127
meyl edən Volqaboyu xanlıqlar, həmçinin Krım tatarlarının
viranedici basqınları mane olurdu. XVI əsrin ortalarında
Moskva
dövləti Xəzərin şimal sahillərinə çıxmağa,
Xəzər dəniz yolunu ələ
keçirməyə cəhd göstərir, Volqa boyunca cənuba doğru irəliləyirdi.
Bizə həmçinin məlumdur ki, 1553-cü ildə Seyid Hüseynin
başçılıq etdiyi Səfəvi nümayəndə heyəti Moskvaya
gəlmişdi
184
.
əlimizdə danışıqların məzmunu haqqında məlumat olmasa da
güman etməyə əsas var ki, danışıqlarda Türkiyə əleyhinə hərbi
ittifaq haqqında məsələyə də toxunulmuşdur.
Məhz bu zaman
Sultan Süleymanın qoşunlarıüçüncü dəfə Azərbaycana
soxulmuşdular və I Şah Təhmasib düçmən basqını ilə ağır və qeyri-
bərabər mübarizə aparmalı olurdu. Səfəvi şahı Krım tatar
süvarilərinin Dağıstan və Dərbənddən hücumunun qarşısını almaq
üçün məhz şimalda müttəfiq axtarırıdı.
1561-ci ildə Moskvaya (adı naməlum qalmış) Səfəvi
nümayəndəsi gəlmişdi. Bu barədə 1562-ci ilin
iyununda onunla
birlikdə Moskvadan Həştərxana gəlmiş Cenkinson çəlumat verir
182
.
1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının
nümayəndəliyi Moskvaya gəlmişdi
186
.
Ehtimal
etmək olar ki, I Şah Təhmasib Osmanlı Türkiyəsi
ilə 1555-ci il sülhünün uzun sürəcəyinə şübhə edir və Moskva
dövləti ilə yaxınlaşmağa səy göstərirdi. Moskva dövlətinin başı
üzücü Livoniya müharibəsinə qarəşmışdı və çar sultanla
münasibətləri kəskinləşdirmək istəmirdi. Lakin IV İvan 1569-cu
ildə Aleksey Xoznikovun nümayəndəliyini
I Şah Təhmasibin
yanına göndərmişdi. Xoznikov Səfəvilər üçün xeyli hərbi texnikanı
– 100 top və 500 tüfəngi Qəzvinə gətirmişdi
187
.
IV İvanın Kazan və Həştərxan xanlıqlarını Moskva
dövlətinə birləşdirməsi, I Süleymanın sarayında ciddi narahatlığa
səbəb olmuşdu. Türkiyə ğzü Volqa hövzəsində və Şimali qafqazda
işğallara can atırdı. Lakin cənub-şərqi Avropa və Azərbaycan
Səfəvilər dövlətinə qarşı müharibələrə başı qarışan
Sultan
128
Süleyman rus dövlətinin istilalarına mane ola bilmədi. 1569-cu ildə
Iı Sultan Səlim Krım xanı Dövlət Gireylə birlikdə rusları
Həştərxandan sıxışdırıb çıxarmaq məqsədilə yürüşə başladı.
Müharibədə özlərinin donanmasından istifadə etmək məqsədilə,
türklər hətta Don ilə Volqa arasında kanal qazmağa cəhd
göstərdilər
188
. Lakin bu cəhdlər uğursuzluqla başa çatdı. Moskva
dövləti Həştərxanı əlində saxlaya bildi, lakin Şimali Qafqazda
möhkəmlənə bilmədi.
Dostları ilə paylaş: