SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə4/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   2   3   4   5   6   7   8   9   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Təzkirey-i Şah Təhmasib
” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin
kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və
ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot,
X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirənin müəllifliyini I Şah Təhmasibin
adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə
35
dair özünün
tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış
etmişdir
36
. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına
əsaslanaraq
37
sübut etməyə çalışırdı ki, bu əsər I Şah Təhmasibin
“gündəliyi”, yaxud “memuarları” deyildir və şahın Osmanlı səfiri ilə
müsahibəsinin protokoludur
38
. İ.P.Petruşevski
39
və K.Q.Tabatadze
40
də bu
nöqteyi-nəzəri müdafiə edirlər.
Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki
nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum
səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. ”Şah Təhmasibin təzkirəsi”
adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin
hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi,
yuxarıda adı çəkilən ”Söhbətin” bir qədər dəyişilmiş variantıdır. Bu
hekayədə hicri 930-938 (1524-1532)-ci illərin hadisələri şərh edilir və mənbə


15
Səfəvi - Osmanlı münasibətləri ilə əlaqədar deyildir.
Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy
Təkəli
41
, Qazi xan Təkəli
42
, Əlqas Mirzə
43
, İsgəndər paşa
43
və Sultan
Bayazid
45
haqqında) ibarətdir.
“Təzkirə” yaddaş qeydləri, memuar səciyyəsi daşıyır. Buna görə
də xronoloji ardıcıllıq tez-tez pozulur, real hadisələr şahın röyaları və şəxsi
mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci
şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən
təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri
Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan
qiymətli ilkin mənbədir. ”Təzkirə”nin I Şah İsmayılın vəfatından sonra
qızılbaş tayfalarının üsyanı, XVI əsrin birinci yarında Səfəvi - Osmanlı
müharibələri, 1538-ci ildə Şirvan ərazisinin Səfəvi dövlətinə birləşdirilməsi
və s. haqqında məlumatları xüsusilə maraqlıdır. Əsərdə Səfəvilərin inzibati
idarə sistemi, vilayət hakimlərinin təyin olunması, bağışlanmış mülklər və s.
barəsində material vardır.
Əli Zeynalabdinin (Əbdibəy
təxəllüslü şair) “Təkmilət əl-əxbar

(

Xəbərlərin təkmili”) əsəri tarixi - xronikal səciyyə daşıyır, ümumtarix
əsəridir və dörd fəslə (baba) bölünmüşdür. Müsəlman sülalələrinə həsr
olnmuş dördüncü fəslin sonuncu hissəsində ilk Səfəvilərin - I İsmayılın və I
Təhmasibin hakimiyyət illəri şərh edilir. Əsərin istifadə etdiyimiz, keçmiş
SSRİ-də yeganə nüsxəsi natamamdır, hicri 968 (1560-1561)-ci ilin
hadisələrinin şərhində kəsilir
46
.
I Şah Təhmasibin hakimiyyət dövrü hadisələrinin təsviri faktik
material və elə təfərrüatlarla zəngindir ki, bunlara digər, sinxron
salnamələrdə təsadüf edilmir. Məsələn, dövlət banisinin vəfatından sonra
qızılbaş feodal əyanlarının torpaq və yüksək vəzifələr uğrunda dramatik
mübarizəsinin gözlənilmədən dəyişkənliyə uğraması faktları şahidin canlı
hekayəsində verilmişdir. Əsərdə Səfəvilər dövlətinə birləşdirildikdən sonra
Şirvanın vəziyyəti, Əlqas Mirzənin qiyamı, Abdulla xan Ustaclının Şirvanda
Bürhan Mirzənin, Mehrabın və Qasım Mirzənin separatçı çıxışlarına qarşı
mübarizəsi haqqında mühüm məlumatlar vardır.


16
Əli Zeynalabdin miqyaslı siyasi hadisələrdən bəhs edərkən şiəliyin
və Səfəvilərin tərəfdarı kimi çıxış edir, rəsmi əhval-ruhiyyəyə əməl edir. O,
kiçik məmur işlədiyinə görə bürokratik aparata yaxşı bələd idi və buna görə
də saray mühitində mümkün olan hər cür təyinatlar və yerdəyişmələr barədə
onun məlumatları diqqətəlayiqdir. Xronikanın dili lakonikliyi ilə fərqlənir və
dəbdəbəli ibarələrdən məhrumdur.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin