21
gəlirli vəzifələrini tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub
vilayətlərinin hakimi Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas
Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və s.
əks etdirir.
Əsərdə Azərbaycandakı xalq üsyanları, o cümlədən 1571-1573-cü
illərdə Təbrizdə sənətkarların və şəhər yoxsullarının baş vermiş üsyanı
haqqında qiymətli material vardır
63
.
Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında
indiyədək
elmdə, demək olar ki, tədqiq edilməmiş
Qazi Əhməd İbrahim Quminin
“Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdır. Bu əsərin
əlyazmaları olduqca nadirdir. Keçmiş SSRİ-də qədim əlyazmaların
saxlandığı obyektlərdə bu nüsxələr yoxdur. Həmin əsər haqqında ilk dəfə
1935-ci ildə Valter Hins məlumat vermişdir. Müharibədən əvvəl Berlindəki
Prussiya dövlət kitabxanasında saxlanılan əsərin əlyazmasının qısa təsviri
də
ona məxsusdur
64
.
“Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildir. ”Məcmə
əş - şüəra” ədəbi antologiyası
65
və B.N.Zaxoderin rus dilinə tərcümədə nəşr
etdirdiyi “Gülüstan-i hünər”
66
əsəri də onun qələminin məhsuludur.
Bizə
qədər gəlib çatmış “Xülasət ət-təvarix”in hissəsi, Qazi
Əhmədin öz sözlərindən aydın olduğu kimi, hicri 999 (1590-1591)-cu ilə
qədər Səfəvilərin tarixini əhatə edən tarixi xronikanın yalnız sonuncu-
beşinci cildini təşkil edir. Birinci dörd cild bizə qədər gəlib çatmamışdır;
ehtimal etmək olar ki, onlar ümumiyyətlə yazılmamışdır. Qazi Əhməd əsərin
altıncı cildini yazmaq niyyətini nə dərəcədə həyata keçirdiyini də iddia edə
bilmərik.
Qazi Əhməd əsərlərindən istifadə etdiyi aşağıdakı Səfəvi
salnaməçilərinin adlarını çəkir: Əmir Sultan İbrahimi Əmini Hərəvi
(“Fütuhat-i Şah-i”nin müəllifi), Mir Mahmud ibn Xondəmir, Mövlana
Həyati Təbrizi (?), Qazi Əhməd Qəffari (“Tarix-i Cahan-ara”nın müəllifi),
Həsən bəy Rumlu (“Əhsən ət- təvarix”in müəllifi)
67
.
Müəllif
göstərir ki, o, beş cildin hamısına ömrünün on iki ilini sərf
etmişdir
68
.Buradan da onun salnaməni təqribən 1578-ci ildə tərtib etməyə
22
başladığı aydın olur.
Əsər I Təhmasibin hakimiyyətinin son on ili, II İsmayıl,
Məhəmməd Xudabəndənin hakimiyyət illəri və I Şah Abbasın
hakimiyyətinin başlanğıcı üçün mühüm ilkin mənbədir. Hətta əsərin
səthi nəzərdən
keçirilməsi göstərdi ki, bunda da söhbət Həsən bəy Rumlu və
İsgəndər bəy Münşinin əsərləri arasındakı boşluğu doldurmaq üçün
mühüm mənbənin səhihliyindən gedir. Əgər I İsmayıla qədərki dövr də
daxil edilməklə həmin dövr üçün materialın verilməsi ən mühüm hadisələr
üzərində qurulursa, I Təhmasibin hökmdarlığı zamanından başlayaraq bölgü
illər üzrə aparılır, yeni fəsillər yeni ildən - Novruz bayramından başlanır.
Xronika tam halda nəşr olunmamışdır. Əsərin yalnız başlanğıc hacri
909 (1503-1504)
69
-cu
ilədək və son
70
(I Şah Abbas hakimiyyətinin ilk illəri)
hissələri dərc olunmuşdur
71
.
Mövzunun tədqiqi üçün ilk dəfə olaraq Mahmud ibn Hidayətulla
Nətənzinin “Nəqavət əl-əsar fi zikr əl-əxyar (yaxud əxbar)” (“Dindar
adamlar haqqında hekayələrdəki əsərlərdən ən yaxşısı”)
72
əsərindən istifadə
edilmişdir. Müəllif barədə məlumatlar çox cüzidir və yalnız əsərin
daxilində olanlardan ibarətdir. O, ruhani ailəsində doğulmuşdur. Onun
atası Şah I Təhmasibin qardaşı, Heratın Səfəvi hakimi olmuş Bəhram
Mirzənin himayəçiliyindən istifadə etmişdir. Müəllifin göstərdiyinə görə,
o, gənc yaşlarından tarix və ilahiyyata dair kitablar oxumağa həvəs
göstərmişdir. Mahmud Nətənzi hicri 938 (1531-1532)-ci ildə anadan
olmuş, 998 (1590)-ci ilin yazında, yəni artıq 60 yaşına
çatanda əsəri
yazmağa başlamışdı. Nətənzinin əsəri iki ciddən ibarətdir. Birinci cilddə I
Şah Təhmasibin ölümündən (1576) I Şah Abbasın hakimiyyətə
gəlməsinədək (1587) olan dövrdə baş vermiş ən mühüm hadisələr şərh
edilir. Birinci cildə nisbətən daha müfəssəl olan ikinci cild I Şah Abbasın
hakimiyyətinin hicri 1007 (1598-1599)-ci ilədək ilk on bir ilini əks etdirir.
Deməli, əsər başa çatan zamanda müəllifin 69 yaşı olmuşdur
73
.
Nətənzinin
təsvir etdiyi, I Şah Abbas dövrünə qədərki bir çox
hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur, ya da
23
çox yığcam şərh edilir. Belə hadisələrə I Şah Təhmasibin dəfn olunmasını, II
İsmayılın vəfatından sonra fırıldaqçıların meydana çıxmasını, onun pul
islahatları haqqında məlumatları və s. misal göstərmək olar. Əsərdə 70-80-ci
illərin axırlarında baş vermiş müharibələr, I Abbasın taxta çıxması
ərəfəsində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti haqqında mühüm
təfsilatlar vardır.
Mahmud Nətənzi istifadə etdiyi mənbələrin adını çəkmir. Lakin
izahından aydın olur ki, onun qələmə aldığı məlumatların əsas hissəsi şəxsi
müşahidələrə və rəsmi sənədlərə, habelə şahidlərin söylədiklərinə əsaslanır.
Material hissələrə, yaxud fəsillərə bölünmədən, xronoloji ardıcıllıqla
düzülmüşdür. Müəllif yalnız hadisələri deyil,
həm də onlarin səbəblərini
şərh etməyə cəhd göstərir
74
.
Dostları ilə paylaş: