Don
Xuanın
92
(Don Juanın) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından
olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin
atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və Şah Məhəmməd
Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün
feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə
mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu.
Qoşuna başçılıq etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən
Oruc bəyin əlinə keçmişdi
93
.
Oruc bəyin yazdığına görə, I Şah Abbas taxta çıxdıqdan sonra
yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat həyata keçirmişdi. Oruc
bəy onların yarısında şəxsən iştirak etmişdi
94
.
Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri ilə hərbi-
siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini
(tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya
göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya,
Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O,
İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada
qalmışdır.
Don Xuanın – Oruc bəyin əsəri ilk dəfə olaraq müəllifin sağlığında
(1604-cü il) ispan dilində nəşr olunmuşdur. Oruc bəyin əsəri (Q.Le-
Strencin nəşrində) üç kitaba bölünmüşdür. Birinci kitabın giriş hissəsində
29
müəllif özünün etdiyi və onun fikrincə yalnız Marko Polonun və
Magellenın səyahətləri ilə müqayisə edilə bilən səyahətindən iftixarla
danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I
Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar
maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və
boylarının adı çəkilir. Oruc bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr,
hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu
tayfaların yuxarı təbəqələrinə məxsus idi
95
.
Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim
tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə
qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri
haqqında söhbət açılır.
Ikinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz
vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi
tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin
müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan
məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab
etmək olar.
I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer
ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti
dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili
mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və
Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci
illərin sonundakı hərbi-siyasi hadisələrin müfəssəl təsvirinə həsr
olunmuşdur.
1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal
iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal
səciyyə daşıyır. Üçüncü kitabın mzmunu onun üzv olduğu Səfəvi
səfirliyinin təsvirindən ibarətdir
96
.
Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin
ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis
30
şirkətinin agentləri olan tacir-səyahətçilərin - Antoni Cenkinsonun, Tomas
Olkonun, Riçara Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor
Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin,
Vekyettinin
97
qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər
dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları,
ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin
vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.
Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli
Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)
98
adlı böyük əsərinə 55-ci
fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası
(Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan
tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır
99
.
Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi
verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin-Səfəvi
hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.
Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində
son dövrdə böyük işlər görülmüşdür
100
. A.D.Papazyanın hazırladığı
“Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək
kifayətdir.Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o
cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni
icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər
vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini
öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış
farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə
Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən
daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi
canlanmışdır. Üç məcmuə nəşr edilmiş T.M.Musəvi bu mühüm işə
faydalı töhfə vermişdir.
Xaricdə bu qəbildən olan nəşrlərdən
101
danışarkən V.F.Minorskinin
dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci
qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli
tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş
31
sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa
iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa
böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların
məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir
neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik.
Sonuncuların arasında Naxşıvana aid olan gömrük rüsumlarının ləğv
edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət
kəsb edir.Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr
etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin
farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda
müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse
tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının
bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz,Ərdəbil və Xalxalda)
bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.
İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap
olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə
əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları
nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül
Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib
hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət
kəsb edir
102
.
Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi
məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar.Bu dövlətin,
onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir
çox mühüm məsələlərinin əsərlərində dərindən və hərtərəfli işıqlandıra
bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun
Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş
monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının
(tiyul,soyurqal,mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və
mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının
mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur
103
.
32
Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və
N.Filrozenin əsərlərində tədqiq edilmişdir
104
. XIII-XIV əsrlərdə
Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin
İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai
münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək
üçün böyük əhəmiyyətə malikdir
105
. S.B.Aşurbəylinin A.P.Novoseltsevin,
M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri
106
XVI-XVII
əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün
əhəmiyyətlidir.
Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə
indiyədək xüsusi maraq göstərmir.Bununla belə, Yaxın və Orta Şərqdə
göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə
toxunulan əsələr mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və
çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz
əhəmiyyətinə görə birinci yeri vermək lazımdır
107
. Anna Lambtonun müasir
İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə
həmin məsələlərə həsr olnmuş kiçik bir fəsil olan əsəri də qeyd
olunmalıdır
108
. İran alimi Tağı Bəhraminin əsərində bizi maraqlandıran
dövr haqqında səthi danışılır
109
.
XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi,daxili və xarici
siyasəti,Avropa ölkələri və Rusiys ilə ticarət-iqtisadi ələqələri bir sıra
əsərlərdə işıqlandırılmışdır. Onların arasında ilk dəfə olaraq XVI-XVII əsr
Azərbaycan tarixinin ilkin m\nbələrinə əsaslanan qiymətli oçerkini yaratmış
İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur.Onun İranda islamın tarixinə dair
kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin
ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk
etmək üçün böyük əhəmiyyətə malikdir
110
.
N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə
qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin
sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır
111.
XVI əsr
Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi,onun
siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin
33
Ə.N.Quliyev
tərəfindən
yazılmış müvafiq bölməsində təsvir
edilmişdir
112
. Səfəvilərin XVI əsrə qədərki tarixinin bəzi məsələləri,
Səfəvi şeyxlərinin Ərdəbil hakimiyyəti dövrü C.İbrahimovun əsərlərində
öz şərhini tapmışdır
113
. Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər
dövlətinin xarici siyasətinin və daxili inkişaf tarixinin bir sıra məsələləri
Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin,
Ə.H.Hüseynovun və B.Əhmədovun
114
əsərlərində işıqlandırılmışdır.
Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın,
Ə.V.Rəhimovun və Ə.Ş.Rəcəblinin əsərlərində
115
mövzuya dair epiqrafik
və numuzmatik materiallar vardır.
Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş
xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl
haqqında çox da böyük olmayan kitabımənbələrdən götürülmüş, lakin
müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz
əhəmiyyətini saxlamaqdadır
116
. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin
70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin
vəziyyətinə həsr olunmuşdur
117
. V.F.Minorskinin tədqiqatlarında bu
məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır
118
. Son illər
çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox
maraq doğuranları - I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş
cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr
və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-
XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun
əsəridir
119
. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin
yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə
Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş
əsərlərində xeyli dərəcədə yeni material vardır
120
.
İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri
121
istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır.
Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş
kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri
daşıyır
122
. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur
34
və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.
Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər
dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran
tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-
iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş
123
ilk tədqiqatdır.
Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri
XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.
Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən
tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər
rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski
124
olmuşlar.
Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında
həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı
Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur
125
. 1946-cı
ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir
126
.
Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov
I Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir
127
.
Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və
mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.
İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında
Səfəvilər dövlətinin yaranmasında və onuntarixinin birinci yüzilliyində
Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı,müəyyənedici
sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut
etmişdir.O göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna
hüquq və imtiyazlardan istifadə etmişlər.Sarayda yüksək vəzifələr,vilayət
canişinlikləri,hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu
halda,dövlət işlərində fars feodallarının rolu maliyyə,dəftərxana və qismən də
məhkəmə məsələləri ilə məhdudlaşırdı.
İran tarixşünaslığının millətçi,paniranist baxışlarını, habelə Qərbin
mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-
Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi
tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri
hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran Üzərində
35
hakimiyyətini tanıyırdılar. O yazırdı: ”Bütün deyilənlər belə bir nəticəyə
gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr
Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül
tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran
dövləti deyildi və ona heç elə də baxılmırdı”
128
.
B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın
roluna dair yazırdı: ”Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində
duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda
yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa
və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun
hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları
üstünlük təşkil etmişdilər
129
.
Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan
dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır
130
.
Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar
faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində
türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu,hakim mövqeyini təsdiq
edirlər.Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi
Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah
İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən
olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən
isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.)
nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi...
Dövrün bütün tarixlərindən
məlum olduğu kimi, onun tərəfdarları da
əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra
belə o,İran mənşəyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O,
İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş
tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və
Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl
türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində
şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu
sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna
36
görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın
İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması
şübhəsizdir”
131
. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir
vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri, və torpaqları
Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə,mənşəyi və dili
etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar
üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ
gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını
tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı
İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti
(Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar.
Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə,
əsil – nəcabət və ad –sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur,
onları (iranlıları –O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar”
132
.
Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan
Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə
“İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün
olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları
yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və
yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını
təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir.Fikrimizcə,
onun əsərinin qiymətli cəhəti də elə bundadır.
Təəssüf ki, F.Sümerin əsəri Türkiyə taeixşünaslığına xas olan bəzi
nöqsanlardan və bitərəflilikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də
o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir eməyə, Kiçik
Asiyanı – anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin
köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyəcəhd göstərmişdi.
Bununla belə, yaxşı məlumdar ki, Azərbaycan, türkdilli əhalinin Orta
Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və
Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.
O, coğrafi əlaməti əsas götürərək Səfəvilər dövlətinin yaranmasında
Anadolu türklərinin rolunu göylərə qaldırmağa, onların adına müstəsna
37
xidmətlər yazmağa, “İran türklərinin” (yəni azərbaycanlıların) iştirakını isə
azaltmağa səy göstərir.”Türklərin etnolinqvistiq və digər fərqlərini nəzərə
almayan müəllifin bu fikri felən doğru deyildir. F.Sümerin digər bir
müddəası da ən ciddi etiraz doğurur ki, guya Səfəvilər dövləti bütün XVI əsr
ərzində və sonralar yalnız Anadoludan gələn tayfalar, yəni türkiyə
qızılbaşları hesabına mövcud olmuş və inkişaf etmişdir. Əsərin sonunda
müəllifin çıxardığı nəticələrin bir çoxu əsaslandırılmır, mətnin materialına
uyğun gəlmir. Biz F.Sümerlə mübahisəmizə aşağıda bir daha
qayıdacağıq
133
.
Səfəvilər dövlətini “konqlomerat imperiya” kimi şərh edən
baxışlarla razılaşmaq çətindir. Keçmiş sovet tarix elmində bu anlayış bir
qayda olaraq,natural təsərüffatın tam hökmranlığı, əmtəə - pul
münasibətlərinin başlanğıc vəziyyəti, vilayətlərin güclü iqtisadi əlaqəsizliyi
ilə xarakterizə olunan quldarlıq dövrünün və ilkin feodalizmin dövlət
birləşmələrinə münasibətdə işlədilir. Buna görə də “konqlomerat imperiya”
anlayışını inkişaf etmiş feodal münasibətləri dövlətlərinə, o cümlədən bu
dövlətlərdən biri olan XVI – XVII əsrlər Səfəvilər dövlətinə aid etmək
qanunauyğun sayıla bilməz.
Digər tərəfdən, qədim və ilk orta əsrlər dövlətlərinin (məsələn,
Əhəmənilər, yaxud Sasanilər dövlətinin) keçmiş sovet tarix elmində
“konqlomerat imperiya”lar kimi təfsir olunması onların İran (fars)
padşahlıqları kimi səciyyələndirilməsinə heç də mane olmamışdır. Bu
zaman “İran”anlayışına tam aydın bir məna verilir ki, öz tərkibinə əhalisi
fars olmayan çoxlu ölkə və vilayətləri daxil etmiş bu imperiyalarda hakim
mövqe, rəhbər rol fars etnik elementinin yuxarı təbəqələrinə məxsus
olmuşdur. Bu mülahizələr baxımından Səfəvilər dövlətinin (imperiyasının)
yaranmasında və tarixində Azərbaycan etnosunun həlledici rol oynadığını
demiş olsaq, mübaliğəyə yol vermərik.
38
II FƏSİL
Dostları ilə paylaş: |