39
Sülalənin etnik mənsubiyyəti məsələsinə dair
Qeyd etmək lazımdır ki, Səfəvilərin etnik mənşəyi xüsusi, ətraflı
tədqiqat tələb edən yeni problem deyildir. Lakin xarici tarixşünaslığın bütün
Səfəvilər sülaləsini farslaşdırmaq üçün inadlı və elmi məqsəddən uzaq olan
cəhdləri ilə əlaqədar olaraq bu məsələ əhəmiyyət kəsb edir. Ədalət naminə
demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi məsələsi indiyədək mübahisə
mövzusu olmuşdur. Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması
barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir.
Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin (1252-1334) və onun
nəslindən
bəhs edərkən göstərirdi ki,”bu Ərdəbil şeyxləri, şübhəsiz, fars
deyil, türk mənşəlidirlər”
1
. İ.P.Petruşevski də eyni fikri söyləmişdir: “İlk
Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili
olmuşdur”
2
.
Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunl ələqədardır ki,
Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə
mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs – səfa” (“Saflığın
saflığı”) adlı agioqrafik əsəridir. Dərviş Təvəkkülün əsəri möcüzələr
haqqındadır,tipik sufi kitabıdır və XIV əsrin ikinci yarısında təetib
olunmuşdur. Tədqiqatçıların belə bir fikri diqqətə layiqdir ki, çox az – az
əlyazmalar “Səfvət əs – səfa” qədər dəyişikliyə məruz qalmışdır.
Əhməd Kəsrəvi Təbrizi bu əsərin müqatisəli tədqiqi
ilə məşğul
olmuş, xeyli əvvəl V.V.Bartold tərəfindən söylənmiş belə bir nəticəyə
gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd
peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar
Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil
etmişlər
3
.
Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut
etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir.
Digər İran müəllifləri (məsələn, S.Rəhimzadə
4
və N.Şeybani
5
) Ə.Kəsrəvinin
şübhəsinə və dəlillərin zəifliyinə məhəl qoymur,
onun Səfəvilərin kürd
40
mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və
bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər.
İran tarixçisi M.Məşkur Şah İsmayıldan bəhs edərkən onu türk
hökmdarı kimi deyil, xüsusi şərait ucbatından türkcə danışmağa türkcə
şeirlər yazmağa “məcbur olan” iranlı kimi
6
qələmə verir. Bu müəllif İranda
yaşayan azərbaycanlıların etnik mənşəyini belə izah edir: “İran türkləri
türkman və ya tatar irqinin məhsuludur. Azərbaycan tatarları türkcə
danışsalar da, felən iranlıdırlar; onlar saf iranlıların mənşəcə türkman, yaxud
tatar irqi ilə qarışığını təşkil edirlər”
7
Qeyd etmək lazımdır ki, İran müəllifləri Səfəvi sülaləsinin mənşəyi
haqqında öz konsepsiyalari ilə istisnalıq təşkil etmirlər. Məsələn, türk
müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş
məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa
cəhd göstərir
8
.
Ə.Kəsrəvinin əlavə və saxtalaşdırma hesab etdiyi “Səfvət əs – səfa”dan kürd
qoşunlarının Azərbaycana gəlməsi haqqındakı rəvayətinə əsaslanan Toqan,
bu yürüşü hicri 416 (1025)cı ildə Rəvvadilərin Azərbaycanı tutması ilə
eyniləşdirir. Toqan belə ehtimal edir ki, Şeyx Səfinin əcdadları kimi,onun
mənəvi hamisi olan Şeyx zahidin əcdadları da “Rəvvadilərin hərbi
əməliyyatları zamanı Gilin və Ərdəbilə gəlmiş, Muğan və Arran
vilayətlərində islamı yaymışlar”
9
. Lakin Toqanın sözlərinə görə,
XVI əsrin
əvvəlinə kimi “Ərdəbilin kürd şeyxinin” nəsli “tamamilə türkləşmişdir”
10
.
Türk müəllifi öz mülahizələrini belə yekunlaşdırır: “Hökmdarlar (I Şah
İsmayıl və I Şah Təhmasib) özlərinin kürd mənşəyini tarixdən silmək, kürd
Firuzşahı peyğəmbərin nəslinə aid etmək və Şeyx Səfinin türk şiə şeyxi, türk
poemalarının müəllifi olduğunu sübuta yetirmək üçün əllərindən gələni
etmişlər”
11
. Toqan da bir çox başqaları kimi özlərinin kürd mənşəyini
gizlətməyin Səfəvilərə nə üçün lazım olduğunu izah etməyi zəruri bilmir.
“Səfvət əs – səfa”da Şeyx Səfiəddinin etnik mənsubiyyətinə dair
məlumatlar vardır. Səfəvilərin mənşəcə fars olduğunu
sübut etmək arzusu ilə
hərəkət edən müəlliflərin bu barədə “susması” tamamilə başa düşülə bilər.
Çünki Şeyx Səfinin səyahətləri haqqındakı rəvayətlərdə onun dəfələrlə
41
“türkün piri” (pir-i türk)
12
adlandırıldığını görməmək mümkün deyildir. Bu
mənada Şeyx Səfinin fars torpağı olan Şirzada öz müridləri ilə görüşləri və
söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət
olunması çox səciyyəvidir:”Yüksək mənsəb sahibi olan və bütün Farsda
cəsarəti ilə tanınn əmir Abdulla (Səfiyə müraciət edərək – O.Ə.) dedi: “Ey
türk piri...”
13
. Mövlanə Əhməd və Mövlanə İbrahim Təbrizi Səravi qeyd
edirdilər ki, (biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun
ruhunu əziz tutsun,bizin üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə
türk daxil oldu. Onlar üçün ağ çörək və bal gətirdilər”
14
. Deməli, Şeyx
Səfinin evində (hücrəsində) türklərə üstünlük verilirdi.
Təvəkkül ibn
Bəzzazın əsərində şeyxin “türk kəndində” (deh-i türk)
15
olmasından söz açılır
ki,bu da Səfi dövründə Ərdəbil ərazisinin türk əhalisinə işarədir
16
.
Şeyx Səfinin türklərə mənsub olunduğunu göstərən buna bənzər
fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz
uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini
söyləmək üçün də hüç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd,
yaxud İran mənşəli olması haqqındakı ehtimal damötəbər
mənbələrin
məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub
olması, çətin ki, şübhə doğura bilər.
Dostları ilə paylaş: