SəFƏVİLƏr döVLƏTİ


-cı il 14 may qanlı hadisələri



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə44/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   40   41   42   43   44   45   46   47   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

1576-cı il 14 may qanlı hadisələri


139
1576-cı il mayın əvvəlində I Şah Təhmasib yenidən yatağa
düşdü. Şahı müayinə edən saray həkimləri əvvəlcə buna əhəmiyyət
vermədilər. Lakin mayın 13-dən 14-nə (səfərin 15-i)
27
keçən gecə I
Təhmasib özünü çox pis hiss etdi: hərarəti kəskin surtdə artdı və o,
gücdən düşməyə başladı. Paytaxtda olan bütün oğul və qızları,
həmçinin də saray adamları xəstənin başına yığıldılar. Gecəyarısı
şah birdən-birə hamıya getməyi əmr etdi. Şahzadə Heydər istisna
edilməklə hamı evinə dağılışdı.
İskəndər bəy Münşi yazır ki, Heydər Mirzənin şahın
yanında qalması haqqında iki rəvayət vardır. Bəziləri deyirlər ki, o,
şahın əmrilə qalmışdı. Əlbəttə, I Təhmasibin ölümünün ertəsi günü
ortaya çıxarılan, guya şahın vəsiyyətnaməsi olan kağıza görə, o,
şahzadə Heydəri öz xələfi təyin etmişdi. Lakin salnaməçilər
göstərirlər ki, vəsiyyatnamə saxta idi və onu şahzadənin özü tərtib
etmişdi
28
.
Digərləri (bunlar həqiqətə daha yaxındırlar) iddia edirlər ki,
Heydərin anası öz oğlunun saraydan kənarda düşmənlərdən ziyan
görə biləcəyindən ehtiyat edərək onu qalmaq üçün dilə tutmuşdu. O,
oğluna demişdi ki, atanın halı getdikcə pisləşir. Çox güman ki, o,
bu gecə həyatla vidalaşacaq. Sən atanın varisisən, padşahın taxt-
tacını qoyub hara getmək istəyirsən? Sən dövlətxanada qalmalısan
və həmin dəhşətli hadisə baş verən kimi, atanın tacını başına qoyub
Çehelsütundakı xoşbəxtlik sarayında Əlahəzrət xalçası üzərində
əyləşərsən. Ana Heydəri inandırırdı ki, qiyam baş verəcəyi halda
sarayda xəzinəyə və cəbbəxanaya sərbəst daxil ola bildiyin üçün
qızıl hərisi olan yüzbaşıları, qorçiləri və mühafizə dəstəsini ələ
almaqlataxt-tacı özündən ötrü təmin etmiş olarsan. Şahzadənin
tərəfdarları saraya gəlib çatanda və taxta çıxmaq gerçəkləşəndə
İsmayıl Mirzənin tərəfdarlarının yeni şaha özlərinin itaətini
bildirməkdən başqa çarəsi qalmayacaqdırı Anasının dəlillərini
dinləyən şahzadə sarayda qaldı. 1576-cı il mayın 14-də səhər şah
vəfat etdi
29
.V.Hins I Şah Təhmasibin ölümqabağı davranıpşını


140
“ziddiyyətli və ikibaşlı” adlandırır. O, yazır: “Şah bir tərəfdən
şahzadə İsmayılın Qəhqəhədəki şəxsi mühafizəsi qayğısına qalırdı.
Digər tərəfdən də onun öz səfiri Toxmaq xan Ustaclıya vermiş
olduğu şahzadə Heydərin maneəsiz taxta varis olması haqqında ,
qayğı göstərməyi tələb edən məktubu ortaya çıxdı”
30
. Sonuncu
məlumatı farsdilli mənbələr təsdiq etmir. Daha çox ehtimal olunanı
budur ki, I Təhmasib özünün tezliklə öləcəyinə inanmadığından
heç bir vəsiyyətnamə tərtib etməmişdi. Bununla da şah qeyri-
iradi,ölümündən dərhal sonra qiyamın baş verməsinə şərait
yaratmışdı.
Deməli, sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə
çatdığına əmin idi. O, səhər hətta atasının tacını başına qoymuş,
qılıncını belinı bağlamışdı
31
. Lakin hər şey onun istəyinin əksinə
oldu.
Öncə aydın oldu ki, həmin gecə sarayın mühafizəsini
hərəmxana yüzbaşısı Vəli bəy Əfşarın rəisliyi ilə rumlu, əfşar,
qacar, bayat və varsaq
32
tayfalarından olan qorçilər aparırdılar. Bu
tayfalar şahzadə İsmayılın tərəfdarları idilər. Şahın vəfatı xəbəri
alınan kimi onlar saraya bütün giriş və çıxışları bağladılar. İskəndər
bəy Münşinin sözlərinə görə, “ağılsız qadının məsləhəti ilə hərəkət
edən şahzadə sarayın içərisində qalaraq, tərəfdarları və ardıcıllarını
saraydan kənarda qoymuşdu”
33
. Beləliklə, Heydər Mirzə öz
tərəfdarlarının köməyindən məhrum oldu. Düşmənlərinin əlində
əsirə çevrildi. Digər tərəfdən də o, İsmayılın tərəfdarı olan bacısı,
onu aldatmağa nail olmuş ağıllı, lakin hiyləgər Pərixan xanımı
zərərsizləşdirə bilmədi. Pərixan xanım həmin səhər özünü şahın
hərəmxanasında Heydərin əsiri kimi görəndə saraydan çıxmağın və
qardaşının planlarının həyata keçməsinə mane olmağın yeganə yolu,
belə işlərdə usta olduğu riyakarlıq və yalandan ibarətdir. O, dərhal
Heydərin yanına gəldi, özünü məharətlə itaətkar və yaltaq cildinə
saldı. Həyəcanla, əgər o düşüncəsizliyi üzündən hər hansı qəbahətə
yol vermişsə, qardaşından onu – “ağılsız qadını” bağışlamağı xahiş


141
edərək əmin etdi ki, bundan sonra qardaşına fədakarlıqla xidmət
edəcək və keçmiş dostluq münasibətlərinin bərpa olunmasına
çalışacaqdır. Bu zaman o, qardaşına tərəf atılıb onun ayaqlarından
öpdü və burada duran anaya üzünü tutaraq dedi: “Şahid ol,
Əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun ayaqlarını
öpməkdə heç kəs məni qabaqlamadı”
34
.
Bundan sonra o, qurana əl basaraq and içdi və guya öz
qardaşı şahzadə Süleymana və dayısı Şamxala bu yeniliyi
bildirmək və onları da xidmət etmək üçün saraya gətirməkdən ötrü
evə getməyə icazə istədi. Sadəlövh və hər şeyə inanan Heydər öz
bacısının səmimiyyətinə inandı və bununla da özünü məhvə
məhkum etdi.
Getmək icazəsi alan şah qızı Pərixan xanım tələsik
hərəmxana bağından saray meydanına (“Meydan-i əsp”)aparan
gizli otağın qapısını öz açarı ilə açıb dayısı Şamxalı son hadisələrlə
tanış etdi.
Sarayda qalan şahzadə Heydər yüzbaşıları, qorçiləri,
eşikağalarını, saray mühafizəsinin nümayəndələrini, saray
adamlarını qızıl və hədiyyələrə qərq etdi və onların hamısına nə isə
vəd etdi. Lakin onun öz tərəfdarları ilə qovuşmaq üçün saray
mühafizə dəstəsini ələ almaq cəhdləri boşa çıxdı. İskəndər bəy
Münşi yuxarıda adı çəkilən Vəli bəy Əfşarın sözləri ilə deyir ki,
şahzadə Heydər həmin səhər Vəli bəy Əfşara, qorçilərəqapıları
açmaq və onun tərəfdarlarını içəri buraxmaq əmrini verərsə,
Kirmanın idarəsini və qorçibaşı vəzifəsini təklif etmişdi. Vəli bəy
qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və
demişdi ki, “vicdansız” qorçilər heç kimin nə saraya girməsinə, nə
də saraydan çıxmasına razı deyllər. Belə olduqda, şahzadə qılıncına
əl ataraq özünü öldürmək istədi, lakin anası çığıraraq özünü ona
tərəf atıb buna mane oldu. Şahzadə geriyə dönüb hərəmxanaya
girdi və o günün axırına kimi hərəmxana binasına “gah daxil oldu,
gah da çıxdı”
35
.
I Şah


142
Təhmasibin ölüm xəbəri (onu gizlətmək üçün göstərilən bütün
cəhdlərə baxmayaraq) paytaxtda yayıldı və mayın 14-də səhər
şahzadə Əhmədlə birlikdə Əmiraslan xan Əfşar, həmçinin
Məhəmməd Mirzə, Hüseynqulu Xəlifə Rumlunun evinə gəldilər.
İsmayılın ardıcılları bura yığıldılar.
Şeyxavənd, ustaclı tayfaları, gürcülər və Heydərin digər
tərəfdarları – Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy
Kəmunə, Əlixan bəy (gürcü), allahqulu xan Aycək oğlu Ustaclı
Hüseyn bəy yüzbaşının evinə toplaşdılar. Şahzadə Mustafa və
Bəhram Mirzənin oğlu İbrahim Kirzə buraya gəldilər.
Heydər Sultan Çabuk Türkman, Qulu bəy Əfşar,
Məhəmmədqulu Zülqədər möhrdar, Mirzə Əli Sultan Qacar və
Heydərin tərəfdarları öz evlərində oturub hadisələrin sonrakı
gedişini gözləyirdilər. Onlar öz qüvvələrinə arxayın idilər və
mübarizənin nəticəsi üçün o qədər də narahat deyildilər. Onlar
saraya daxil olub şahzadə Heydəri taxta çıxarmaq, mane olanları
isə məhv etmək barədə düşünürdülər
36
.
Onlar belə hesab edirdilər ki, İsmayıl onların tərəfdarı
Xəlifə Ənsar Qaradağlının etibarlı mühafizəsi altındadır və Heydər
taxta çıxdıqdan sonra yeni şahın göstərişi ilə birgə hərəkət edərlər.
Onlardan bəziləri ehtiyat edirdi ki, saraya hücum edildiyi halda
şahzadənin tərəfdarları ona kömək etməyə gəlib çatanadək qorçilər
şahzadəni qətlə yetirə bilərlər. Onlar tez-tez öz qərarlarını
dəyişirdilər. Nəhayət, bu fikrə gəldilər ki, həmin gecə sarayın
mühafizəsi ustaclı tayfasından olan qorçilərə keçəcək, ona görə də
axşama qədər gözləmək lazımdır. Allahqulu Aycək oğlu saraya
getməməyi, qəflətən Hüseynqulu Xəlifənin evinə soxulmağı və
İsmayılın bütün tərəfdarları ora toplaşanadək onu öldürməyi,
dəstəsini isə dağıtmağı təklif etdi. O inandırırdı ki, bu xəbər saraya
çatan kimi saray mühafizəçilərinincanına qorxu düşəcək və onlar
qapıların mühafizəsindən əl çəkərək, bizim tərəfimizə keçəcəklər.
Bu zaman ağıllı, tədbirli və təcrübəli şəxs olan Hüseynqulu


143
Xəlifə Rumlu, Heydərin tərəfdarlarının onun evinə hücum
edəcəklərindən çox ehtiyat edirdi. O, öncə Budaq Rumlu və
Şahqulu Sultan Təbət oğlu Zülqədər adlı iki ağsaqqalı barışıq
haqqında danışıqlar aparmaq, düşmənçilik fəaliyyətininn qarşısnı
almaq üçün Hüseyn bəyin yanına göndərdi. Qarşı tərəfə ittifaq
bağlamaq təklis edilirdi. Təklifdə, əvvəlcə mərhum şahı dəfn etmək,
sonra isə hər iki tərəfin ağsaqqallar şurasında hansı namizədin öz
şəxsi keyfiyyətlərinə görə mərhum şahın yerini tutmağa daha çox
layiq olması məsələsini sakit şəraitdə müzakirə etmək arzusu ifadə
olunurdu. Hüseynqulu Xəlifə yaxşı bilirdi ki, danışıqlar faydasızdır,
lakin onları oraya vaxt qazanmaq üçün göndərmişdi.
O, həmçinin öz adamını şəhərdən bir fərsəx uzağa
göndərmişdi ki, çaparaq şəhərə daxil olub İsmayılın “gəlməsi”
xəbərini xalqa çatdırsın. Günorta çağı qan-tər içində bir atlı şəhərə
daxil olub xəbər verdi ki, İsmayıl Mirzə tezliklə şəhərə gələcək. O,
belə bir şayiə yaydı ki, mərhum şah on iki gün əvvəl gizlicə
şahzadə İsmayılın ardınca adam göndərmişdir və onu tezliklə
şəhərə çatdıracaqlar. Paytaxt əhalisi təşvişə düşdü və şəhərlilərin
böyük dəstəsi Hüseynqulu Xəlifə Rumlunun evinə yollandı. Bu
xəbər Heydərin tərəfdarlarını ruhdan saldı və onları çaşdırdı. Lakin
axşama yaxın aydın oldu ki, bu xəbər yalandır və fərasətli
Hüseynqulunun kələyidir.
Öncə mübarizədən kənarda qalmış bir sıra əmirlər (məsələn,
Məhəmmədqulu Xəlifə möhrdar, Heydər Sultan Çabuk Türkman)
Hüseynqulunun evinə gələrək İsmayılın tərəfdarlarına qoşuldular.
Heydərin ardıcıllarının sırasında çaşqınlıq müşahidə olunurdu.
Məsələn, mayın 14-də, axşam Hüseyn bəy yüzbaşı və Heydərin
digər ardıcılları nəhayət, saraya doğru hərəkət etməyi qərara aldılar.
Lakin yola çıxdıqdan az sonra şahzadə İbrahim (Bəhram Mirzənin
oğlu) onlarla getməkdən imtina etdi və evinə qayıtdı. Allahqulu
Sultan Aycək oğlu Ustaclı da onun kimi hərəkət etdi. Təbiidir ki,
bu, Heydərin dəstəsində ruh düşgünlüyünə səbəb oldu. Hüseyn bəy


144
əvvəlcə saraya baş küçə ilə hərəkət edirdi. Lakin onlar Xəlifə
Möhrdarın, Qulu bəy Əfşarın evinə çatanda damlardan güllə,
kamanlardan ox yağdıraraq onların yolunu kəsdilər. Hüseyn bəy
atışmaya fikir verməyib xəzinə binasının arxa tərəfindən keçən
küçəyə tərəf döndü. Qarətçilərin basqın etdiyini güman edən
mühafizə dəstəsi onlara atəş açdı. Belə olduqda Hüseyn bəy
qışqırdı: “Biz heç kimdən ötrü vuruşmaq istəmirik. Sarayda
növbəni dəyişməyə gedirik. Bizdən nə istəyirsiniz?”. Bunu eşidən
mühafizə dəstəsi atışmanı dayandırdı və Hüseyn bəyin dəstəsinə
yol verdi. Saraya çatan dəstə qapıların bağlı olduğunu və
maneələrin qurulduğunu gördü. Bu vaxt onlar məlumat aldılar ki,
Hüseynqulu Xəlifə öz adamları ilə baş küçə ilə hərəkət edir və
hərəmxana bağına bitişik olan “Meydan-i əsp”ə gəlib çatmışdır.
Gördüyümüz kimi Heydərin tərəfdarları ehtiyat edirdilər. Ehtimal
edilir ki, qarşı tərəf hərəmxananın bağına soxulub şahzadəni
öldürmək istəyirdi. Hüseyn bəy qapıları sındırıb saraya daxil ola
bildi. Bu vaxt şahzadə Heydər hərəmxanada idi. O, binada
vurnuxur, çıxış yolu axtarırdı. Lakin bütün qapılar möhkəm
bağlanmışdı. Heydərin ardıcılları şah yeməkxanasına soxulub,
sarayda otaqdan – otağa keçərək “Şah Heydər” deyə çağırırdılar. O
biri tərəfdən də Hüseynqulu Xəlifə Rumlu öz adamları və Şamxalla
birlikdə hərəmxananın bağının qapısını açdı. Bütün künc-bucaq
ələk-vələk edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin
yaxınlaşdığını görən Heydər qızılbaşların şahın hərəmxanasına
girməyə cəsarət etməyəcəkləri ümidi ilə yenidən qadınların
otaqlarına soxulub anasının yanında əyləşdi. Lakin onun bütün
ümidləri puça çıxdı. Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin
onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın qulluqçuları
və qadınlarına qarışdı. O, qadın paltarı geyinərək hərəmxananı tərk
etdi.
Hərəmxana eşikağalarından biri Əli bəy Şamlı başqa bir
binaya yollanarkən şahzadəni tanıdı və ucadan qışqırdı: “Sizin


145
axtardığınız bax budur!”. Cəmşid bəy Çərkəz(şahzadə Süleymanın
qulamı) və Vəlixan bəy yüzbaşı Rumlu şahzadənin üzərinə
atıldılarvə onu kənara çəkdilər. Gəncin başı Hüseynqulu Xəlifə və
Şamxalın işarəsi ilə elə oradaca kəsildi. Nəhayət, gürcü dəstəsi ilə
Heydərin dayısı Əlixan bəy və Zal bəy hərəmxananın qadınlarına
gəlib yetişəndə, şahzadənin qana bulaşmış başı hərəmxana
eyvanının üstündən istehzalı çığırtılarla onların ayaqları altına
atıldı: “Alın, bu da sizin şahın başı”. Heydərin ardıcılları baş
vermiş hadisədən sarsıldılar. Onlar tələm-tələsik sarayı tərk etdilər
və pərakəndə surətdə dağılışdılar. Hamı tərəfindən tərk edilmi.
Hüseyn bəy yüzbaşı və şahzadə Mustafa Luristana qaçdılar
37
.
Həmin axşam qızılbaş dəstəsi şahzadə İsmayılın arxasınca
Qəhqəhə qalasına göndərildi. Şahzadə Heydərin faciəli ölümündən
sonra bir çox ustaclı əmirləri İsmayılın ardıcılları tərəfinə keçdilər.
Onlar da Qəhqəhə qalasına doğru hərəkət etdilər.
Ertəsi gün, mayın 15-də, səhər əmirlər və şahzadələr saraya
toplaşdılar.14 may hadisələrində iştirak etməmiş İbrahim Mirzə və
Allahqulu Sultan Aycək oğlu da ora gəlmişdilər. Zal bəy (gürcü),
Həmzə bəy Talış və həlak olmuş şahzadənin digər tərəfdarları
evlərindən çıxarıldılar, edam edildilər. I Təhmasibin həkimi
Əbunəsr Gilani şahı zəhərləməkdə və şahzadə Heydərə rəğbət
göstərməkdə ittiham edildi. O, 14 may hadisələri zamanı saraydakı
buxarıların birində gizlənmişdi. Lakin qorçilər onu oradan çıxarmış
və tikə-tikə doğramışdılar. Heydərin darmadağın edilmiş
tərəfdarlarının əmlakı qızılbaşlar tərəfindən müsadirə olundu
38
.
Bu qələbədən sonra hakimiyyət Pərixan xanımın və qızılbaş
əyanları arasında nüfuzu əhəmiyyətli dərəcədə artmış Hüseynqulu
Xəlifə Rumlunun əlinə keçdi. Cümə günü Qəzvinin baş məscidində
əmirlərin, şahzadələrin və camaatın iştirakı ilə təntənəli şəraitdə
şahzadə İsmayılın taxta çıxması şərəfinə xütbə oxundu.
Bu günlərdə hakimiyyət tamamilə Pərixan xanımın əlində
cəmlənmişdi. “Heç kim Pərixan xanımın əmri və hökmündən


146
çıxmağa cürət etmirdi”.
İndi isə 1576-cı il 14 may hadisələrinə qiymət verməyə
cəhd göstərək.
V.Hins bu məqsədlə yuxarıda təsvir
olunanhadisələrdə, hakimiyyət uğrunda mübarizə aparan hər iki
dəstənin tərkibi haqqında aşağıdakı məlumatları ayırmışdır:
HEYDƏRİN DƏSTƏSİ

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin