148
dəstəsində ikinci rol oynayırdılar.
Digər tədqiqatçı – R.M.Seyvori belə hesab edir ki, mübarizə
qızılbaş hərbi əyanları və Səfəvilər sarayının yeni ünsürləri –
gürcülər və çərkəzlər arasında gedirdi
42
. Lakin adları çəkilən
gürcülər və çərkəzlər (müsəlmanlığın şiəlik təriqətini qəbul etmiş
və Səfəvilərin xidmətinə daxil olmuş Gürcüstan feodal əyanlarının
və Qafqaz dağlarının şimal hissəsi əhalisinin yuxarı təbəqələrinin
nümayəndələri) müstəqil siyasi qüvvə olmamış, göstərilən
hadisələrdə ikinci dərəcəli rol oynamışlar.
Fars əyanları bu dövrdə müstəqil siyasi qüvvə kimi çıxış
etmək üçün hələ olduqca zəif idilər. Buna görə də 14 may qanlı
toqquşmaların hakimiyyət uğrunda və dövlət işlərinə nüfuzlarını
gücləndirmək üçün ayrı-ayrı qızılbaş əyanları arasındakı daxili
mübarizənin yeni təzahürü kimi baxmaq lazımdır. Ustaclı
tayfasının əyanları Heydərin taxt-taca olan iddialarını müdafiə
etməklə, I Şah Təhmasibin hakimiyyətinin son dövründə dövlət
işlərində tutduqları aparıcı mövqeləri qoruyub saxlamağa ümid
edirdilər. Ustaclı feodallarını tutmuş olduqları yüksək vəzifələrdən
sıxışdırıb çıxarmaq və onların yerini tutmaq ümidi ilə qızılbaş
tayfalarının mütləq əksəriyyəti (rumlu, əfşar, türkman, şamlı, qacar,
zülqədər, bayat, varsaq) onlara qarşı birləşmişdi
Dostları ilə paylaş: