Seçki Sistemi və onun növləri Seçki sistemi



Yüklə 91,07 Kb.
səhifə4/4
tarix22.05.2023
ölçüsü91,07 Kb.
#119407
1   2   3   4
Anarserbestish

Əlavə xüsusiyyətlər


Bəzi seçki sistemləri hər hansısa partiyanın və ya koalisiyanın qanunverici orqanda üstünlük qazanmasına şərait yaratmaq üçün ona əlavə yerlər verilməsini nəzərdə tutur. Yunanıstanda seçkilərdə üstün gəlmiş partiyaya əlavə olaraq 50 yer də verilir, San Marinoda isə bu məqdəs üçün dəyişiklik edilmiş 2 mərhələli seçkidən istifadə olunur.[5] Sonda qalib gələn qrupa isə 60 nəfərlik parlamentdə 35 nəfərlik yer verilir.[6]
Uruqvayda prezident və Ümumi Məclisi seçkilər zamanı eyni zamanda bir bülletenlə seçilir. Seçicilər bir səslə həmin partiyannı prezidentliyə, senatorluğa və nümayəndələr məclisinə olan namizədlərinə səs verə bilərlər. Bu metoddan əvvəllər Boliviya və Dominikanda da istifadə edilirdi.

İlk seçkilər


İlk seçkilər rəsmi seçkilərdən əvvəl keçirilir. Formasına və yerinə görə rəsmi və ya qeyri-rəsmi ola bilər. Məqsəd isə səslərin parçalanmasının qarşısını almaqdır. Bu nümunədən İtaliyada istifadə edilir. Argentinada bu rəsmi seçkinin bir hissəsidir və seçkilərdən iki ay əvvəl keçirilir. 1,5 faizdən az səs toplayan partiyaların əsas seçkilərdə iştirakına icazə verilmir. Bu sistemin bəzi xüsusiyyətlərindən ABŞ-da da istifadə olunur.

Bilvasitə seçkilər


Bəzi seçkilər bilvasitə seçki xüsusiyyətinə malikdirlər. Beləki belə sistemlərdə xalq səsverməsi ya tamamilə yoxdur, ya da xalq səsverməsi ümumi seçki prosesinin bir mərhələsidir. Son seçki isə müəyyən seçki komitələri tərəfindən edilir. Trinidad və Tobaqo və Mavriki bir çox ölkələrdə prezident qanunverici orqan üzvləri tərəfindən seçilir. Hindistan kimi ölkələrdə isə milli və ştat qanunverici orqanları üzvlərindən ibarət olan seçki komitəsi prezidenti seçir. ABŞ-da prezident iki mərhələdə seçilir. İlk mərhələdə xalq prezidenti seçəcək şəxsləri seçir və onlar da sonda prezidenti seçir. Bu vəziyyət elə bir şeyə gətirib çıxara bilər ki, ölkə üzrə ən çox səs qazanmış şəxs prezident seçilə bilməz. Belə bir hadisə 2000 və 2016-cı ildə baş vermişdir.
Namizədlərin seçilməsi ilə bağlı spesifik metodlarla yanaşı seçki sistemlərinin özlərinin qaydaları və tənzimləmələri də mövcuddur. Bu adətən həmin ölkənin konstitutsiyası və ya seçki qanunu ilə tənzimlənir. İştirakçılar barədə qaydalar namizədlərin müəyyən edilməsini, seçicilərin qeydiyyatını, onların yerləşdirilməsini, əlavə olaraq poçt səsverməsi, daimi yaşamayanlarla bağlı məsələləri müəyyən edir. Digər qaydalar isə səsvermə vəsaitinin kağız bülleten, maşın səsverməsi və ya açq bülleten sistemi olmasını, səsvermələrin sayılması sistemini, müşahidə qaydalarını və səsvermənin təsdiq edilmə üsullarını müəyyən edir.
Seçki qaydaları yerlərdə səsvermə haqqını və namizəd olma haqqını məhdudlaşdırır. Əksər ölkələrdə ümumi seçki hüququ tətbiq edilir. Lakin onlar arasında səsvermə yaşının müəyyən edilməsində fərqlər mövcuddur. Səsvermə yaşı ən az 16, ən yuxarı isə 21-dir. İstisna olaraq, İtaliyada senata olan seçkilərdə iştirak edə bilmək üçün seçicilərin ən azı 25 yaşı olmalıdır. İnsanları seçki hüququ bəzi hallarda əllərindən alına bilər. Buna misal olaraq həbsdə olanları və ya nə vaxtsa həbsdə olmuşları (müəyyən maddələr üzrə), iflas etmişləri, cinayətkar qruplarla əlaqəsi olanları və ya silahlı qüvvələrdə xidmət edənləri göstərmək olar. Namizəd ola bilmə məsələlərində də bəzi limitlər vardır. Əksər ölkələrdə namizəd ola bilmə yaşı səsvermə yaşından yuxarıdır. 21 ölkədə isə səsvermə məcburidir.[7] Bəzi ölkələrdə isə bu məhdudiyyətlərin heç biri yoxdur.
Bəzi bölgələrdə seçkilər seçki dairələri üzrə həyata keçirilir. Burada seçki dairələrinin coğrafi sərhədləri dəqqi olaraq müəyyən edilir. Bəzi seçki dairələri olur ki, orada əhali az olur. Partiyalar belə "çürük yerlər"dən namizəd irəli sürməklə uğur qazanmaq istəyirlər. Belə yerlərdən adətən varlı ailələrin nümayəndələri qanunverici məclisdə işləmək mandatı əldə edir.
Bəzi ölkələrdə isə seçkilərin keçərli sayıla bilməsi üçün minimum seçici iştirakı şərti mövcuddur. Məsələn Serbiyada 1997-ci il seçkiləri 1 dəfə, 2002-ci il seçkiləri isə 3 dəfə təkrarlanmışdı. Bu şərt 2004-cü ildə ləğv edildi. Oxşar problem Belarusiyada da mövcud idi. 1995-ci ildə parlament seçkilərində seçkilər 4 dəfə təkrarlanmışdı.[8][9]
Bir çox ölkələrin qanunverici orqanlarında "rezerv edilmiş yerlər" mövcuddur. Bu yerlər həmin ölkənin etnik azlıqları, qadınları, gəncləri və ya fiziki məhdudiyyətli şəxsləri üçün nəzərdə tutula bilər (Mərakeş parlamentində qadınlar üçün 60 yer, gənclər üçün isə 30 yer rezerv edilmişdir. Bu yerlərə seçkilər isə ayrı seçki formasında aparılır). Bu yerlərə seçkilər ayrıca keçirilir və ya seçkilərin sonunda partiyaların topladığı səslərə uyğun partiyalar arasında bölünür. İordaniyada qadınlar üçün rezerv edilmiş yerlər vardır. Keniyada isə qadınlar, gənclər və fiziki məhdudiyyətli insanlar üçün rezerv edilmiş yerlər mövcuddur.
Seçki sistemləri müxtəlif mənalar üzrə müqayisə edilə bilər. Sistemə istiqamətlənən münasibətlər əsasən həmin sistemin dəstəkçilər və əleyhinə olanlar üzərindəki təsirindən ibarətdir. Bu da sistemlərin müqayisələrini bir qədər çətinləşdirir. Bu problemi müzakirə etmənin bir neçə ylu vardır:

  • Bir seçki sisteminin digəri ilə müqayisədə üstünlükləri və çatışmazlıqları riyazi baxımdan müəyyən edilməlidir. Bu bizə mükəmməl obyektiv nəticə verəcəkdir. Lakin bunun praktiki tərəfləri isə mübahisəlidir.

  • Digər bir yol isə ideal seçki sistemini müəyyən etmək və sonra da müqayisə edilən seçki sistemlərinin hansının buna daha yaxın və ya daha uzaq olmasını müəyyən etmək lazımdır. Bu bizə uyğun praktiki bilgi verəcəkdir, lakin məsələnin digər yanı isə mübahisəlidir.

  • Son yol isə dəqiq olaraq müəyyən edilməmiş kriteriyalar yaratmaq və ardıyca hər bir metodu bu kriteriyalara uyğun olaraq dəyərləndirmək üçün neytral struktur formalaşdırmaqdır. Bu yanaşma digər iki yanaşmanın gözdən qaçırdığı seçki sistemlərinin daxilinə boylana bilər, lakin bi kriteriyaların tanımları və idarəçiliyin dəyərləndirilməsi qaçınılmaz olaraq subyektivdir.

Arrou və Qibbardın teoremləri sübut etdi ki, dərəcəli və kardinal seçki sistemləri heç vaxt bu kriteriyaların hamısını qarşılaya bilməz. Hansı kriteriyanın daha vacib olmasını müzakirə etməkdənsə müxtəlif seçkilərdə müxtəlif seçki sistemlərindən istifadə etmək olar. Bu zaman müşahidə etmək lazımdır ki, hansı seçki sistemindən istifadə edərkən seçicilər daha xoşbəxt və razıdırlar.


Politologiyanın İnkişaf Mərhələləri
Tələbə : Abdullayev Nihad
Müəllim : B.Ş.Fərahilə
Qrup : 212204
İxtisas : Fəlsəfə

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Universiteti

Yüklə 91,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin