Sədi Şirazi
GÜLÜSTAN
1
Sədi Şirazi
Gülüstan
Bakı-2004
2
Farscadan tər-
cümə edənlər:
Şərh:
Rəssam:
Məmmədağa Soltan –şerlər
Rəhim Sultanov və İsmay ıl Şəms – nəsr
Şamil Cəmşid
Mikay ıl Abdullayev
Sədi Şirazi
Gülüstan –3-cü nəşr. –…
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Sədi Şirazi də dünya
mədəniyyət xəzinəsində özünə məxsus yer tutan cahanşünas və görkəmli
şairlərdəndir.
Faydal ı nəsihəətlər, zərbüməsəllər, nəcib duyğularla zəngin olan inun
«Gülüstan» və «Büstan» əsərləri Yax ın və Orta Şərq xalqlar ı ras ında xüsusi
şöhrətə malikdir.
Sədinin «Gülüstan» əsəri 1962-ci ildə görkəmli Azərbaycan şərqşünas
alimləri R.Sultanov və M.Sultanov tərəfindən tərgüm və nəsr edilmişdir.
Oxucular ın rəğbətini qazanm ış bu əsəri müəlliflər onun elmi-tənqidi mətni
əsas ında daha da təkmilləəşdirən 1987-ci ildə yenidən nəşr etdirmişlər.
Oxuculara təqdim olunan yeni üçüncü nəşri qabaqk ı nəşrdə yol verilən
bəzi çat ışmamazl ıqlar (çətin fars və ərəb sözlərinin lüğət bəhsinə əlavəsi,
günün təlbinə uyğun bir s ıra ifadə və tarixi rəqəmlərin düzəlişi) aradan
qald ır ılm ışd ır.
1
Sədi Şirazi və onun «Gülüstan» əsəri
Sədi Şirazi Şərq ədəbiyyat ın ın ən görkəmli nümayəndələrindən
Firdovsi Xəyyam, Nizami, Hafiz və Füzuli kimi əsərləri bütün dünya
mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. O, hələ öz zəmanə-
sində Hindistandan tutmuş Misrə qədər Yax ın və Orta Şərqin bütün
xalqlar ı aras ında böyük şöhrət qazanm ışd ır. Sədi «Gülüstan» əsərinin
müqəddiməsində
1
«öz ad ın ın dillərdə əzbər olduğunu, sözlərinin
bütün dünyan ı tutduğunu» qeyd edir.
Sədi Şirazinin tərcümeyi–hal ı haqq ında q ısaca olaraq aşağ ıdak ı-
lar ı demək olar:
Müşərrəf ibn. Müsləhəddin Abdulla, «Sədi» təxəllüsünü Şiraz
hakimi Atabəy Əbubəkr Səd ibn Zənginin
2
ad ı ilə əlaqədar qəbul et-
mişdir. Sədi təqribən 1184–cü miladi ilində İran ın qədim mədəniyyət
mərkəzlərindən biri olan Şiraz şəhərində bir ruhani ailəsində anadan
olmuşdur. Bəzi mənbələrin göstərdvyinə görə, məşhur münəccim və
böyük alim Qütbəddin Şirazi Sədinin day ıs ıd ır. Sədi kiçik yaşlar ında
ikən atas ı Müsləhəddin vəfat etmişdir. Atas ın ın ölümü Sədiyə böyük
təsir etmiş, onun kədərlənməsinə səbəb olmuşdur. O, atas ın ın
xatirəsini uzun zaman unuda bilməmişdir. «Bustan» və «Gülüstan»da
atas ına həsr edilmiş bir s ıra təsirli şerlər bunu aç ıq sübut edir. Sədi
hələ gənc yaşlar ında ikən monqol hücumlar ı başlam ış və bütün Yax ın
Şərq, o cümlədən şairin vətəni olan Şiraz da təcavüzlərə məruz
qalm ışd ır. Bu dövrdə şair öz vətənini tərk edib İraqi–Ərəbə, Bağdada
getmiş, orada məşhur «Nizamiyyə» məktəbində öz dövrünün böyük
alimləri Əbu İshaq Şirazi, Əbülfərəc Əbdürrəhman ibn Cövzi və
sonra Şəhabəddin Söhrvərdidən dərs alm ış, ərəb dilini və öz
dövrünün başqa elmlərini mükəmməl öyrənmişdir. Coşğun qəlbə
malik olan bu istedadlı gənc, müəllimlərinin təlimi və Bağdad ın ab–
havasilə kifayətlənməyib Yax ın və Orta Şərq ölkələrini diyar–diyar
dolaşmaq qərar ına gəlmiş, Azərbaycan, Kiçik Asiya, Həbəşistan, Mi-
sir, Suriya, Fələstin, Hindistan və İran torpağ ın ı əksərən piyada sə-
yahət etmiş, Xəlici–fars, Ümman dənizi, Hind okean ı və Aral ıq də-
nizini ticarət gəmilərində keçmişdir.
Buna görə də bəzi mənbələr Sədini eyni zamanda orta əsrin
böyük səyyahlar ından biri hesab etmişlər.
Sədi öz səyahəti zaman ı müxtəlif vəziyyətlərə düşmüş, gah dər-
2
viş libas ında yazd ığ ı şerləri oxuyaraq, xalqa xeyri–şəri başa salmağa
çal ışm ış, gah şeyxlərə, sufilərə qoşulmuş, gah azadixahlarla oturub
durmuş, bəzən karvana qoşulmuş, bəzən muzdla xurma dərmiş, su
paylam ış., bir sözlə o, müxtəlif sənətə malik olan şəxslərlə, alim və
avamlarla, dövlətli və yoxsullarla, mülkədar və kəndlilərlə oturub
durmuş, onlarla yax ından tan ış olmuşdur. Bu səyahət Sədinin dünya-
görüşündə böyük dəyişiklik yaratm ışd ır. Şairin itigörən nəzəri xalqlar
aras ında mövcud olan əlaqələri, bu xalqlar ın adət və ənənələrini
bütün dərinliyi ilə görmüş, əsərlərində onlardan yeri gəldikcə istifadə
etmiş və hikmətli nəticələr ç ıxarm ışd ır. Sədi səyahətləri zaman ı
Şərqdə davam edən səlib müharibələrindən birində iştirak edərək əsir
al ınm ış və bir təsadüf nəticəsində ölümdən xilas olmuşdur.
Vətənini q ızğ ın məhəbbətlə sevən, həmişə vətən həsrətilə yanan
şair deyir: «Mən istərdim ki, Bəsrədə və ya Bağdadda qal ım, lakin
Rüknabad suyu və Şiraz torpağ ı məni özünə tərəf çəkir».
Aras ıkəsilməz səyahətdən yorulan Sədi nəhayət XIII əsrin orta-
lar ında vətəni Şiraza döndükdə art ıq böyük həyat təcrübəsinə malik,
kamil bir şair idi. Bu zaman monqol istilas ın ın ağ ır, dağ ıd ıc ı hücum-
lar ı sakitləşmiş
;
Atabəy Əbubəkr Səd ibn Zəngi Şirazda hakimiyyət
baş ında qalm ışd ı. O, monqol sərkərdələrinə bac–xərac verib, ölkəni
və əhalini qətl və qarətdən xilas etmiş və beləliklə, çoxlar ın ın; o cüm-
lədən vətənpərvər şairin də rəğbətini qazanm ışd ı. Buna görə də şair
özünün məşhur «Gülüstan» əsərini ona ithaf etmişdir.
Sədi tarix üçün misilsiz qiymətə malik olan əsərlər yadigar qoy-
muşdur. O, şahlar ın qəzəbindən, hökmdarlar ın zülmündən qorxmaya-
raq öz əsərlərində müstəbidlərə qarş ı ç ıxm ış, məzlumlar ın tərəfini
saxlam ış, ədaləti tərənnüm etmiş, heç bir bəxşiş və mükafat qarş ıs ın-
da həyat ın ın sonuna qədər bu mövqeyini, əldən verməmişdir. Onun
qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən
ibarət olmuşdur.
Sədi ömrünün son günlərini kuşənişinliklə keçirərək, Şiraz ın şi-
mal–qərbində bir dağ ətəyindəki xanəqahda yaşam ış və ölməz əsər-
lər, qəzəllər, qitə və rübailər yaz ıb yaratm ışd ır. Təsadüfi deyildir ki,
onun şairlik şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən
Sədinin ziyarətinə gəlmiş, ona qiymətli hədiyyələr gətirmişlər. Lakin
Sədi dünya mal ı toplamam ış, əksinə, əlinə düşənləri ehtiyac ı olanlara
paylam ışd ır. Xalq aras ında Sədi haqq ında belə deyilirdi: «Sədi»nin
bir qap ıs ından nemət daxil olur, o biri qap ıs ından ehtiyac ı olanlara
3
paylan ır». Mənbələrin dediyinə görə Sədi yüz ildən art ıq yaşayaraq
1291–ci miladi ilində vəfat etmişdir.
Sədinin vəfat ından təqribən 30 il sonra onun əsərlərini Əli ibn
Əhməd ibn Əbubəkr Bistun adl ı bir ədəbiyyatşünas toplay ıb nizama
salm ışd ır. Bistun toplad ığ ı əsərlərin ham ıs ın ı «Külliyyat» şəklində
tərtib edərək ona geniş bir müqəddimə də yazm ışd ır. O, Sədinin
əsərlərini əlifba üsulu ilə düzdüyünü və onu bir necə kitaba ay ırd ığ ın ı
bu müqəddimədə qeyd edir. Bistunun tərtib etdiyi «Kül–liyyat»
1791–ci ildə Hindistan ın Kəlküttə şəhərində daş çap ı ilə nəşr
edilmişdir. Bu «Külliyyat» ın əvvəlində Sədinin müxtəlif mövzuda 6
risaləsi də vard ır. «Külliyyat»da bu risalələrdən sonra Sədinin ən
qiymətli və şah əsəri olan «Gülüstan» və «Bustan» gəlir. «Gülüstan»
8, «Bustan» isə 10 babdan ibarətdir.
Sədinin bu iki əsəri ona dünya şöhrəti qazand ırm ışd ır. Bu əsərlər
yeddi əsrə yax ın bir müddətdə dünyan ın bütün mədəni xalqlar ın ın
sevə–sevə oxuduğu kitablard ır. «Gülüstan» lat ın, ingilis, frans ız,
alman, ərəb, türk, rus və MDB ölkələri xalqların ın əksərinin dillərinə
təkrar–təkrar tərcümə edilmişdir. «Gülüstan» 100 dəfədən art ıq çap
edilmişdir. Bu əsərlərin sürətlə artan şöhrətini görən şairlər bu
kitablara bir çox nəzirələr yazm ışlarsa da onlardan heç biri bu
səviyyəyə qalxa bilməmişlər. Sədinin həmin əsərləri Avropa dillərinə
tərcümə edildikdən sonra bu ölkələrin bəzi məşhur şairləri öz
əsərlərində Sədinin ifadə və fikirlərindən istifadə etmişlər. Misal
olaraq Volter, Lafonten, Göte kimi ad ı dünya şöhrəti qazanm ış böyük
şairləri köstərmək olar.
Sədinin «Külliyyat» ında «Gülüstan» və «Bustan» əsərlərindən
sonra, şairin ərəb və fars dilində yazd ığ ı qəsidələr dərc edilmişdir. Bu
qəsidələr, yuxar ıda deyildiyi kimi, poeziyada klassik ənənənin əksinə
olaraq, mədhnamədən çox didaktik məzmuna malikdir. Sədinin elə
bir qəsidəsi yoxdur ki, orada o şahlara və görkəmli saray xadimlərinə
nəsihətlər verib, onlar ı ədalətə cağ ırmas ın.
«Külliyyat»da qəsidələrdən sonra Sədinin qəzəliyyat ı gəlir. Bu
qazəliyyat isə «Təyyibat», «Bədaye», «Xəvatim» və «Qəzəlliyati–
qədim»–deyə dörd hissəyə bolünür. Qəzəliyyatdan sonra Sədinin
monqol hökmdar ı Abağa xan ın vəziri olan məşhur Şəmsəddin sahibi–
divan ın ad ı ilə baql ı olaraq yazd ığ ı «Sahibiyyə» (və ya «Sahib
namə») adl ı şerləri, sonra şairin «Məsnəvilər»i, «Qitələr»i,
«Rübailər»i və «Müfrədlər»i toplanm ışd ır.
4
Sədinin qəzəlləri haqq ında da olduqca yüksək fikirlər
söylənmişdir. Tədqiqatç ılar ın fikrincə Sədinin qəzəlləri olmasayd ı,
fars ədəbiyyat ında Hafiz Şirazi kimi lirik şairlər yetişə bilməzdi.
Hafiz özü Sədini qəzəl ustad ı adland ırm ışd ır. XIII əsrin məşhur hind
şairi Əmir Xosrov Dəhləvi də öz müasirləri Sədi Şirazi və Hümam
Təbrizini qəzəl ustad ı adland ırm ışd ır. Sədinin qəzəlləri özündən
qabaqk ı şairlərə nisbətən daha çox lirik, daha çox insan duyğular ın ı
tərənnüm edən, bədii əsərlər idi. Demək olar ki, o, qəzəli əsl
mənas ında özünə məxsus bir ğövqeyə yüksəltmiş, ona nikbin əhvali–
ruhiyyə vermişdir. Burada təbiət təsvirləri, məhəbbət və eşqin
ülviyyəti çox yüksək zövq ilə tərənnüm edilmişdir. Onun müxtəlif
şöbələrdə toplanm ış olan qəzəlləri əsas etibarilə bir–birindən
fərqlənmirlər. Bistunun fikrinə görə, qəzəllərin belə qruplaşmas ı,
onlar ın müxtpəlif dövrlərdə (gənclik, qocal ıq) yaz ılmas ı ilə
əlaqədard ır. Məzmuna qalinca, Sədinin qəzəllərinin ham ıs ı
insanpərvər bir duyğu ilə yaz ılm ışd ır. Onun qitələri, rubailəri və
müfrədləri də didaktik mahiyyət daş ıyaraq şairin əsas dünuagörüşü
ilə bağl ıd ır. Təsadüfi deyildir ki, ərəblər Sədini öz dahi şairi Əl–
Mütənnəbbi, ingilislər isə öz dahi dramaturqu Şekspir ilə müqayisə
etmişlər. Çünki bu şairlərin əsərlərində də insan müqəddərat ı, həqiqət
əsas yer tutmuşdur. Şekspirin dramlarda irəli sürdüyü ideyalar ın
çoxunu Sədi q ısa hekayə və qitələrdə məharətlə ifadə etmişdir.
Şərq ədəbiyyat ında Sədiyə qədər «Bustan»a bənzər əsər tapmaq
mümkünsə də, «Gülüstan»a oxşar əsər tapmaq çətindir.
Sədi «Gülüstan» ı son dərəcə mahiranə bir surətdə həm nəsr, həm
də şerlə yazm ışd ır. Demək olar ki, bu, Sədinin öz yarad ıc ıl ıq
ixtiras ıd ır. «Gülüstan» əsəri elə məharət və qüdrətlə yaz ılm ışd ır ki,
istər onun nəsr hissəsi, istərsə Şer hissəsi füsünkar bir qələmin
məhsulu kimi nəzərə çarp ır. Burada dil sadəliyi, məzmun dərinliyi,
y ığcaml ıq, zərbəni düz hədəfə vurmaq qabiliyyəti özünü bütün
parlaql ığ ı ilə köstərmişdir. «Gülüstan» əsərinin belə aləmşümul
şöhrət qazanmas ı təkcə onun məzmununa görə deyildir. Bu əsər eyni
zamanda ustal ıqla yaz ılm ış, sadə və bədii ifadələri, təşbih, məcaz,
səc, kinayə, istiarə və başqa bədii ifadə tərzləri ilə də özündən
qabaqk ı va sonrak ı əsərlərdən çox fərqlənir.
Təsadüfi deyildir ki, məhz Sədinin «Gülüstan» əsəri bütün
dünyada fars dili öyrənmək istəyənlərin ilk dərs kitab ı olmuşdur.
Yax ın Şərqdə fars dilində təhsil alan uşaq hər şeydən qabaq
5
«Gülüstan» əsəri ilə tan ış olur və ömrünün sonuna qədər bu kitabdan
ayr ıla bilmirdi.
Sədi öz nəsihətlərini elə məharətlə oxuculara aş ılay ır ki, ondan
həm hakim, həm məhkum, həm alim, həm cahil, həm zahid, həm də
rind ibrət dərsi götürə bilir. Buna görə də sonra gələn şairlər
«Gülüstan»a bənzər əsərlər yazmağa çox çal ışm ışlar. Məşhur
Əbdürrəhman Cami «Baharistan», Məcdəddin – «Xaristan», Qaani –
«Pərişan», Sünbüli – «Gəndistan»
3
adl ı əsərlərini «Gülüstan»a nəzirə
olaraq yazm ışlar, lakin onlar ın hər biri «Gülüstan» zirvəsinə yüksələ
bilməmişdir.
Təsadüfi deyildir ki, məşhur hind şairi Həsən Dəhləvi
«Gülüstan» əsəri haqq ında demişdir:
«Həsən Sədinin «Gülüstan» ından bir gül dərib gətirmişdir.
Çünki məna əhli ancaq bu Gülüstandan gül dərər».
Sədi ilə yax ından dost olan Azərbaycan şairi Hümam Təbrizi də
Sədinin şairlik qüdrətini çox yüksək qiymətləndirib onu özünə ustad
hesab etmişdir.
Sədinin «Gülüstan» əsərinin getdikcə daha çox yay ılmas ın ın,
müxtəlif dillərə təkrarən tərcümə edilməsinin əsas səbəbi şübhəsiz ki,
onun insanlar aras ında sülhü, dostluğu və proqressiv fikirləri təbliğ
etməsidir. Sədinin əsərləri Yaxş ı adamlara məhəbbət, pis adamlara
nifrət, hissilə doludur. Böyük hümanist şair insan ın zahiri
gorünüşünü deyil, onun mənəviyyat ın ı nəzərə al ır. Şairin fikrincə
paltar, mal, dövlət, vazifə, rütbə insanl ıq şərəfi deyildir. İnsanl ıq
şərəfi xalqa xeyirli olmaqdad ır.
«Gülüstan» əsəri müqəddimədən və kitab ın yaz ılma səbəbindən
sonra – hökmdarlar ın rəftar ı, dərvişlərin əxlaq ı, qənaətin fəziləti,
susmağ ın faydalar ı, eşq və cavanl ıq, zəiflik və qocal ıq, tərbiyənin
təsiri, söhbət qaydalar ı – başl ıqlar ı ilə səkkiz fəslə bölünür.
«Gülüstan» əsərinin lap birinci fəslində Sədi şahlardan bəhs edir.
Bu fəsildə Sədinin ictimai və siyasi görüşləri oz ifadəsini tapm ışd ır.
O, burada şahlara nəsihət vermiş, onlar ı ədalətə, düz yola
çağ ırm ışd ır:
O, bir qitəsində:
«Əmirin, vəzirin və hökmdar ın
Səbəbsiz dolaşma ətraf ında sən»...
6
deyərək saraylardan ehtiyat etməyi məsləhət görür» Başqa bir
Şerində zülmkar şahlara xitab edərək deyir:
Şahlara yaraşmaz zülm etmək bir an,
Qurddan ola bilməz sürüyə çoban.
Padşah zülm etsə xalq ına əgər,
Özü öz mülkünü tarümar edər.
Şair qorxmadan şahlara, sultanlara xat ırlad ır ki, onlar öz
xalqlar ına zülm etsələr, xalq da onlardan üz döndərər.
Şair düzgün dərk edir ki, şahlar ın rəiyyətə etdiyi balaca
ədalatsizlik böyük fəlakətlərə səbəb olar. Şah rəiyyət bağ ından bir
alma dərsa, onun adamlar ı ağaclar ı kögündən qoparar.
Şah rəiyyət bağ ından bir alma dərsə, həmən –
Nökərləri ç ıxarar ağaclar ı kögündən.
Beş yumurta al ıb şah zülm eyləyən zamanda,
Qoşunu min toyuğu şişə çəkər bir anda.
Monqol istilas ın ın ağ ır illərində şahlara nəsihət etmək o qədər də
asan deyildi. Sədi isə belə bir cəsarətə malik şairlərdən olub onlara
həqiqəti demakdən, doğru yola dəvət etməkdan qorxmurdu. Çünki
Sədi özü deyirdi: «O adam şahlara nəsihət verə bilər ki, öz baş ından
qorxmas ın və şahlardan q ız ıl ummas ın».
Sədinin nəzərində şahlar xalqa xidmət üçündür. Xalq şahlar ın
qulluğunda deyil, şah xalq ın qulluğunda durmal ıd ır. O, bu fikri
«Gülüstan» əsərinin bir hekayətində çox közəl ifadə etmişdir:
Padişah yoxsulun pasiban ıd ır,
Nə qədər olsa da güclü hökmran.
Qoyunlar çoban ın mal ı deyildir,
Qoyuna baxmaqç ın qoyulur çoban.
Sədi şahlara, əmirlərə moizə və nəsihətin təsir etmədiyini
gördüyü zaman onlar ı məzlumlar ın odlu ah ı və qiyamət gününün
haqq hesab ı ilə qorxudurdu.
Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə Sədi
demişdir: «Öz xalq ına qarş ı ədalətli ol ki, düşməndən xilas olasan».
7
Şairin fikrincə: «öz ölkəsində xalq ı ədalətlə idarə edən
hökmdar ın başqa ölkələri müharibə yolu ilə almağa ehtiyac ı yoxdur».
Sədi həmişə sülh tərəfdar ı olaraq ölkələri xarabazara çevirən
muharibələri rədd etmişdir.
O, deyir: «Bir məsələni ki, sülh ilə həll etmək mümkündür, onu
müharibə yolu ilə həll etmək ağ ıls ızl ıqd ır». Şairin bu sözü hələ bu
gün də yüksəkdən səslənməkdədir.
Sədi hər yerdə, hər şəraitdə belə nəsihətlər verməkdən
çəkinmirdi. Lakin orta əsr feodalizm əsarətinin hökmran olduğu bir
dövrdə şərin xeyrə qalib kəldiyini görən Sədi, öz zəmanəsindən ac ı–
ac ı şikayət etmişdir. Monqol istilalar ı əlindən baş götürüb dünyan ı
diyar–diyar gəzən şair Yax ın və Orta Şərqin hər yerində zəhmətkeş
xalq ın ağ ır və fəlakətli hal ına qəlbən aç ım ışd ır. Sədi orta əsr
feodalizm dövründə biri dikərinin hesab ına yaşayan sinifləri ayd ın
görə bilmirdi. Ona elə gəlirdi ki, şah ağ ıll ı olsa və ya ağ ıll ı adamlar ın
sözünə baxsa, ölkədə ədalət və firavanl ıq hökm sürər.
Bununla birlikdə Sədi həmişə öz hekayələrində zəhmətkeşlərin
tərəfində olmuşdur. Bu cəhətdən Sədinin insanpərvərliyi və xəlqiliyi
təqdirə layiqdir. O, əsərinin bir yerində birlik və ittafaq məsələsinə
böyük əhəmiyyət vermiş, adi insanlar əl–ələ versə, ağ ır fəlakətləri
aradan qald ıra biləcəklərini onlara başa salmağa çal ışm ışd ır.
Sədi qüvvətli zülmkarlara qarş ı birlik, vəhdət, ittifaq və
qardaşl ığ ın gücünü obrazl ı olaraq belə təsvir edir:
Fildə çox olsa da, qüvvət, cəsamət,
Hünülər birləşsə y ıxarlar yəqin.
İttifaq bağlasa qar ıncalar da,
Dərisin deşərlər q ızm ış şirlərin.
Sədinin dini əqidəsi də onun belə realist fikirlər söyləməsinə
mane ola bilməmişdir. Çünki ömrünün böyük və şüurlu hissəsini
səyahətdə keçirərək, xalqlar ın ac ınacaql ı məişətlərini müşahidə edən
mütəfəkkir şair istər–istəməz onlar ı birliyə çağ ırm ış, həqiqəti olduğu
kimi dərk etməyə çal ışm ışd ır. O, ölkəni, cəmiyyəti sağlam ağ ıl və
idrakla idarə etməyi laz ım bilmiş, insanlar ın bərabər hüquqda
yaşamaq ixtiyar ı olduğunu irəli sürmüşdür. Sədi bunun neçə və hans ı
vasitələrdə əldə edilməsini bilməsə də, hər halda o dövr üçün olduqca
cəsarətli və mütərəqqi bir add ım atm ışd ır.
8
Sədi şahlar ın və saray xadimlərinin çirkin sifətlərini ayd ın
gördüyü üçün, onlar ın qarş ıs ında qul kimi əli qoynunda durmağ ı
pisləmişdir. Bu nöqteyi–nəzərdən «Gülüstan»dak ı iki qardaş hekayəti
çox maraql ıd ır.
«İki qardaş var idi, birisi şah saray ında qulluq edər, o birvsi öz
zəhmətilə çörək yeyərdi. Bir gün varl ı qardaş yoxsul qardaş ına dedi
nə uçün şaha qulluq etmirsən ki, can ın ı əziyyətdən qurtarasan?
Qardaş ı dedi: «bəs san nə üçün işləmirsən ki, qulluq fəlakətindən
xilas olasan?..»
Ümumiyyətlə Sədi əməkçi xalq ı cəmiyyətin ən şərəfli və nəcib
üzvləri hesab edərək, onlar ı ciddi müdafiə etmişdir.
Onun aşağ ıdak ı kiçik hekayətinə diqqət edin:
«Hatəmi–Taidən soruşdular: dünyada özündən səxavətli bir
adam görüb eşitmisənmi?
Dedi:
–Bəli, bir gün q ırx dəvə qurban kəsib ərəb əmirləri ilə səhran ın
bir guşəsinə çəkilmişdim. Meşədən şələ bağlay ıb aparan bir odunçu
gördüm. Dedim:
–Nə üçün Hatəmin qonaql ığ ına getmirsən, bu saat bütün xalq
onun süfrəsi baş ına toplanm ışd ır.
Dedi:
Kim öz əməyilə dolansa, əlbət,
Hatəmi–Taidən götürməz minnət.
İnsafla demak laz ımd ır ki, mən onu özümdən daha səxavətli və
mərd gördüm».
Sədi feodalizm dövrünün məhdudiyyətindən yaxa qurtara
bilməyib təvəkkül, qismət, səbr, tale, bəxt kimi səfsətələrə inanm ışsa
da, eyni zamanda insan ın tale və bəxtə qarş ı fəal rolunu da qəbul
etmişdir.
Məsələn, şair deyir:
Mağara içində nə tapar arslan,
Uçmayan qartala ovmu gələcək?
Kim evdə oturub ruzi gözləsə,
Ax ırda o dönüb olar hörümçək.
9
Buna görə də Sədi boş–boşuna dolan ıb havay ı ruzu axtaranlar ı
cəmiyyətin, xalq ın can ına daraşm ış tüfeyli hesab edir, tüfeyli
olmamaq uçün isə ancaq elmə, sənətə sahib olmağ ı irəli sürür.
Atan ın ad ına və dövlətinə arxalan ıb heç bir elm və sənət
öyrənməyən oğullar ı Sədi çox haql ı olaraq bədbəxt və avara
adland ır ır. O, deyir:
«Böyük adamlar ın səfeh oğullar ı vətəndə bekar qalar, qürbətdə
avara». Onun bir kiçik hekayəti bu fikri daha çox məharətlə ifadə
edir: «Bir alim uşaqlar ına nəsihət verirdi ki, ey əzizlərim, bir sənət
öyrəniniz ki, dünyan ın mal və dövlətinə arxalanmaq olmaz... sənət
isə qaynar bulaq və tükənməyən xəzinədir. Əgər sənət sahibi
kas ıbl ığa düşsə, qorxusu yoxdur, çünki sənətin özü ona dövlətdir.
Sənət sahibi haraya getsə hörmət görər... sənəti olmayan isə hara
getsə gədal ıq edib çətinlik çəgər...»
Qitə
Nakanan Şamda bir iğtişaş düşdü,
Hərə baş götürüb qaçd ı bir yana.
Elmli, kamall ı kəndli övlad ı,
Gedib vəzir oldu şaha, sultana.
Lakin fərasətsiz vəzir balas ı,
Kəndlərdə diləndi hey yana–yana.
Sədi bilik və ləyaqətə də şəxsi məsələ kimi baxmır, onun
fikrincə, cəmiyyətin ləyaqətli üzvü olan hər kəs özünə səadət təmin
etdiyi kimi, cəmiyyətə də xeyir verməlidir. Çünki, özünü
sevməyənlər, öz həyat ın ı qiymətləndirməyənlər cəmiyyətin də hal ına
qalmaz, bəlkə ona bir yük olarlar. Deməli, elm və sənətə sahib olmaq
ən vacib məsələlərdəndir. Eyni zamanda elmə söykələnənlər onu
əməldə göstərməli və həyata tətbiq etməlidirlər. Bilik onun üçün əldə
edilir ki, o cəmiyyətə, xalqa xeyir versin. Xeyirli işə sərf olunmayan
bilik əldə edilməsə daha yaxş ıd ır.
Sədi deyir:
Biliyin olsa da bir Ümman qədər, –
Nadansan əməlin olmasa əgər,
Eşşəyə yüklənsə bir neçə kitab
10
Nə alim olar o, nə də süxənvər.
Baş ı boş o yaz ıq heyvan nə bilsin
Dal ında odundur, ya kitab–dəftər.
Sədi hans ı peşə ilə məşğul olmağ ından as ıl ı olmayaraq bütün
insanlar ı düzlüyə çağ ırm ışd ır. Onun fikrincə düzlüklə çal ışan adama
zaval yoxdur. Əyri işlərlə məşğul olan adamlar isə hər şeydən qabaq
özlərinə pislik etmiş olurlar.
O yaz ır:
Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
Başqa bir qitəsində demişdir:
Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eyləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa ç ırp ılar natəmiz paltar.
Gülüstan» əsərində dostluq məsələsinə də çox yer verilmişdir.
Sədi o adam ı yaxş ı dost hesab edir ki, o dostunun nöqsan ın ı uzünə
deyir və bu qüsurlar ın aradan qalxmas ına kömək edir. Şair nöqsan ı
gizlədən dostdansa, nöqsan ı göstərən düşməni üstün tutur.
O dostdan həmişə şikayətim var,
Ki, yaxş ı deyələr pisimə onlar
Sədinin fikrincə düz sözdən, şirin dildən daha təsirli bir vasitə
ola bilməz.
O deyir:
...Kimin olsa əgər bir şirin dili.
Tük ilə çəkər o, dal ınca fili.
Eyni zamanda Sədi başqas ı dan ışanda onun sözünü kəsməyi
tərbiyəsizlik hesab edir və öyrədir ki, ağ ıll ı adamlar məclisi sakit
görməyincə dil acmaz. İnsan hər bildiyi sözü də ham ıya söyləməyə
11
borclu deyildir.
Təsadüfi deyildir ki, «Gülüstan» ın bir çox şerləri sonralar
zərbülməsəl kimi dillər əzbəri olmuşdur. Tarixdə hələ heç bir kitab
bu qədər zərbülməsələ çevrilməmişdir.
Sədi «Gülüstan» ın əbədi qalacağ ına əmin idi.
Doğrudan da qərinələr keçdi, şahlar, xaqanlar gəlib getdi, ali
saraylar tikildi, dağ ıld ı, dünya dəyişdi, lakin Sədinin «Gülüstan» ı
getdikcə daha çox təravətlə ətir saçd ı, onun əlvan gülləri heç zaman
solmad ı.
Buras ın ı da demək laz ımd ır ki, Sədinin verdiyi tərbiyə dərsi
bütün dövrlərə eyni dərəcədə aid ola bilməz. Orta əsr feodalizm
dövründə mövhumat və cəhalətin hökm sürdüyü bir zamanda Sədinin
əksər fikirlərinin mütərəqqi olmasına baxmayaraq, onun
yarad ıc ıl ığ ında, dünyagörüşündə məhdudiyyət və ziddiyyətlər də
olmuşdur. Xüsusilə çətinliyə dözüb daima səbr etməyi, təvəkkülə,
bəxtə, taleyə inam, müəyyən irqlərə mənfi münasibət, pislik edənlərə
də yaxş ıl ıq etmək, kuşənişinliyi təbliğ və sairə, şübhəsiz ki, Sədi
yarad ıc ıl ığ ında kölgəli cəhətlərdən hesab edilməlidir.
Azərbaycan xalq ı bütün dünya xalqlar ın ın, o cümlədən qonşu
fars xalq ın ın mütərəqqi yaz ıc ı və sənətkarlar ın ı həmişə sevmiş və
onlar ın yarad ıc ıl ıqlar ın ı yüksək qiymətləndirmişdir. Sədinin əsərləri
600 ildən art ıqd ır ki, Azərbaycanda geniş yay ılm ış və öyrənilmişdir.
Azərbaycan Respublikas ı Milli Elmlər Akademiyas ı Respublika
əlyazmalar ı fondunda böyük qayğ ı ilə mühafizə edilən «Bustan» və
«Gülüstan» əlyazmalar ı. Azərbaycan xalq ın ın bu əsərləri nə qədər
dərin bir məhəbbətlə sevdiyini nümayiş etdirir.
«Bustan» və «Gülüstan» əsərlərinin bir çox nüsxələri Azərbay-
can ın Şamax ı, Qazax, Təbriz, Ağdaş və Qarabağ xəttatlar ı tərəfindən
nəfis surətdə köçürülmuş və bəzi beytləri Azərbaycan dilinə tərcümə
və şərh edilmişdir. Orta əsr təhsil mədrəsələrində ilk dərs kitabla-
r ından biri həmişə «Gülüstan» əsəri olmuşdur. Şairlik qüdrəti imta-
han edilərkən Nizami və Xaqani ilə yanaş ı Sədinin «Bustan» və «Gü-
lüstan» əsərlərindən də tərcümələr əsas yer tutmuşdur. Təsadüfi
deyildir ki, XIX əsrin məşhur müəllim şairi Seyid Əzim Şirvani gələ-
cəyin böyük satarik şairi Mirzə Ələkbər Sabirə dərs verərkən, onun
şairlik qüdrətini yoxlamaq üçün məhz ona Sədinin şerlərindən bədii
tərcümə etməyi taşp ırm ış və tərcümənin dürüstlüyünə mükafat olaraq
ona Nizaminin «Xəmsə»sini bağ ışlam ışd ı.
12
Fars dilindən Azərbaycan dilinə tərcümə edilən əsərlər içərisində
Sədinin «Bustan» və «Gülüstan» əsərləri də mühüm yer tutur. «Gü-
lüstan» əsəri təqribən 70 il bundan qabaq Mirzə Sadıq Rahil tərə-
findən tərcümə və şərh edilərək «Bəhr ül–həqayiq» adı ilə çap edil-
mişdir. Bundan sonra Seyid Zərgər təxəllüslü şair Mirzə Əbdülvahab
tərəfindən «Bustan» əsəri «Miyzan–ül–ədalət» adı ilə tərcümə və
nəşr edilmişdir. Doğrudur bu əsərlərin hər ikisində ciddi təhriflərə yol
verilmişdir, lakin hər halda bu tərcümələr Sədi yaradıcılığına olan
hüsn–rəğbəti aydın surətdə ifadə etməkdədir.
1958–ci ildə «Bustan» əsərindən seçilmiş parçalar şair Mir
Mehdi Seyidzadə tərəfindən tərcümə və nəşr edilmişdir.
Azərbaycan alimi Rüstəm Əliyev «Gülüstan» əsərinin elmi–
tənqidi mətnini hazırlamış və Sədi yaradıcılığı üzrə mühüm tədqiqat
işi aparmışdır.
Əməkdar elm xadimi, professor Rəhim Sultanov «Sədi yaradıcı-
lığında «Gülüstan»» adlı kitabında «Gulüstan» əsərini ətraflı surətdə
təhlil etmişdir.
«Gülüstan»ın oxuculara təqdim edilən bu tərcüməsinin orijinala
mütabiq olmasına ciddi səy göstərilmişdir.
M. SULTANOV.
13
Dostları ilə paylaş: |