Seçki Sistemi və onun növləri Seçki sistemi



Yüklə 91,07 Kb.
səhifə2/4
tarix22.05.2023
ölçüsü91,07 Kb.
#119407
1   2   3   4
Anarserbestish

Majoritar sistemlər


Majoritar seçki sistemi elə bir sistemdir ki, burada qalib gələn şəxs səslərin əksəriyyətini qazanmalıdır. Lakin bəzi hallarda növbəti turlarda da üstünlük hər hansısa tərəfə keçmirsə, son turda daha çox səs qazanmış şəxs qalib elan olunur.[3]
Majoritar seşki sistemində alternativ səsdən istifadə oluna bilər. Belə olduğu halda, seçicilər öz seçim öncəliklərinə uyğun namizədləri sıralaya bilərlər. Bu sistemdən Avstraliyada və Papua Yeni Qvineyada parlament seçkilərində istifadə olunur. Əgər ilk mərhələdə səslərin əksəriyyətini heç bir namizəd qazana bilmirsə, ən az səs toplamış namizədlərin ikinci tərcihləri ümumiyə əlavə edilir. Bu hər hansısa namizədin 50 faizdən səs toplamasına qədər davam edir. əgər seçicilər bütün seçimlərindən istifadə etməyiblərsə sayım iki namizəd qalana qədər davam edir. Bu mərhələdə isə daha çox səs toplayan qalib gəlir. Alternativ səsin bir qədər dəyişdirilmiş forması da mövcuddur. Bu zaman seçicilərə bütün namizədləri sıralama haqqı verilmir, onlar yalnız limitli sayda namizədləri öz seçimlərinə uyğun sıralaya bilirlər. Əgər heç bir namizəd lazimi səsi toplaya bilmirsə o zaman ən çox səs toplamış 2 namizəddən başqa digərləri seçkidən kənarlaşdırılır və bu iki namizəd arasından qalib müəyyən edilir. Bu sistemdən Şri Lankada prezident seçkilərində istifadə olunur. Bu zaman seçicilərə 3 namizədə səs verməyə icazə verilir. Majoritar sistemin digər əsas forması iki mərhələli sistemdir. Bu sistem dünyada prezident seçkiləri üçün ən çox istifadə olunan sistemdir. Beləki dünyada 88 ölkədə prezident seçkilərində bu sistemdən istifadə olunur. Həmçinin 20 ölkədə də qanunverici orqanlara olan seçkilərdə bu sistemdən istifadə olunur.[1] Əgər ilk mərhələdə heç bir namizəd səslərin əksəriyyətini əldə edə bilmirsə ikinci mərhələ keçirilir. Bir çox hallarda ikinci mərhələdə birinci mərhələdə ən çox səs toplayan iki namizəd iştirak edir, lakin bəzi ölkələrdə ikinci mərhələdə 2-dən çox namizəd də iştirak edə bilər. Bu halda seçki çoxunluq səsverməsi sitemi ilə keçirilir. Bəzi ölkələrdə isə qarışıq sistemdən istifadə olunur. Məsələn Ekvadorda prezident seçkilərində namizəd 40 faiz səs toplayıbsa və bu ondan sonra ən çox səs toplayan namizədin səslərindən 10 faiz çoxdursa o qalib hesab edilir. Bu Argentinada 45 faiz — 10 faiz formasındadır.
Əhatəli sistem iki mərhələ ilə limitli deyil. Lakin səsvermədə sonuncu yeri tutan namizəd seçkidən kənarlaşdırılır. Potensial mərhələlərin çoxluğuna görə bu ssitemdən aktual seçkilərdə istifadə edilmir. Bu sistemdən bəzi ölkələrin parlament sədrlərinin və İsveçrə Federal Şurasının üzvlərinin seçilməsində istifadə edilir. Bəzi formatlarda isə heç bir namizəd seçkidən kənarlaşdırılmır. Seçkilər hansısa namizədin səslərin əksəriyyətini qazandığı ana qədər davam edir. Buna misal olaraq ABŞ Seçicilər Komitəsində istifadə olunan sistemi göstərmək olar.

Yüklə 91,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin