Proporsional sistem dünyada qanunverici orqanlara keçirilən seçkilərdə ən çox istifadə olunan sistemdir. Bu sistemin müxtəlif formalarından 80-dən çox ölkədə istifadə olunur.
Partiya siyahılı proporsional sistem ən məşhur sistem kimi 80-dan çox ölkədə istifadə olunur. Burada seçicilər partiyalar tərəfindən təklif edilən namizədlərə səs verirlər. Qapalı siyahı sistemində seçicilərin partiya tərəfindən təklif edilən namizədlər üzərində heç bir təsir imkanı yoxdur. Lakin açıq siyahı sistemində seçicilər partiyanın siyahısının müəyyən edilməsinə və seçilməsinə təsir edə bilir. Bəzi ölkələrdə (məsələn Niderland və İsrail) "saf" proporsional sistemdən istifadə olunur.
Seçki limitinə uyğun olaraq partiya qalib gəlmək üçün müəyyən edilmiş faizdən çox səs toplamalıdır. Bunu hesablamaq üçün müxtəlif yollar vardır. Ən çox bu iki üsuldan istifadə olunur: ən yuxarı averaj metodu və ən geniş qalıq metodu.
Tək transfer edilə bilən səsvermə proporsional seçki sisteminin bir digər formasıdır. Bu sistemdə seçicilər partiya siyashısına səs verməkdən çox seçki bölgəsindən namizəd olanlar arasında seçim edirlər. Bundan Maltada və İrlandiya Respublikasında istifadə olunur. Seçilmək üçün hər bir namizəd minimum səs limitini keçməli olur. Namizədlər limiti keçdikdən sonra seçilirlər. Ən az səs toplayan namizədlərin səsləri bölünür. Bu seçkili yerə uyğun namizəd qalana qədər davam edir.
Bəzi ölkələrdə qanunverici orqanlara olan seçkilərdə qarışıq sistemlərdən istifadə olunur. Bura paralel səsvermə və qarışıq proporsional seçki sistemi daxildir. 20 ölkədə istifadə olunan paralel səsvermə sistemində qanunverici orqan üzvlərini seçmək üçün 2 metoddan istifadə olunur. Üzvlərin bir hissəsi çoxunluq və majoritar səsvermə ilə seçilir. Digər hissəsi isə proporsional üsul ilə seçilir. Bu iki metodla seçkinin nəticələrinin bir-birinə təsiri yoxdur.
8 ölkədə istifadə olunan qarışıq proporsional sistemdə isə qanunverici orqan üzvləri seçki dairələri və proporsional metodlar üzrə seçilir. Bu iki metod üzrə keçirilmiş seçkilərin bir-birinə təsiri olur və bir-birilərini balanslaşdırırlar.