60
Mənbələrdən məlum olur ki, İsmayıl Azərbaycandan İranın daxili
bölgələrinə daha çox irəlilədikcə xeyli sünni (əsasən feodal əyanlar və
ruhanilər) ölkəni tərk etmiş və qonşu sünni dövlətlərinin ərazisində
məskunlaşmışdı. Bəzi yerlərdə (məsələn, İsfahanda,Şirazda, Kazerunda,
Yəzddə) sünnilər şiələşdirməyə hətta açıq müqavimət göstərməyə cəhd
etdiklərinə görə kütləvi edamlara məruz qalmışdılar
95
. Xatırlatmaq yerinə
düşər ki, bu dövrdə qızılbaşlar sünnilərə tam əsasla özlərinin siyasi rəqibləri –
onların devirdiyi Ağqoyunlu sülaləsinin ardıcılları, Osmanlı Türkiyəsinin və
Şeybanilər dövlətinin tərəfdarları kimi baxırdılar və bu, gerçəklik idi. Bu
dövrdə şiəliyə mücərrəd dini nəzəriyyə, təlim kimi deyil, daha çox
Aöqoyunlulara və digər sünni dövlətlərinə müxalifət təşkil edən siyasi
mübarizə vasitəsi kimi əhəmiyyət verildiyini XVI əsr tarixçisi Həsən bəy
Rumlunun məlumatı da təsdiq edir. 1501-ci ildə şiəlik Təbrizdə dövlət
təriqəti elen olunduğu zaman yeni təriqətin əsaslarını möhkəmləndirmək
barədə məsələ qalxdı və məlum oldu ki, şiəliyin nəzəriyyəsi ilə səthi tanışlığı
olan bir nəfər də yoxdur. Hətta şiə dini təliminə dair kitab da yox idi. Şiəliyə
dair rəhbərlik üçün Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-1325_
“Qəvaid-i islam” (“İslamın qaydaları”) kitabı yeganə rəsmi ədəbiyyat kimi
qəbul edildi
96
.
Dostları ilə paylaş: