan haqqında biliklərə olan elmi-praktik tələbat elmi psixologiyanın əmələ gəlməsi üçün şərait yaratmış və onun inkişafında həlledici rol oynamışdır.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin