SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə27/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   23   24   25   26   27   28   29   30   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Sonuncu Şirvanşahlar.
Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
Osmanlı Türkiyəsi ilə müharibədə yaranmış fasilədən istifadə
edən I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II
İbrahim Şeyxşahın üç oğluqalmışdı: Sultan Xəlil, Məhəmməd
Mirzə və Müzəffər Mirzə
45
. Şirvan taxtı I Şah İsmayıln qızı Pərixan
xanımla evlənmiş Şeyxşahın böyük oğlu Sultan Xəlilə, yaxud onun
rəsmi adı ilə deyilərsə, II Xəlilüllaha keçdi.
I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edillməsi
planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək
üçün əlverişli fürsət axtarırdı. II Xəlilüllah bundan əvvəl qızılbaşlar
tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire
Dubaca
46
Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri
Şamaxıya gələrək qaçqının təlim olunmasını tələb etmişdi. Lakin II


85
Xəlilüllah rədd cavabı vermişdi. Həmçinin məlumatlar vardır ki, bu
şirvanşah 1534-cü ildə Təbrizi tutmuş türk sərkərdəsi İbrahim
paşaya qiymətli hədiyyələr göndərmişdi
47
.
1535-ciildə oğlu olmayan II Xəlilüllahın vəfat etməsi ilə
Şirvan taxtı varissiz qalmışdı. Buna görə də Şirvan əyanları II
Xəlilüllahın qardaşı oğlu Şahruxu qaldığı “Şamxal ölkəsində
“ dərhal paytaxta-Şamaxıya gətirdilər və taxta oturtdular
48
.
Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adndan fəaliyyət
göstərən Hüseyn bəy adlı vəkilin başçılıq etdiyi Şirvan əyanlarının
əlində cəmlənmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb
gedirdi. İsgəndər Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər
qamamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal
aldı”
49
.
Bu vaxt Mahmudabaddan və Salyandan qələndər çıxış
etməyə başladı və “saysız-hesabsız qoşunla” Şirvanın paytaxtına
hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşundakı
çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını qələndərə
müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurd
qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast
gəlməyərək Şamaxını ələ krçirdilər. Lakin aydın məqsədləri,
möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətlərini təşkil
edəbilmədilər və buna görə də şəhərdə 40 gündən ertıq qala
bilmədilər”
50
. Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda
Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları
təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda
qələndərə çatdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın
edildilər
51
.
Mənbələrdə bu hadisənin dəqiq tarixi yoxdur. Budaq
Qəzvini üsyanın tarixini göstərmir. Üsyan haqqında daha çox
təfərrüatla danışan Hürşah qış soyuqları mövsümünə işarə
vurmaqla kifayətlənir. Həsən bəy Rumlu üsyanı hicri 944 (1537-
1538)-cü ildə baş vermiş hadisələrə aid edir ki, bu da 1537-ci ilin


86
sonu və 1538-ci ilin əvvəlinə düşür.
Budaq Qəzvininin qələndərin çıxışı barədəki məlumatları
İ.P.Petruşevskinin baş vermiş üsyanın ümumxalq xarakteri
haqqında çıxardığı nəticələri təsdiq edən bəzi mühüm təfsilatlara
malikdir
52
. Şivanşah II Xəlilüllahın vəfatından sonra “bir nəfər
qələndər peyda oldu və dedi ki, mən Məhəmməd Əminəm, cam
yaxınlığında özbəklərin əlinə keçmiş və qələndər qiyafəsində xilas
olmuşam”. Budaq Qəzvini izah edir ki, Məhəmməd Əmin Sultan
Xəlilinn (yəni II Xəlilüllahın) qardaşı idi və I Şah Təhmasibin
yanında qulluq edirdi. Bu qələndər isə əvvəllər Məhəmməd Əminin
mülazimi (xidmətçisi) olmuşdu. Tarixçi üsyanın gedişi haqqında
qısaca belə deyir: “Xalq ona qoşuldu və onu taxta çıxartdı”
53
.
Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı islərə
qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi.
İ.P.Petruşevskinin düzgün olaraq qeyd etdiyi kimi,II
Xəlilüllahın dul qalmış qadını-Pərixan xanım öz qardaşı I Şah
Təhmasibin gizli təlimatları ilə hərəkət edərək qələndərlə əlaqəyə
girdi və onun Şirvan taxtına olan iddialarını müdafiə etdi. Şahın
bacısının qələndərlə yaxınlaşmasına işarə edən Budaq Qəzvininin
məlumatına görə, qələndəri hətta Pərixan xanımla evləndirmək
istəmişdilər. Lakin şah buna razı olmamışdı. Bundan sonra
“qələndərin işi çətinləşmiş və o ölmüşdü, Şirvanda hakimiyyət isə
şahın bacısının əlinə keçmişdi”
54
.
Səfəvi şahının Təbrizdə camaatın gözü qarşısında
qələndərin meyitini təhqir etməsi olduqca səciyyəvidir. Budaqın
sözlərinə görə, meyit qəfəsdə yerləşdirilmi. Və “pozğun
ünsürlərin”- “lütlərin” və “qaragüruhşu” kütləsinin müşayiəti ilə
təhqirlərdən sonra mərkəzi Qeysəriyyə bazarına gətirilmişdi.
Burada meyit nümayiş etdirmək üçün qoyulmuşdu. Xüsusi olaraq
hazırlanmış yerlərdə şah, əmirlər və musiqiçilər əyləşmişdilər.
Muzdla şeir yazanlar acı həcvlər qoşur, xalq başçısını hər vasitə ilə
lağa qoyurdular. Meyitin olduğu qəfəs bir neçə gündən sonra


87
Sahibabad adlanan baş meydana aparılmış, minarədən asılmış və
yandırılmışdı
55
.
Qələndərə divan tutulduqdan sonra Pərixan xanım Təbrizə
gələrək öz qardaşını xəbərdar etdi ki, Şirvanda “pozğunluq və
çaşqınlıq hökm sürür və oranı istila etməyin vaxtı çatmışdır”
56
.
Qorçibaşı Padar
57
hərbçı dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək
üçün I Təhmasibə müraciət etdi və onu ölkədə “asayişi” bərpa
etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20
minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə
Şirvana daxil oldu
58
. “Həmin ölkədə bütün giriş və çıxışlara yaxşı
bələd olan” adı çəkilən Padar ordunu müşayiət edirdi. Surxab,
Qorci qalaları, habelə Qəbələ tutuldu. Sonra qızılbaşlar Gülüstan və
Buğurd qalalarına hırıkıt etdilər. Şirvan əyanları Buğurd qalasına
sığındılar. Buğurd (yaxud Qəle-yi Buğurd) Hürşahım məlumatına
görə, “böyük və meşələrlə əhatə olunmuş dağda yerləşirdi”
59
.
Ərzaq çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən qala
sakinlərinin aöır vəziyyətinə baxmayaraq, Buğurdun mühasirəsi bir
neçə ay çəkdi. Müdafiəçilərin mətinliyi xəbəri şaha gəlib çatdı və o,
böyük qoşunla qala divarlarına yaxınlaşdı. İndi qızılbaş
qoşunlarının da malik olduğu toplar işə salındı və qalanın
müdafiəçiləri müqaviməti dayandırdılar. Onlar qaliblərin
mərhəmətinə tabe oldular. Qəle-yi Buğurd şirvanlıların ənənəvi
olaraq xəzinə saxlanılan anbarı idi və Hürşahın söylədiyinə görə,
orada saxlanılan pulun, qiymətli daş0qaşın və malların sayı-hesabı
yox idi. I Şah Təhmasib bütün bunları şəxsən müsadirə etdi
60
I Şah Təhmasib iğtişaşların səbəbkarları və Şirvan əhalisini
sıxışdıranlar ilə mübarizə aparmaq bəhanəsi ilə yerli əyanların
çoxlu nümayəndələrini (o cümlədən də, vəkil Heseyn bəyi) edam
etdirdi. Onların əmlakını müsadirə etdi, torpaqlarını qızılbaş
tayfalarının yuxarı təbəqələrinə verdi. Şahrux Təbrizə aparıldl və
bir qədər sonra edam edildi
61
.
Beləliklə, varlığına son qoyulmuş Şirvanşahlar dövləti


88
Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə
daxil oldu. Şahın qardaçı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi
oldu. Şirvan əyanları hələ uzun müddət baş vermiş bu gerçəkliklə
və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin ayrı-ayrı
nəsillərinin itirilmiş səltənəyi bərpa etmək səyləri sonralar,
Azərbaycanı ələ keçirməyə cəds göstərən Osmanlı sultanları
tərəfindən istifadə olunmuşdu
62
. Şirvanın Azərbaycan Səfəvilər
dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində
obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və şimal
vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında
birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə
şərait yaratdı.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin