65
XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra müstəqil
çarlıqlara parçalanmışdı.
Qızılbaşların Gürcüstana yürüşləri üçün
formal bəhanə gürcü
çarlarının kömək üçün özlərinin müraciəti oldu.Mesxi(Samtsixi)
çarı IV Kvarkvare (1516-1535) digər gürcü çarı “Başı Açıq”
(İmeretiya) hökmdarı Mənuçöhr (?) tərəfindən məğlub edilərək
İsmayılın Naxçıvandakı qış düşərgəsinə gəldi və müdafiə
olunmasını xahiş etdi. Şah İsmayıl Div Sultan Rumlunun başçılığı
ilə bir neçə qızılbaş sərkərdəsini Gürcüstana göndərdi
112
. Onlar
Şuragöl yolu ilə buraya gəldilər.Yürüş nəticəsində Mənuçöhrün
ordusu darmadağın edildi və o, yardım almaq üçün Ruma
(Türkiyəyə) qaçdı. Kvarkvare isə taxt-tacı özünə qaytardı
113
.
Sonrakı ildə Mənuçöhr Qızıl Əhməd oğlunun komandası
altında Osmanlı türk dəstəsi ilə Türkiyədən qayıtdı və yenidən
Kvarkvarenin mülklərinə basqın etdi.Div
Sultan Rumlu ikinci dəfə
Gürcüstana göndərildi.Dəbil (Dvin) rayonunda baş verən
döyüşlərdə qızılbaşlar Osmanlı türklərini darmadağın
etdilər.Onların başçısı isə öldürüldü.Mənuçöhr meşələrə qaçmaqla
canını qurtardı
114
.
Div Sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü
yürüşü hicri 927 (1521)-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı
Ləvənd xanın (Levanın-1520-1574) Şəki xanlığına basqını ilə
əlaqədar olmuşdu.Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda
qışlayan I Şah İsmayıla müraciət etdi. Div Sultan Qanıq (Alazan)
və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına
hücum etdi. Ləvənd xan günahını etiraf edərək div Sultanın
hüzuruna gəldi. Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud
bəy
115
və Mənuçöhr də bu cür hərəkət etdilər. Onlar Div Sultanla
birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər.
Burada
gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə
götürdülər və öz mülklərinə qayıtdılar
116
.
Yeri gəlmişkən qeyd edək ki, Səfəvilərlə əlaqədar Şəki
66
hakimi barəsində daha ilkin məlumat yalnız Budaq Qəzvinidə
vardır.Burada hicri 925 (1519)-ci ildə Şah İsmayıl Təbrizdəki qış
mənzilində olarkən onun yanına qonşu hakimlərin bütöv bir
dəstəsinin gəldiyi xəbər verilir. Şirvan əhalisi Şeyxşah,Müzəffər
Sultan Rəşti,
Xan Əhməd Gilani, Mirəbdülkərim Mazandarani,
Məlik Kavus Rüstəmdari, Məlik Bəhmən Rüstəm Abbasi, Ləvənd
bəy Gürcü, Həsən bəy Şəki və Kvarkvare Gürcü “bir xalçanın
üstündə əyləşmişdilər”
117
.
Başqa sözlə, adları çəkilən hakimlər
bununla I Şah İsmayıla itaət etdiklərini və ona tabe olduqlarını
bildirirdilər
118
.
Hicri 930 (1524)-cu ilin yazında İsmayıl Naxçıvandan
Şirvana hərəkət etdi. Salnaməçilər yürüşün səbəbini izah
etmirlər.Şah Kür çayına çatanda şirvançah II Şeyxşahın vəfatı
haqqında xəbər alındı. Şirvan taxtına onun oğlu,İsmayılın kürəkəni
9qızı Pərixan xanımın əri) Xəlilullah çıxdı.
Sonra şah Şəki tərəfə
döndü və burada Həsən bəy və yerli əyanlar onu təntənə ilə
qarşıladılar.İsmayılın Şəki ilə Gürcüstan arasındakı ərazidə təşkil
etdiyi çox böuük ovda,”qazilər” və Şəki əyanları iştirak etdilər
119
.
Şəkidən Ərdəbilə qayıdarkən İsmayıla
xəbər verdilər ki,Kaxetiya
hökmdarı Ləvənd xan böyük bir qoşunla Şəkiyə hücum etmişdir.
Vuruşmada şəkililər məğlub olmuşdular və Həsən bəy
öldürülmüşdü. Bu xəbər I Şah İsmayılı qəzəbləndirdi və o, dikbaş
gürcü çarını cəzalandırmağı qərara aldı. Lakin İsmayılın vəfat
etməsi buna mane oldu
120
Bu
faktlar göstərir ki, Şəki hakimi Həsən bəy Şah İsmayılın
simasında öz himayədarını görür və qərb qonşuları-gürcü çarları ilə
mübarizədə onun köməyinə arxalanırdı.
Dostları ilə paylaş: