174
rumilərlə müharibəni yüngül və sadə (iş) hesab edirdilər”. Buna
görə də, onlar 10-15 min nəfərlik qoşunla Mustafa paşanın yüz
minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi
Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı
dururdu
114
.
İskəndər bəy Münşi gileylənirdi: “Əgər qızılbaş əmirləri
arasında həmrəylik yaransaydı, Azərbaycanın və Şirvanın birlikdə
sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü
çarları onlara qoşulsaydılar, o zaman Lələ paşanın ölkəyə basqını
belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı
ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirildi, habelə,
qızılbaşların nüfuzku başçıları həlak oldular. Azərbaycan qoşunu
məhv edildi, bir sıra illər boyu yığılmış əmlak və ləvazimat isə
talan edildi”
115
.
Çıldır vuruşmasından sonra Məhəmmədi xan Toxmaq
məsuliyyəti öz üzərinə götürərək qoşunların qalıqları ilə
Çuxursəədə getdi, İmanqulu xan isə Qarabağa qayıtdı.
Dostları ilə paylaş: