SƏFİRLİYİNİN 2014-cü İL ÜÇÜn sahə VƏ İSTİqaməTLƏR


ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜ



Yüklə 144,39 Kb.
səhifə2/5
tarix06.09.2017
ölçüsü144,39 Kb.
#29094
1   2   3   4   5

1.1 ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜ

Bu sahə üzrə Səfirliyimiz əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də müvafiq işlər görərək, Dağlıq Qarabağ münaqişəsini, onun tarixi həqiqətlərini, torpaqlarımızın 20%-nin işğal edilməsini və işğal olunmuş torpaqlarımızda erməni separatçıları tərəfindən xalqımıza qarşı törədilən vəhşilikləri, 1 milyondan çox soydaşımızın bu təcavüzün qurbanı olaraq öz doğma torpaqlarından qaçqın düşməsini, 20 ildən çox münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində davam edən uğursuz danışıqlarını, danışıqlar prosesində ermənistanın qeyri-konstruktiv mövqeyini və davam etdirdiyi işğalçılıq siyasətini, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çox saylı qətnamələrə ermənistan dövləti tərəfindən indiyə kimi məhəl qoymadıqlarını, Xocalı qətliamını, işğal olunmuş ərazilərdə tarixi mədəni, dini abidələrimizin dağıdılmasını və təmami ilə məhv edilməsini, təbii sərvətlərimizin talan edilməsini əks etdirən pres-relizlər, müraciətlər, bəyanatlar Səfirliyimiz tərəfindən hazırlanaraq Bolqarıstanın bütün dövlət və özəl strukturlarına, ölkədə akkreditə olunan diplomatik korpusa və beynəlxalq təşkilatların nümayəndəliklərinə, Bolqarıstanın KİV-nə göndərilmişdir.

Bununla yanaşı, il ərzində Səfirliyimiz tərəfindən BR KİV-ə verilmiş müsahibələrdə və təşəbbüsümüzlə dərc olunmuş məqalələrdə eləcə də keçirilmiş bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə, Ermənistanın torpaqlarımıza qarşı davam etdirdiyi təcavüzkar siyasəti ilə bağlı qarşı tərəfə ətraflı məlumatlar bildirilmişdir.

Səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanın nüfuzlu “Kross” İnformasiya Agentliyində, Bolqarıstanın bir sıra internet saytlarında 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dərc etdirilmişdir. Bundan başqa Bolqarıstanın nüfuzlu “Standart” qəzetində, novini.dir.bg, news.info7.me, novinitednes.bg, sofiautre.bg, radiomilena.com, blitz.bg, novo10.com, bulbox.net və Bolqarıstanın digər bir sıra internet səhifələrində 20 Yanvar faciəsi mübarizə tarixinə qanlı hərflərlə yazılmış 1990-cı il 20 Yanvar faciəsindən 24 il keçməsindən, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Qanlı Yanvar ilə bağlı məlumatlar dərc etdirilmişdir.

20 yanvar 2014-cü il tarixində Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Sofiya Universitetinin rəhbərliyi, dekanları, müəllimləri, BR KİV nümayəndələri, o cümlədən ölkəmizdə 1950-70-ci illərdə təhsil almış Bolqarıstan vətəndaşları, Səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sonra tədbiri Səfir E.Kərimov giriş nitqi ilə açaraq, ilk növbədə qonaqları salamlamış və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir. Səfir E.Kərimov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına toplaşaraq buna qətiyyətlə etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu tərəfindən silahın yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarılmasından danışmışdır. Bundan əlavə, səfir E. Kərimov həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üstün tutan Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmalarından, habelə 20 yanvar ümumxalq matəm günündə Azərbaycanın hökumətinin və dövlət rəsmilərinin, diplomatik korpusun nümayəndəliklərinin, sadə vətəndaşların 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etməsindən danışaraq, faciəyə yalnız Ümumilli Lider H.Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi qiymətin verildiyini bildirmişdir. Həmçinin Səfir E.Kərimov faciə ilə bağlı hər il Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən akkreditə olunduqları ölkələrdə anım mərasimlərinin keçirilməsindən məlumat vermişdir.

Tədbirdə həmçinin Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri prof. A.Fedotov, Bolqarıstan Milli Radiosunun müxbiri xanım V.Dvoretskaya, ölkəmizdə 1950-70-ci illərdə təhsil almış prof. G. Georgiyev və prof. Ç.Hakov çıxış etmişlər. Öz çıxışlarında onlar, Bakıda olduqları müddət ərzində Şəhidlər xiyabanını ziyarət etdiklərini və bu günahsız insanların amansızca qətlə yetirildiklərini təsəvvürlərinə gətirdiklərində çox məyusluq hissi keçirdiklərini qeyd etmişlər. Bununla yanaşı onlar, sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti qınadıqlarını bildirmişlər.

Həmçinin tədbirdə Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan Azərbaycan diasporasının nümayəndələri öz çixişlarında vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı faciəni böyük kədər hissi ilə xatırladıqlarını və bunu heç bir zaman unutmayacaqlarını dilə gətirmişlər.

Tədbirin sonunda iştirakçılar üçün Lider televiziya kanalı tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.

Bundan əlavə, 20 Yanvar Faciəsi ilə bağlı Səfirliyimizdə anım mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələri, həmvətənlilərimiz qarşısında Səfir E.Kərimov çıxış edərək, Qanlı 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, xalqın milli azadlıq hərəkatını boğmaq, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi ilə xüsusi hərbi birləşmələrinin, zirehli texnikalarını ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla qətllər törətməsindən danışmışdır. Əsas məqam kimi Səfir E.Kərimov, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyevin faciə ilə əlaqədar çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etməsindən, Heydər Əliyevin bu hadisəni hüquqa, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab olunduğunu bildirməsindən ətraflı danışmışdır.

Həmçinin qeyd etmək istərdik ki, Qanlı 20 Yanvar faciəsi ilə bağlı Səfirliyimiz tərəfindən pres-relizlər hazırlanaraq, Bolqarıstanın dövlət və özəl strukturları, ölkədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında yayılmışdır.

Xocalı qətliamının 22-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov 22.02.2014-cü il tarixində Bolqarıstanın bir çox KİV rəhbərlərini və nümayəndələrini (“24 Çаsа” qəzeti, ”Darik news” agentliyi, Standart qəzeti, Focus agentliyi, “Novinar” qəzeti, “Sega” qəzeti, “7 TV” telekanalı, Bolqarıstan Milli Radiosunun (BNR) ) səfirliyimizə dəvət edərək faciə haqqında onlara geniş məlumat vermişdir. Görüş haqqında öz təəsüratlarını bölüşən Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “24 Çasa” qəzetinin müxbiri tərəfindən qələmə alınmış “Bütün dünyada Azərbaycanlılar Xocalı faciəsinin qurbanlarını yad edir” başlığı altında məqalədə, bildirilir ki, bir çox ölkələrdə Azərbaycan icmasının üzvləri Xocalı faciəsinin 22-ci il dönümünü qeyd edirlər. 1992-ci ilin 25 fevralından 26 fevralına keçən gecə, erməni hərbi birləşmələri, keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmişlər. Bu qanlı aksiya zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 83 nəfəri uşaq, 106 nəfəri qadın idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Faciədə 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Soyuq fevral axşamı minlərlə insan öz evlərini tərk edərək meşələrdə gizlənmişlər. Bu faciə Dağlıq Qarabağ münaqışəsində həyata keçirilmiş ən iri miqyaslı kütləvi qırğın hadisəsidir. Bununla yanaşı məqalədə, xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanmış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının 30 dan çox ölkədə həyata keçiridiyi tədbirlərlə Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırıldığı qeyd edilərək, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün bir çox işlərin görüldüyü bildirilmişdir.

Bundan başqa görüşdə nümayəndələrinin də iştirak etdiyi Standart qəzetində və Focus agentliyində Xocalı qətliamı haqqında geniş məqalələr dərc edilmişdir.

Bundan əlavə, il ərzində Dağlıq Qarabağ haqqında çap olunmuş nəşrlər Səfirliyimiz tərəfindən Bolqarıstanın ən iri və vacib qəzet, jurnallarına və Bolqarıstan Milli Televiziya kanalı (BNT), Bolqarıstan Milli Radio kanalı (BNR), Bolqarıstan Teleqraf Agentliyi (BTA) kimi nüfuzlu xəbər agentliklərinə göndərilmiş, habelə keçirilmiş bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir.

MRTİ, MBTİ, MHSM

1.2 BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ VƏ HƏRBİ-SİYASİ ƏMƏKDAŞLIQ
Hesabat ili ərzində beynəlxalq təhlükəsizlik məsələləri və hərbi-siyasi əməkdaşlıq sahəsində iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişafı istiqamətində Səfirliyimiz tərəfindən müvafiq işlər görülmüşdür. Belə ki, bu yöndə il ərzində Bolqarıstanın müdafiə və təhlükəsizlik orqanlarının yüksək səviyyəli rəsmiləri ilə Səfirlik tərəfindən görüşlər keçirilmişdir. Cari ildə Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Daxili İşlər naziri cənab Tsvetlin Yovçev, Bolqarıstan Respublikasının Milli Kəşfiyyat Xidmətinin Direktoru cənab D.Dimitrov, Bolqarıstan Respublikasının Müdafiə Nazirliyinin məsul əməkdaşları ilə görüşləri keçirilmişdir

Keçirilmiş görüşlər və digər işlər:

2014-cü ildə də Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Milli Kəşfiyyat Xidmətinin direktoru cənab D.Dimitrovla görüşü keçirilmişdir. Görüş zamanı tərəflər arasında təhlükəsizlik sahəsində ikitərəfli əlaqələr müzakirə edilmişdir.

Səfir E. Kərimovun BR Müdafiə nazirliyinin məsul əməkdaşları ilə görüşləri keçirilmişdir.

2014-cü ildə də Bolqarıstan Respublikasının Daxili İşlər naziri cənab T.Yovçevlə Səfir E.Kərimov arasında görüş keçirilmişdir.

Hər iki ölkənin güc strukturları, xüsusilə AR və BR Daxili İşlər Nazirlikləri arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdirilməsinin vacibliyinin vurğulandığı bu görüşdə, imzalanması nəzərdə tutulan Bolqarıstan tərəfindən hazırlanmış “Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında” Saziş (Dövlət Sərhəd Baş idarəsinin BR DİN-in strukturunun tərkibində olduğu üçün) layihəsinin ölkəmiz tərəfindən baxılma mərhələsində olduğunu nazirin diqqətinə çatdırmışdır. Nazir T.Yovçev aidiyyəti qurumlar arasında yüksək səviyyəli əlaqələrin qurulması üçün müvafiq işlərin aparılmasını, tərəflər arasında dialoqların, təcrübə mübadilələrinin, görüşlərin, qarşılıqlı səfərlərin eləcə də birgə tədbirlərin təşkil edilməsinin zəruriliyini qeyd etmişdir.

Həmçinin, cari il ərzində Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Avro-Atlantik klubu və digər qurumları tərəfindən təşkil edilmiş müxtəlif tədbirlərdə səfirlik əməkdaşları yaxından iştirak etmişdir.



MTSA


1.3 MİLLİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ KONSEPTUAL SƏNƏDLƏRİN HAZIRLANMASI

Milli təhlükəsizlik sahəsində konseptual sənədlərin hazırlanması üçün Bolqarıstanın müvafiq sahədə təcrübəsindən faydalanması istiqamətində hesabat ili ərzində müvafiq işlər aparılmışdır;



  • AR və BR Milli təhlükəsizlik qurumları arasında əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülmüşdür;

  • 2012-ci ildə BR Milli Kəşfiyyat Xidmətinin rəisi cənab D.Dimitrovun ölkəmizə səfəri zamanı onun AR Milli Təhlükəsizlik naziri cənab E. Mahmudovla apardığı müzakirələr bu sahədə ikitərəfli əməkdaşlığın perspektivləri nöqteyi nəzərindən əhəmiyyətli rol oynamışdır. 2014-cü ildə də Səfir E. Kərimov BR Milli Kəşfiyyat Xidmətinin rəisi cənab D.Dimitrovun dəvəti ilə onunla görüşmüşdür

  • Beynəlxalq təşkilatlarda AR və BR Milli təhlükəsizlik qurumları arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər aparılmışdır.


MİAV

1.4 İKİTƏRƏFLİ ÜMUMİ SİYASİ MƏSƏLƏLƏR

Hesabat ili ərzində səfirliyimiz dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin qarşılıqlı səfərlərinin təşkilində, mühüm əhəmiyyət kəsb edən müxtəlif tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Belə ki, il ərzində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin, Bolqarıstan Respublikasının Vitse Prezidenti xanım M.Popovanın, Bolqarıstan Respublikasının Baş naziri cənab P. Oreşarskinin, 1997-2002-ci illərdə Bolqarıstan Respublikasının prezidenti olmuş cənab P.Stoyanovun, 2002-2012-ci illərdə Bolqarıstan Respublikasının prezidenti olmuş cənab G.Pırvanovun, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab A.Veliçkovun, Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika naziri cənab D.Stoynevin, Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Rabitə naziri cənab D.Papazovun, Maliyyə naziri P.Çobanovun, Kənd təsərrüfatı və Ərzaq naziri cənab D.Grekovun, Ətraf Mühit və Su naziri xanım İ.Mixaylovanın, İqtisadiyyat və Energetika nazirinin müavini cənab B.Botevin, Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika Naziri cənab V.Ştonovun, Bolqarıstan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab K.Kamenovun,Bolqarıstan Respublikasının Təhsil və Elm Naziri cənab T.Tanevin, Bolqarıstan Respublikasının Baş Prokurorunun müavini cənab E.Dikovun, Bolqarıstan Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti cənab S.Vodeniçarovun, Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru cənab P.Legkostupun, Plovdiv Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançevanın Azərbaycan Respublikasına səfərləri həyata keçirilmişdir. Qarşılıqlı səfərlər çərçivəsində Azərbaycan tərəfindən isə Azərbaycan Respublikasının Energetika naziri cənab N.Əliyev, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab X.Xələfov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab M.Məmməd-Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İ.Babayev Bolqarıstan Respublikasında səfərdə olmuşlar.

Cari ildə Səfirlik 10 sənədin hazırlanması və imzalanması istiqamətində yaxından iştirak etmişdir. (Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Bolqarıstan Respublikası Prezidenti cənab Rosen Plevnelievin Birgə Bəyannaməsi; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Bakı Dövlət Universiteti və Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universiteti arasında Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Bolqarıstan Respublikasını Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycan Dövlət Aqrar Universiteti və Plovdiv Kənd Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında proqram; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Bolqarıstan Respublikasının “Bulqarqaz” şirkəti arasında niyyət Protokolu; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Bolqarıstan Respublikasının “Bulqartransqaz” şirkəti arasında “Çiren” qaz yatağının genişləndirilməsi layihəsində birgə işlənmə imkanlarının araşdırılması haqqında Anlaşma Memarandumu; Azərbaycanın “Trend” informasiya agentliyi və Bolqarıstanın “Fokus” İnformasiya Agentliyi (Focus-news) arasında əməkdaşlıq haqqında Saziş)

Bununla yanaşı hesabat ili ərzində Səfir E. Kərimov Baş nazir P.Oreşarski ilə, sabiq Prezidentlər G.Pırvanovla, P.Stoyanovla, Ölkənin Vitse Prezidenti M. Popova ilə, xarici işlər naziri D. Mitovla, daxili işlər naziri T.Yovçevlə, Baş nazirin müavini və ədliyyə naziri Z. Zlatanova ilə, Baş nazirin müavini D.Bobevə ilə, parlament sədrinin müavini M.Manolova ilə, İqtisadiyyat və Enerji naziri D. Stoynevlə, Təhsil, Gənclər və Elm naziri A. Klisarova ilə, Ərzaq və Kənd Təssərrüfatı naziri D. Grekovla, Əmək və Sosial Siyasət naziri H. Ademovla, Baş Prokuror Sotir Tsatsarovla, BR Prezidentinin xarici əlaqələr məsələləri üzrə katibi Tixomir Stoyçevlə, Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili cənab Atanas Merdjanovla, avrodeputatlarla, Bolqarıstan Respublikası Elmlər Akademiyasının Sədri cənab S. Vodeniçarovla, xarici işlər nazirinin müavini Anqel Veliçkovla, xarici işlər nazirinin müavini K.Todorova ilə, xarici işlər nazirinin müavini V.Pariazovla, Xarici İşlər Nazirliyi Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəisi Qanço Qanevlə, XİN ikitərəfli əlaqələr idarəsinin rəisi P.Doykovla, XİN Dövlət Protokulu idarəsinin rəisi A.Mladenovla, XİN konsulluq idarəsinin rəisi R.Laşevlə, XİN-in baş katibi V.Velçevlə, Nazirlər Kabinetinin baş katibi N.Stavreva ilə, Prezident yanında Strateji Siyasət idarəsinin rəisi P.Anastasovla, Varna bölgəsinin icra başçısı İ.Velikovla, Varna şəhərinin bələdiyyə başçısı İ.Portnihlə, Sofiya bölgəsinin icra başçısı E. İvanovla, Velinqrad şəhərinin icra hakimiyyətinin başçısı İ. Lebanovla, Küstəndil şəhərinin icra hakimiyyətinin başçısı P. Paunovla, Veliko Tırnovo şəhərinin icra başçısı D. Panovla, “24 Çаsа” qəzetinin Baş redaktoru cənab B.Zümbülevlə, “Darik news” agentliyinin baş redaktoru cənab R.Radevlə, “Novinar” qəzetinin baş redaktoru cənab S. Sirakovla, “Sega” qəzetinin baş redaktoru xanım T. Peeva ilə, “7 TV” telekanalın baş icraçı direktoru xanım D.Toşeva ilə, Trud” qəzetinin baş redaktoru İ. Mixaylovla, ”Standart” qəzetinin icraçı direktoru S.Bozukova ilə, “Dnevnik” qəzetinin baş redaktoru D.Popova ilə görüşmüşdür.

Bundan əlavə qeyd etmək istərdik ki, Səfirlik il ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Bunların arasında aşağıdakı tədbirləri qeyd etmək istərdik:

Sofiya şəhərində yerləşən ən böyük mədəniyyət evlərindən biri olan “Nadejda” mədəniyyət evində, səfirliyin dəstəyi ilə bolqarıstan dirijoru, Bakı şəhərində keçirilmiş III Bakı Humanitar forumun iştirakçısı K. Lambovun rəhbərlik etdiyi simfonik orkestrinin ifasında Azərbaycan klassik musiqisinin konserti təşkil edimişdir. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri və Azərbaycan xalq musiqisinin əsasında tərtib edilmiş musiqi parçaları səsləndirilmişdir. Üzeyir Hacıbəyovon, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinin, xalq mahnılarının improrvizasiyalarının daxil edildiyi saat yarımlıq bu konsertdən əvvəl Azərbaycan musiqisi, onun mədəniyyəti haqqında konsert iştirakçılarına məlumat verən K. Lambov bu konsert proqramının həyata keçirilməsində böyük rolu olmuş səfir E.Kərimova öz minnətdarlığını bildirmişdir. 500 nəfərdən çox tamaşaçının iştirak etdiyi bu konsertdə, hər bir musiqi nömrəsi güclü alqışlarla müşayiət olunmuşdur. Konsertdən sonra bu alqışlarına görə tamaşaçılara öz minnətdarlığını bildirən K.Lambov, bu alqışların arxasında bolqar xalqının dərin musiqi zövqü ilə yanaşı, Azərbaycan musiqinin əsrarəngiz gözəlliyinin dayandığıını bildirmişdir.

Konsertin tamaşaçıları arasında yüksək vəzifəli dövlət məmurları, ictimaiyyətin tanınmış simaları, sənət adamları və Sofiya şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirdi.

20 yanvar 2014-cü il tarixində Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Sofiya Universitetinin rəhbərliyi, dekanları, müəllimləri, BR KİV nümayəndələri, o cümlədən ölkəmizdə 1950-70-ci illərdə təhsil almış Bolqarıstan vətəndaşları, Səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Sonra tədbiri Səfir E.Kərimov giriş nitqi ilə açaraq, ilk növbədə qonaqları salamlamış və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir. Səfir E.Kərimov 1990-cı il 20 Yanvar faciəsindən 24 il keçməsindən, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına toplaşaraq buna qətiyyətlə etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu tərəfindən silahın yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarılmasından danışmışdır. Bundan əlavə, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üstün tutan Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmalarından, habelə 20 yanvar ümumxalq matəm günündə Azərbaycanın hökumətinin və dövlət rəsmilərinin, diplomatik korpusun nümayəndəliklərinin, sadə vətəndaşların 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etməsindən söz açaraq, faciəyə yalnız Ümumilli Lider H.Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi qiymətin verildiyini bildirmişdir. Həmçinin Səfir E.Kərimov faciə ilə bağlı hər il Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən akkreditə olunduqları ölkələrdə anım mərasimlərinin keçirilməsi haqqında məlumat vermişdir.

Tədbirdə həmçinin Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri prof. A.Fedotov, Bolqarıstan Milli Radiosunun müxbiri xanım V.Dvoretskaya, ölkəmizdə 1950-70-ci illərdə təhsil almış prof. G. Georgiyev və prof. Ç.Hakov çıxış etmişlər. Öz çıxışlarında onlar, Bakıda olduqları müddət ərzində Şəhidlər xiyabanını ziyarət etdiklərini və bu günahsız insanların amansızca qətlə yetirildiklərini təsəvvürlərinə gətirdiklərində çox məyusluq hissi keçirdiklərini qeyd etmişlər. Bununla yanaşı onlar, sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti qınadıqlarını bildirmişlər.

Həmçinin tədbirdə Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan Azərbaycan diasporasının nümayəndələri öz çixişlarında vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı faciəni yaxşı xatırladıqlarını və bunu heç bir zaman unutmayacaqlarını dilə gətirmişlər.



Tədbirin sonunda iştirakçılar üçün Lider televiziya kanalı tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.
Bununla əlavə, 20 Yanvar Faciəsi ilə bağlı Səfirliyimizdə anım mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələri, həmvətənlilərimiz qarşısında Səfir E.Kərimov çıxış edərək, Qanlı 20 Yanvar faciəsi barədə ətraflı məlumat verərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, xalqın milli azadlıq hərəkatını boğmaq, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi ilə xüsusi hərbi birləşmələrinin, zirehli texnikalarını ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla qətllər törətməsindən danışmışdır. Əsas məqam kimi Səfir E.Kərimov, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyevin faciə ilə əlaqədar çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etməsindən, Heydər Əliyevin bu hadisəni hüquqa, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab olunduğunu bildirməsindən ətraflı danışmışdır.
Həmçinin qeyd etmək istərdik ki, Qanlı 20 Yanvar faciəsi ilə bağlı Səfirliyimiz tərəfindən pres-relizlər hazırlanaraq, Bolqarıstanın dövlət və özəl strukturları, ölkədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında yayılmışdır. Səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanın nüfuzlu “Standart” qəzetində, nüfuzlu “Kross” İnformasiya Agentliyində, novini.dir.bg, news.info7.me, novinitednes.bg, sofiautre.bg, radiomilena.com, blitz.bg, novo10.com, bulbox.net və Bolqarıstanın digər bir sıra internet səhifələrində 20 Yanvar faciəsi mübarizə tarixinə qanlı hərflərlə yazılmış 1990-cı il 20 Yanvar faciəsindən 24 il keçməsindən, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Qanlı Yanvar ilə bağlı məlumatlar dərc etdirilmişdir.
Xocalı qətliamının 22-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov 22.02.2014-cü il tarixində Bolqarıstanın bir çox KİV rəhbərlərini və nümayəndələrini (“24 Çаsа” qəzeti, ”Darik news” agentliyi, “Standart” qəzeti, “Focus” agentliyi, “Novinar” qəzeti, “Sega” qəzeti, “7 TV” telekanalı, Bolqarıstan Milli Radiosunun (BNR) ) səfirliyimizə dəvət edərək faciə haqqında onlara geniş məlumat vermişdir. Görüş haqqında öz təəsüratlarını bölüşən Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “24 Çasa” qəzetinin müxbiri tərəfindən qələmə alınmış “Bütün dünyada Azərbaycanlılar Xocalı faciəsinin qurbanlarını yad edir” başlığı altında məqalədə, bildirilir ki, bir çox ölkələrdə Azərbaycan icmasının üzvləri Xocalı faciəsinin 22-ci il dönümünü qeyd edirlər. 1992-ci ilin 25 fevralından 26 fevralına keçən gecə, erməni hərbi birləşmələri, keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmişlər. Bu qanlı aksiya zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 83 nəfəri uşaq, 106 nəfəri qadın idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Faciədə 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Soyuq fevral axşamı minlərlə insan öz evlərini tərk edərək meşələrdə gizlənmişlər. Bu faciə Dağlıq Qarabağ münaqışəsində həyata keçirilmiş ən iri miqyaslı kütləvi qırğın hadisəsidir. Bununla yanaşı məqalədə, xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanmış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının 30 dan çox ölkədə həyata keçiridiyi tədbirlərlə Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırıldığı qeyd edilərək, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün bir çox işlərin görüldüyü bildirilmişdir.

Bundan başqa görüşdə nümayəndələrinin də iştirak etdiyi “Standart” qəzetində və “Focus” agentliyində Xocalı qətliamı haqqında geniş məqalələr dərc edilmişdir.

Həmçinin qeyd etmək lazımdır ki, il ərzində Dağlıq Qarabağ haqqında çap olunmuş nəşrlər Səfirliyimiz tərəfindən Bolqarıstanın ən iri və vacib qəzet, jurnallarına və Bolqarıstan Milli Televiziya kanalı (BNT), Bolqarıstan Milli Radio kanalı (BNR), Bolqarıstan Teleqraf Agentliyi (BTA) kimi nüfuzlu xəbər agentliklərinə göndərilmiş, habelə keçirilmiş bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir.
Məlumat üçün bildirmək istərdik ki, cari ilin 28 may tarixində “28 may – Respublika günü” münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın ən nüfuzlu “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə təqribən 500 nəfərə yaxın qonaq iştirak etmiş və iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, digər nazirliklərin, Xalq Məclisinin məsul işçiləri, Milli Kəşfiyyət Xidmətinin, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünü idarə orqanlarının rəhbərləri, aparıcı KİV-nin nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan tələbələrimiz, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olmuşlar. Həmçinin tədbirdə III Bakı Humanitar Forumunun iştirakçısı, tanınmış bolqar bəstəkarı Kiril Lambovun rəhbərlik etdiyi kvartetin ifasında Azərbaycan əsərlərindən ibarət konsert keçirilmişdir.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilmiş və ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmisini əks etdirən sənədli filmlər və video roliklər nümayiş etdirilmişdir. Bununla yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı müxtəlif məzmunlu ingilis və bolqar dillərində kitablar, jurnallar, broşuralar, həmçinin milli suvenirlər hədiyyə edilmişdir.


Bildirmək istərdik ki, cari lin 31 oktyabr - 02 noyabr tarixlərində Azərbaycan Respublikasnın Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Bolqarıstan - MDB ölkələri ilə Dostluq Federasiyasının rəhbəri Z.Zaharievin dəvəti əsasında Bolqarıstanda səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstanın Kitabxana Araşdırmaları və İnformasiya Texnologiyaları Universitetinin rektoru c-b Stoyan Dençev tərəfindən c-b Ç.Abdullayevin adıçəkilən Universitetin fəxri doktoru (DOCTOR HONORIS CAUSA) adına layiq görülməsinə dair təntənəli tədbir mərasimi keçirilmişdir. Tədbirdə Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova, həmçinin BR Xarici İşlər və Mədəniyyət Nazirlərinin müavinləri, BR Prezident Aministrasiyasının məsul şəxsləri, Bolqarıstanda akkreditə olunan Səfirlər, Universitetlərin rektor və prorektorları və sair rəsmi şəxslər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru S. Dençev Ç.Abdullayevin 192 əsərinin bir çox xarici dilə tərcümə olunduğu, 26 milyon nüsxə ilə dünyanın bir çox ölkələrində çap edilməsi və əsərlərinin geniş oxucu kütləsi tərəfindən oxunması barədə geniş məlumat vermişdir. Həmçinin rektor yazıçının əsərlərinin Bolqarıstanda da çap edilməsinin və bu əsərlərin Bolqarlar tərəfindən sevilib oxunması ilə ölçüldüyünü qeyd etmişdir. Çıxışın sonunda rektor Ç.Abdullayevə fəxri doktor diplomunu və müvafiq geyimi təqdim etmişdir.

Sonra tədbirdə çıxış edən BR vitse-prezidenti xanım Marqarita Popova c-b Ç.Abdullayevin Universitetin fəxri doktoru adına layiq görülməsini əlamətdar hadisə olduğunu qeyd edərək, belə uca adın verilməsinin Bolqarıstan-Azərbaycan arasındakı dostluq əlaqələrinə verilən töhfələrin göstəricisi olduğunu vurğulamışdır. Bununla yanaşı vitse-prezident ölkələrimiz arasında dinamik şəkildə inkişaf edən əlaqələri qeyd etmişdir.

Tədbirdə çıxış edən Ç.Abdullayev yüksək fəxri ada layiq görülməsinə görə bu ali təhsil ocağının professor-müəllim heyətinə, bu qərarın təşəbbüskarlarına təşəkkürünü bildirmiş və müasir dünyada ədəbiyyatın rolu, həmçinin Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında ətraflı məlumat vermişdir.
Bundan sonra tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı Səfiri E.Kərimov yüksək səviyyədə təşkil edilmiş, bu təntənəli mərasimin keçirilməsinin təşəbbüskarlarına minnətdarlığını bildirərək, Ç.Abdullayevin fəxri doktor adına layiq görülməsinin iki dost ölkə arasında humanitar, mədəni və digər sahələrdə əlaqələrin daha da möhkənlənməsinə töhfə verəcəyini qeyd etmişdir.
Mərasim tədbir iştirakçıları tərəfindən böyük maraq hissi ilə qarşılanmış və Ç.Abdullayevin müxtəlif dillərdə nəşr olunmuş kitablar qonaqların xahişi əsasında müəllifin xatirə yazısı ilə onlara hədiyyə edilmişlər.

Səfər çərçivəsində Ç.Abdullayev, BR Vitse-Prezidenti xanım M.Popova və Yazıçılar İttifaqının sədri B.Angelov ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli mədəni əlaqələr müzakirə edilmişlər.

Bununla bildirmək istərdik ki, Səfirliyin təşəbbüsü ilə cari ilin 06 noyabr tarixində Bolqarıstanın Dunay çayının sahilində yerləşən Vidin şəhərində Bolqarıstanın məşhur dirijoru, III Bakı Humanitar Forumun iştirakçısı Kiril Lambovun dirijorluğu ilə Vidin simfonik orkestrinin ifasında Azərbaycan klasik musiqisinin konserti keçirilmişdir. Konsertdə Q.Qarayevin və F.Əmirovun əsərləri, həmçinin Kiril Lambovun “Laçın” improvizasiyası ifa edilmişdir.

Konserti çıxış sözü ilə açan Vidin Dövlət Filarmonik orkestrinin direktoru IV Bakı Humanitar Forumun iştirakçısı cənab M.Krastev tamaşaçıları salamlayaraq Azərbaycan klasik musiqisinin Vidin şəhərində ilk dəfə olaraq ifa edilməsinin vacibliyini bildirmişdir. Sonra “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri İvan Palçev Azərbaycanın zənqin və qədim mədəniyyətindən, həmçinin musiqisindən məlumat vermişdir.

Azərbaycanın Bolqarıstandakı səfiri E.Kərimov çıxışında konsertin təşkilatçılarına təşəkkürünü bildirərək, Azərbaycanla Bolqarıstan arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi üçün Azərbaycan klasik musiqisinin Vidin şəhərində ifa edilməsinin vacibliyini qeyd etmişdir.

Konsertdə Vidin şəhərinin icra hakimiyyətinin və Vidin vilayətinin rəhbərləri, şəhərin rəhbər sakinləri, həmçinin Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və Bolqarıstanda akkreditə olunmuş səfirlər iştirak etmişlər. Konsert tamaşaçılar tərəfindən böyük maraq və davamlı alqışlarla qarşılanmışdır. Konsertin sonunda Azərbaycan və Moldova Səfirlikləri adından konsert təşkilatçılarına gül səbətləri təqdim edilmişlər.

Həmçinin Səfir E.Kərimovun Vidin şəhərinə səfəri çərçivəsində onun Vidin şəhərinin icra başçısının vəzifəsini müvəqqəti icra edən cənab Dobromir Dilov və Vidin vilayətinin rəhbəri cənab Krastyo Spasov ilə görüşləri keçirilmişdir.Görüşlərdə Azərbaycanla Bolqarıstan arasındakı əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə edilmişdir.
AR Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi tərəfindən təqdim edilmiş materiallar və fotoşəkillər əsasında Səfirliyimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində broşürlar nəşr edilmişdir. Broşürda Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələrindən, həmçinin şəhərləri və rayonları barədə məlumat verilmişdir. Həmçinin Naxçivan Muxtar Respublikasının paytaxtı olan Naxçıvan şəhərinin qədim Azərbaycanın xəzinəsi olduğunun, Möminə Xatun və Noy türbələrinin və digər çoxsaylı tarixi abidələrinin mövcüdluğu qeyd edilmişdir. Bundan əlavə broşürdə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş bölgələrindən biri olduğu barədə məlumat verilmişdir. Sonra Naxçıvan Muxtar Respublikasının tarixi və memarlıq abidələri, adət-ənənələri, mədəniyyəti ilə yanaşı, həmçinin gözəl təbiətindən ətraflı yazılmışdır.
Bununla yanaşı bildirmək istərdik ki, cari ilin 26 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında rəsmi qəbul keçirilmişdir. Rəsmi qəbulda iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək rütbəli nümayəndələri, dövlət və özəl strukturlarının nümayəndələri, müxtəlif siyasi partiyaların nümayəndələri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlilərimiz, Azərbaycan diasporasının üzvləri və s. şəxslər olmuşlar.

Rəsmi qəbulun açılışı Azərbaycan və Bolqarıstan Respublikalarının dövlət himlərinin səsləndirilməsi ilə başlanılmışdır. Sonra Azərbaycan Respublikasının Bolqarıstandakı Səfiri E.Kərimov cıxış edərək, tədbir iştirakçılarını salamlamış və onlara Naxçivan Muxtar Respublikasının yaradılmasının 90 illiyi və Muxtar Respublikası haqqında məlumat vermişdir.


Daha sonra Bolqarıstanda səfərdə olan Naxçivan Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri Naxçıvan şəhərinin icra hakimiyyətinin başçısı cənab V.Səfərov iki ölkə arasında ənənəvi sıx dosluq əlaqələrdən danışaraq Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin məhz Sofiya şəhərində qeyd olunmasından məmnunluğunu bildirmişdir. O, Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri, ö cümlədən Naxçıvan Muxtar Respublikasının paytaxtı dünyada ən qədim və gözəl şəhərlərindən biri olan Naxçıvan şəhəri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Qəbulda qonaqlara Naxçıvan Muxtar Respublikasının mətbəxinin nümunələri təqdim edilmiş, habelə Naxçıvan Muxtar Respublikası ilə bağlı video film nümayiş etdirilmiş, həmçinin Azərbaycan bəstəkarlarının klassik əsərləri qonaqlar üçün səsləndirilmişdir.
Sonda qonaqlara AR Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi tərəfindən təqdim edilmiş materiallar və fotoşəkillər əsasında Səfirliyimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində nəşr edilmiş broşürlar, o cümlədən Muxtar Respublikasına aid digər nəşrlər və milli suvenirlər hədiyyə edilmişdir.
Beləliklə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli, 219 nömrəli Sərəncamının icrasının təmin olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi və digər nazirlik və qurumların təklifləri nəzərə alınmaqla hazırlanmış və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 2014-cü il ərzində Səfirliyimiz tərəfindən aşağıdakı müvafiq işlər görülmüşdür:
2014-cü ilin 28 may tarixində Səfir E.Kərimov Bolqarıstanın ən nüfuzlu qəzetlərindən biri olan “Trud” qəzetinə Naxçivan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə bağlı müsahibə vermişdir. Müsahibədə Səfir E.Kərimov Azərbaycanın ən qədim və gözəl məskanlarından biri olan Naxçivan Muxtar Respublikası barədə məlumat verərək bu il 1924-cü ildə yaradılmış Naxçivan Muxtar Respublikasının dövlətimizdə 90-illiyinin qeyd edilməsini bildirmişdir. Həmçinin müsahibədə Naxçivan Muxtar Respublikasının qədim tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri, şəhərləri və mətbəxi barədə geniş məlumat verilmişdir.
Səfir E. Kərimov Naxçıvan şəhəri ilə Veliko Tırnovo şəhəri arasında ikitərəfli əlaqələrin qurulması üçün 2014-cü ilin 15 iyul tarixində Veliko Tırnovo şəhərinin İcra hakimiyyətinin başçısı cənab D.Panov ilə görüşmüş, məsələyə dair Bolqarıstan tərəfindən müvafiq razılıq əldə edilmiş və görüşün nəticəsində 2014-cü ilin 27- 28 noyabr tarixlərində Naxçıvan şəhərinin icra hakimiyyətinin başçısı cənab V.Səfərovun başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstanın Veliko Tırnovo şəhərinə səfərı zamanı Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri arasında əməkdaşlıq əlaqələrın qurulmasına dair razılıq əldə edilmişdir.
AR Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi tərəfindən təqdim edilmiş materiallar və fotoşəkillər əsasında Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində broşürlar nəşr edilmişdir.
2014-cü ilin 26 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında rəsmi qəbul keçirilmişdir.
2014-cü ilin 03 dekabr tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin və BR Xarici İşlər Nazirinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstutunun birgə təşkilatçılığı və Sofiya İcra hakimiyyətinin himayəsi ilə Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi ilə əlaqədar, kəlağayı sənətinin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək vəzifəli nümayəndələri, yerli icra hakimiyyəti başçıları, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlilərimiz, və s. şəxslər olmuşlar.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı Səfiri Emil Kərimovun həyat yoldaşı xanım Təranə Kərimova tədbir iştirakçılarını salamlamışdır. Sonra xanım T.Kərimova Azərbaycan rəhbərliyinin Azərbaycan xalqının mədəni irsinin təbliği və inkişafına böyük önəm və dəstək verdiyini bildirərək, 2014-cü ilin 26 noyabr tarixində Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Mərasimdə daha sonra çıxış edən Sofiya şəhərinin İcra hakimiyyətinin başçısının müavini xanım Mariya Boyadjiyska qeyd olunan tədbirin Sofiya İcra hakimiyyətinin himayəsi ilə təşkil olunmasından məmnunluğunu ifadə edərək, həmin tədbirin keçirilməsinin vacibliyini bildirmişdir.

BR Xarici İşlər Nazirinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstutunun direktoru xanım Lyudmila Dimitrova öz çıxışında isə belə bir tədbirin ilk dəfə olaraq Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirildiyinin vacibliyini bildirmiş və Azərbaycan Kəlağayısının YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edildiyindən sonra qeyd olunan tədbirin ilk olaraq məhz Sofiya şəhərində təşkil olunmasından məmnun olduğunu vurğulamışdır. Xanım L. Dimitrova Azərbaycan xalqının qədim və zəngin mədəniyyətə malik olduğunu və mədəni irsinin bir çox nümunəsinin, o cümlədən kalağayı sənətinin, YUNESKO-nun mədəni irsinin siyahısına daxil edildiyinin əhəmiyyətini vurğulamış və bu tədbirin bolqar ictimaiyyətinə Azərbaycan xalq tətbiqi sənətinin bir parçası olan kalağayı sənətilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirmişdir. O, həmçinin bu cür tədbirlərin ikitərəfli mədəni əlaqələrin, o cümlədən mədəni diplomatiyanın daha da genişlənməsinə yardım etdiyini qeyd etmişdir.

Tədbirdə daha sonra çıxış edən Bakı Dövlət Universitetinin dosenti “Gender və Tətbıqı psixologiya” kafedrasının müdiri xanım Rəna İbrahimbəyova Kəlağayı faylın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlandığını bildirmişdir. Heydər Əliyev Fondu, Nazirlik və ölkəmizin YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun mədəni irsinin siyahısına daxil edilməsinə dair qərar qəbul edildiyini və bu qərarla komitənin kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu, beynəlxalq səviyyədə təsdiq edildiyini bildirmişdir. Xanım R.İbranimbəyova həmçinin ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsində baş verdiyini qeyd etmişdir. Sonda Xanım R.İbranimbəyova kalağayı sənətinin tarixi, ənənəsi, incəlikləri və s. barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Çıxışlardan sonra Bakı Dövlət Universitetinin dosenti “Gender və Tətbıqı psixologiya” kafedrasının müdiri xanım Rəna İbrahimbəyova tədbir iştirakçılarına kəlağayının naxışlanma üsulunu tədbir iştirakçılarına təqdim etmiş və qonaqlar bu prosesdə iştirak etmişlər. Kəlağayının naxışlanma üsulu tədbir iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdır.
Tədbirin sonunda YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası zamanı kalağayı sənəti barədə nümayiş edilmiş sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Sonra kəlağayı sənətinin incilərinin nadir nümunələri və Bakı Dövlət Universitetinin dosenti “Gender və Tətbıqı psixologiya” kafedrasının müdiri xanım Rəna İbrahimbəyova tərəfindən təqdim edilmiş mətn və fotoşəkillər əsasında Səfirliyimizin təşəbbüsü ilə bolqar və ingilis dillərində nəşr edilmiş “Kəlağayı haqqında” adlı broşüralar qonaqlara hədiyyə edilmişdir.
Kəlağayı sənətinin təqdim etmə mərasimi qonaqlar tərəfindən böyük maraq hissi ilə qarşılanmışdır.
Qarşılıqlı səfərlər

Bolqarıstan tərəfindən:



  • 2014-cü il 11-12 fevral tarixlərində Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika naziri cənab D.Stoynevin Azərbaycan Respublikasına səfəri




  • 2014-cü il 19-20 fevral tarixlərində Bolqarıstanın baş naziri Plamen Oreşarskinin Azərbaycan Respublikasına rəsmi səfəri




  • 2014-cü il 19-20 fevral tarixlərində Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Rabitə naziri cənab D.Papazovun, İqtisadiyyat və Energetika naziri cənab D.Stoynevin, Maliyyə naziri P.Çobanovun, Kənd təsərrüfatı və Ərzaq naziri cənab D.Grekovun, Ətraf Mühit və Su naziri xanım İ.Mixaylovanın, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab A.Veliçkovun, İqtisadiyyat və Energetika nazirinin müavini cənab B.Botevin, həmçinin Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru cənab P.Legkostupun Bolqarıstan Respublikasının Baş naziri cənab P.Oreşarskinin ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfərləri




  • 2014-cü il 27-29 aprel tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun Bakı şəhərində keçirilmiş İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 22-24 may tarixlərində Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri cənab D.Grekovun Bakı şəhərində keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 22-24 may tarixlərində Plovdiv Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançevanın Bakı şəhərində keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 29 iyun - 02 iyul tarixlərində Bolqarıstan Respublikasının Baş Prokurorunun müavini cənab E.Dikovun Bakı şəhərində “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 19-20 sentyabr tarixlərində “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etmək üçün Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Azərbaycan Respublikasına işgüzar səfəri;




  • 2014-cü il 19-20 sentyabr tarixlərində Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika Naziri cənab V.Ştonovun Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin ölkəmizə işgüzar səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 01-03 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti cənab S.Vodeniçarovun 2014-cü il 01-03 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 28-30 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab K.Kamenovun 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə birinci qlobal forumunda” iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 19-21 noyabr tarixlərində Bolqarıstan Respublikasının Vitse Prezidenti xanım M.Popovanın 2014-cü il 19-21 noyabr tarixlərində ölkəmizdə keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin III Assambleyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;




  • 2014-cü il 03 dekabr tarixində Bolqarıstan Respublikasının Təhsil və Elm Naziri cənab T.Tanevin 2014-cü il 03 dekabr tarixində Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

Azərbaycan tərəfindən:




  • 2014-cü il 04-07 fevral tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab X.Xələfovun Sofiya şəhərində keçirilmiş AR XİN və BR XİN arasında ilk siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri;



  • 2014-cü il 14-15 aprel tarixlərində Azərbaycan Respublikasının Energetika naziri cənab N.Əliyevin Bolqarıstan Respublikasına səfəri;




  • 2014-cü il 14-15 aprel tarixlərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevin Bolqarıstan Respublikasına səfəri;




  • 2014-cü il 24-26 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İ.Babayevin Varna şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələrinin gənclər və idman məsələlərinə məsul nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə Bolqarıstan Respublikasına səfəri;




  • 2014-cü il 18-20 iyun tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyevin Varna şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirlərinin 30-cu iclasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri.


MİƏİ

Yüklə 144,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin