24
olmasa da,onun izahında Azərbaycanın və digər ölkələrin türklər tərəfindən
işğalı idealizə edilmiş şəkildə işıqlandırılır. Bəzən Şərəfxan hadisələrin
tarixini səhv göstərir. Məsələn, o, Krım xanı Məhəmməd Gireyin
Azərbaycana yürüşünün hicri 992 (1584)
78
-ci ildə ildə baş verdiyini göstərir,
halbuki həmin hadisə beş il əvvələ, yəni hicri 987 (1579)-ci ilə
aiddir. ”Şərəfnamə”nin bu yanlışlığı bir neçə əsərdə öz əksini tapmışdır və
bu barədə müvafiq bölmədə bəhs ediləcəkdir.
Mövzunun işlənməsi üçün ən mühüm
mənbələrdən biri görkəmli
Azərbaycan tarixşünası İsgəndər bəy Türkman Münşinin “Tarix-i aləm
arayi Abbasi” (“Dünyanı bəzəyən abbasın tarixi”) adlı sanballı əsəridir.
İsgəndər bəy Münşi (1560/61-1634) o dövr üçün gözəl təhsil
almışdı, mahir xəttat, poeziya bilicisi idi. İsgəndər Münşi müxtəlif
hakimlərin yanında maliyyə məmuru işləyərək, I Şah Abbasın birinci
vəziri Hatəmbəy Ordubadinin himayədarlığı sayəsində yüksək mənsəbə
çatmışdı. İsgəndər bəy yürüşlər və zəfərlər zamanı şahı müşayiət etmiş,
Azərbaycanda, İranda, İraqda və digər ölkələrdə bir
çox hadisələrin şahidi
olmuşdur. İsgəndər bəy Münşinin əsəri girişdən (müqəddimə) və iki cilddən
(səhifə) ibarət olub I Abbasın yarıməsrlik hakimiyyəti dövrünün ən
mühüm və əvəzedilməz mənbəyidir
79
. Tədqiq edilən mövzu ilə əlaqədar bizi
mənbənin “giriş” hissəsi maraqlandırdı. Burada İsgəndər bəy Münşi
Səfəvilər sülaləsinin mənşəyindən söz açır, bu sülalənin ilk dörd şahının
hakimiyyət tarixini şərh edir. Əsərin bu hissəsini müəllif özündən əvvəlki
tarixşünasların materialları əsasında yazsa da, girişin
kompilyativ səciyyəsi
ilə yanaşı, burada müxtəlif bizim üçün naməlum olan mənbələrdən
götürülmüş orijinal materiallara da təsadüf edilir. I Şah Təhmasibin daha çox
adlı-sanlı müasirlərinə - məşhur xanlara və sultanlara, seyidlərə və şiə
şeyxlərinə, vəzirlərə və müstöfilərə, xəttat, rəssam, şair, musiqiçi və
xanəndələrə həsr olunmuş nadir bölmələri bunlara misal ola bilər. Bu
şəxslərin hər biri haqqında onların fəaliyyətini səciyyələndirən qısa bioqrafik
məlumatlar verilmişdir
80
.
“Müqəddimə”nin II İsmayılın
və Məhəmməd Xudabəndənin
hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri, bizim üçün olduqca
25
qiymətli mənbə oldu. Çünki sinxron mənbələrin heç birində biz həmin
illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.
Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o
dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O
özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür, həm də
hadisələrə
öz münasibətini bildirməklə, onları yenidən mənalandırmağa,
səy göstərir. Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların
tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına
yönəldir. Bu mənada o, fikrimizcə öz müasirlərindən - salnaməçi olub,
yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə
dururdu.
Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini
nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər
dövlətinin Şərq salnaməçilərinin əsərlərində sərf-nəzər olunan sosial-
iqtisadi həyat və siyasi quruluş məsələlərinin
bəzi əhəmiyyətli tərəflərini
işıqlandırırlar.
Dostları ilə paylaş: