SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə54/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   50   51   52   53   54   55   56   57   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Şirvana basqın
1578-ci il sentyabrın əvvəlində Osmanlı qoşunları Qanıq
(Alazan) çayına çatdılar. Onlar əhalisi və yaşıllığı olmayan Şirak
düzündən keçərək ərzaq cəhətdən ciddi çətinlik çəkdilər.
Aclıq və üzücü yürüş işğalçıların mənəvi ruhunu əsaslı
surətdə sarsıtdı. Sipahilər (süvarilər) və yeniçərilər yürüşdəm


176
imtina edərək geri qayıtmağı tələb etdilər. Osmanlı
salnaməçilərinin yazdığına görə, hətta bir qrup döyüşçü sərkərdəyə
yaxınlaşaraq bildirdi: “Sən bizi dəli edəcəksən. Nə vaxtadək bu boş
və yaşayış olmayan çöllərdə gedəcəksən. Sən qayıtmalısan. Biz
qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə
həyat, sonra isə (bütün) dünya vacibd8ir. Biz nə Qanıqdan keçmək,
nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”
121
.
İskəndər bəy Münşinin məlumatına görə, xeyli
yubanmadan sonra Əmir xan on minlik qoşunla Təbrizdən çxaraq
Məhəmmədi xan Toxmağın köməyinə gəldi. Çıldır yaxınlığında
darmadağın olunmaq, Mustafa paşanın Gürcüstan və Şirvan
istiqamətində hərəkət etməsi xəbəri ona çatdı. Əmirxan Qarabağa
tərəf yeridi, burada ona qoşulan İmamqulu xanla bərabər Alazan
sahilində Osmanlı ordusunun böyük dəstəsinə hücum etdilər.
Qızılbaşlar 2 min nəfərə yaxın adam öldürdülər. Onların əlinə
böyük miqdarda qənimət keçdi
122
.
Bu məlumatı türk tarixçisi Münəccimbaşı da təsdiq edir və
əlavə olaraq göstərir ki, bu zaman qızılbaşlar ləvazimatı ilə birlikdə
min dəvə və 3 min at ələ keçirmişdilər
123
. Bundan əlavə, bir sıra
Osmanlı başçıları qızılbaşlara əsir düşmüşdü
124
. Bu qələbədən
sonra Əmir xan Qarabağa qayıtmaq və Səfəvi şahzadəsi Həmzə
Mirzənin başlıca qüvvələrinin yaxınlaşmasını gözləmək fikrində idi.
Lakin onun oğlu Sultan Murad xan “dəliqanlı qızılbaş döyüşçüləri”
dəstəsi ilə Alazan çayını keçdi və düşmənə bir daha zərbə endirdi.
Lakin onun dəstəsi türklər tərəfindən mühasirəyə alındı və
darmadağın edildi. Bu döyüşdə 2-3 min nəfər qızılbaş həlak oldu.
Bundan sonra Əmir xan öz qoşunlarının qalıqları ilə Təbrizə
qayıtmağı daha düzgün çıxış yolu hesab etdi
125
.
Osmanlı ordusu Şirvana daxil olduğu zaman yeni qiyam baş
verdi. İş bundadır ki, Şirvanın qızılbaş hakimi Araz xan Rumlunun
yaxınlaşdığını eşidən Mustafa paşa Alazan çayını keçməyə tələsirdi.
Sentyabrın 10-da səhərdən Osmanlı hissələri çayın sol sahilinə


177
keçməyə başladılar. Çayın keçilməsi toran düşənə qədər
uzandığından çayın daşması nəticəsində əsgərlərin bir hissəsi
batmışdı. Bu çayın sağ sahilində qalanlar arasında böyük vahimə
yaranmasına səbəb oldu. Ertəsi gün səhər, ordu nümayəndələri
dəstəsi Mustafa paşanın yanına gələrək qışın yaxınlaşdığını,
əsgərlərin yorulduğunu və doyunca yeməməkdən taqətdən
düşdüklərini bildirərək dərhal yürüşü dayandırmağı və vətənə
qayıtmağı təkidlə tələb etdi. Sərkəördə öz əqidəsinin bütün
qüvvəsini işə saldı və onlara böyük qənimət əldə edəcəklərini,
Şirvanda ərzaq bollluğu ilə qarşılaşacaqlarını vəd etdi. O,
döyüşçüləri şiələrin – qızılbaşların hakimiyyətini devirtməkdə
“kömək” etməli olduqlarını öz həmməzhəblərinə, yəni Şirvan
sünnilərinə “xəyanət edəcəkləri təqdirdə” qiyamət günündə cəza
alacaqları ilə qorxudurdu. Hər halda 2 min nəfərədək yeniçəri
yollarına davam etməkdən imtina etdi və atəş açmaqla çayı
keçənlərə mane olmağa cəhd göstərdilər. Oruc bəyə görə, çayın
keçilməsi və Ərəşə qədər yol qət edilməsi türklərə 8 min insan
həyatı bahasına başa gəlmişdi. Sentyabrın 16-da Mustafa paşa
Ərəşə daxil oldu
126
.
Türklər burada təxminən üç həftə qalaraq dincəldilər və
yürüşü davam etdirmək üçün özlərinə bir aylıq azuqə topladılar.
Onlar qala tikərək orada Qaytas paşanın başçılığı ilə beş min
nəfərlik hərbi dəstə yerləşdirdilər
127
.
Ağıllı və təşəbbüskar hakim olan Şirvan bəylərbəyisi
düşmənin qat-qat üstün olan qüvvələri qarşısında tab
gətirməyəcəyini hiss edərək Şirvanı tərk edib, Kürün cənub
sahilində yerləşdi. Üstəlik də bu vaxt dağıstandan Əbubəkr Mirzə
ləzgi və şirvanlılardan ibarət üç minlik dəstə ilə Şirvana daxil
oldu
126
.
Türk ordusu çox da çətinlik çəkmədən Ərəşdən başqa
Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Səlyanı ələ keçirdi.
İ.Petruşevski düzgün olaraq qeyd edir ki, “Osmanlı Türkiyəsinin


178
Şirvanı işğal etməsini Azərbaycanın cənub hissəsində və
Ermənistanda bir çox köçəri kürd tayfalarının, Şimalı Azərbaycan
əyanlarının bir (sünni) hissəsinin onun tərəfinə keçməsi, habelə
qızılbaş əmirlərinin arasındakı didişmələr və onların ümumi
rəhbərliyə tabe olmaq istəməməsi” asanlaşdırmışdı
129
. İskəndər bəy
Münşinin göstərdiyi kimi, Şirvanın bəzi yaşayış yerlərinin sakinləri
(rəiyyətləri), nəinki müqavimət göstərmirdilər, əksinə, hətta
“qızılbaşlara qarşı qiyama və mübarizəyə” qalxırdılar
130
. Bu həm
qızılbaş feodallarının Şirvanın oturaq əkinçi əhalisinə etdiyi ağır
zülmlə, həm də yerli sünni əyanlarının Şirvan dəstəsinin keçmiş
müstəqilliyinə hələ ümidlərini itirmədikləri və öz arzularını sultan
ordusunun gəlməsinə bağlamaları ilə izah olunurdu. Məsələn,
Dərbəndin Səfəvi hakimi Çıraq Xəlifə 300 qızılbaşla birlikdə
Osmanlı qoşunlarının şəhərə daxil olmasınaqarşı çıxmış, lakin
dərbəndlilərin qiyamı nəticəsində məhv edilmişdi
131
.
Mustafa paşa Şirvanı tutduqdan sonra Şamaxıda Osmanlı
sərkərdələrinin şurasını (divanını) çağırdı. Burada, ölkədə sultan
hakimiyyətini möhkəmləndirmək üçün tədbirlər müzakirə olundu.
Şirvanda türk hərbi-inzibati idarə sistemi tətbiq edildi. Osmanlı
salnaməçisi Əli özünün “Künh əl-əxbar”
132
əsərində məlumat verir
ki, Şirvan mahallardan (sancaqlardan) ibarət olan iki vilayətə -
Şamaxı və Dərbənd bəylərbəyiliklərinə bölündü.
Şamaxı vilayəti aşağıdakı sancaqlardan ibarət idi: 1) Lahıc,
2) Ağdaş, 3) Qəbələ, 4) Salyan, 5) Zərdab, 6) Şəki, 7) Bakı, 8)
Sədəru, 9) qara Ulus, 10) Axtı və İxır, 11) Diku, 12) Siryan (yaxud
Sirhan), 13) Osmani, 14) Xudavərd (yaxud Xudadərd), 15)
Mahmudabad, 16) Ərəş.
Dərbənd vilayətinə daxil olan sancaqlar bunlar idi:
1) Dəmirqapı (Dərbənd), 2) Şabran, 3) Axtı (habelə
Şamaxının 10-cu sancağı kimi göstərilir), 4) Quba, 5) Müskir
(yaxud Məskir)
133
, 6) Kürə, 7) Çıraq, 8) Restov
134
.
Bir aydan sonra Mustafa paşa geriyə hərəkət etdi. O, buna


179
bir sıra səbəblər üzündən məcbur olunmuşdu. Qızılbaşlarla qanlı
döyüşlər, Gürcüstanda dəfələrlə pusqulardan edilmiş hücumlar,
təbii fəlakətlər zamanı məruz qaldıqları təsirli itkilər – bütün bunlar
Osmanlı ordusunun ruhdan düşməsinə böyük təsir göstərirdi.
Biz artıq
açıq qiyamlara keçən yürüşlə əlaqədar narazılıqların şahidi olduq.
Nabələd ölkədə yaxınlaşmaqda olan qış osmanlı əsgərlərinə
təskinverici heç nə vəd etmirdi. Buna görə də Mustafa paşa bu
ölkədə qalmağı ağılsızlıq hesab edirdi. İstilaçılar zəbt etdikləri
ölkədə özlərini həddən artıq inamsız hiss edirdilər. Bu baxımdan
belə bir fakt səciyyəvi idi ki, türk baş komandanı Şirvandakı
istilaları əldə saxlamağa öz əsgərləri arasında həvəs göstərən şəxs
tapa bilməmişdi. Şirvanda Osmanlı qoşunlarına komandanlıq
etmək təklifi almış Diyarbəkir bəylərbəyi Dərviş paşa və Hələb
(Aleppo) bəylərbəyi Məhəmməd paşa tələsik bundan imtina
etmişdilər. Mustafa paşa bu vəzifəni Özdəmir oğlu Osman paşaya
həvalə etməyə müvəffəq oldu
135
. Sonuncu, sultanı müdafiə edən
Dağıstan hakimlərinə yaxın olması sayəsində əlverişli olan
Dərbəndi özünə iqamətgah seçdi. Mustafa paşa Ərzurumda
qışlamağa getməzdən əvvəl Şamaxıda, Ərəşdə, Bakıda və başqa
şəhərlərdə qalaları möhkəmləndirdivə bu yerlərdə Osmanlı hərbi
hissələri yerləşdirdi
136
. Mustafa paşa Dağıstan hakimlərini sultana
sədaqətlə xidmət etdiklərinə görəmükafatlandırmağı da unutmadı.
Kumık və Qaytaq hakimi Çitlav Şamxal Şabran sancağını aldı, avar
hakimi Toğa Laz Bürhanəddinə isə Axtı və İxır sancağı
bağışlandı
137
.
Tiflisdən keçərək Ərzuruma hərəkət edən Osmanlı ordusunun
geriyə qayıtdığı yol da türk əsgərlərinin meyitləri ilə dolu idi. Hətta
Osmanlı salnaməçilərinin etiraflarına görə, sentyabrın 25-də Tiflis
və Qori arasında qopan qar çovğunu nəticəsində 5-6 min türk əsgəri
həlak oldu
138
. Mustafa paşa Tiflis yaxınlığında türklərin keçəcəyi
yolda, meşə və cəngəlliklərdə pusqu qurmuş Qarabağ bəylərbəyisi


180
İmamqulu xanla Kartli çarı Simonun birgə hücumuna məruz qaldı.
20 min nəfərdən artıq düşmən əsgəri öldürüldü, zəngin qənimət ələ
keçirildi
139
.
Türk mənbələrinə görə, Mustafa paşa Şirvandan getdikdən
sonra Osman paşa Gəncəyə basqın təşkil etdi. Qaytas paşa başda
olmaqla Osmanlı dəstəsi Kürü keçərək Gəncə bəylərindən biri olan
Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin