Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


-ci movzu Bakı şəhərində şəhər torpaq kadastrının aparılması



Yüklə 57,74 Kb.
səhifə20/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

8-ci movzu

Bakı şəhərində şəhər torpaq kadastrının aparılması Bakı şəhər Torpaq Şöbəsi tərəfındən həyata keçirilir. Torpaq kadastrının aparılması obyektlər üzrə dövlət kadastr uçotundan və onun formalaşma prosedurundan ibarətdir. Obyektlərin formalaşma uçotu kadastr planlaması, torpaq sahələrinin sərhədlərinin təyin olunması (bərpası) uyğun metodik və normativ sənədlər əsasında yerinə yetirilir. Obyektlərin formalaşma prosesi zamanı dövlət kadastr uçotunun həyata keçirilməsində vacib sənədlər tərtib olunur. Şəhər torpaq kadastrı elektron və ya kağız əsaslı formada təqdim edilərək məlumatlar bazası (kartotek) şəklində təşkil edilir. Elektron və ya kağız əsaslı formada təqdim olunan şəhər torpaq kadastr məlumatları bərabər hüquqi qüvvəyə malikdir. Əgər elektron və ya kağız əsaslı formadakı məlumatlar arasında fərqlər olarsa bu zaman kağız əsaslı formada olan məlumatlara üstünlük verilir. Dövlət kadastr qeydiyyata alınması - dövlət torpaq kadastr məlumatlarının qeydə alma formasına salınması ilə yerinə yetirilir. Azərbaycan Respublikası ərazisində Dövlət kadastr qeydiyyatına alınması vahid sistemdə aparılmalıdır. Əmlakın Dövlət kadastr qeydiyyatına alınması üçün əsas kimi maraqlı tərəflərin (mülkiyyətçilər və ya digər hüquqları olan şəxslər, həmçinin dövlət hakimiyyət orqanları, yerli idarəetmə təşkilatlarının) və ya onların səlahiyyətli nümayəndəsinin uyğun sənədləri əlavə etməklə Əmlak Komitəsinə verdiyi ərizələr sayılır. Dövlət kadastr qeydiyyatına alınması üçün ərizə ilə bərabər, obyektin formalaşdırılması haqqında verilən sənədlər, flziki şəxs tərəfindən şəxsiyyətin təsdiq edən sənəd, hüquqi şəxslər isə bu sənəddən başqa prosedur işləri yerinə yetirmək üçün səlahiyyət verən sənədləri təqdim etməlidirlər. Dövlət kadastr qeydiyyata alınmasına görə təqdim olunan sənədlər qanunla təyin olunan hallar üçün notariusda vəzifəli şəxslərin imzaları və onların möhürləri ilə təsdiq olunmalıdır. Təqdim olunan sənədlərdəki mətnlər aydın və yazılar qısaldılmayaraq yazılmalı, hüquqi şəxsin yerləşdiyi yer və adı göstərilməlidir. Fiziki şəxslərin adı, soyadı və atasının adı, yaşayış yeri və ünvanı tam göstərilməlidir. Dövlət kadastr qeydiyyatına alınmasına görə təqdim olunmuş sənədlərlə bərabər xüsusi kitabda ərizəçinin ərizəsi qeydə alınır. Ərizəçiyə isə sənədlərin Dövlət kadastr qeydiyyatına alınmasını təsdiq edən sənəd verilir və bu sənəddə sənədlərin qəbul olunma vaxtı və siyahısı göstərilir. Dövlət kadastr qeydiyyata alma fəaliyyəti sənədlərin qəbul olunduğu gündən sayılır. Obyektin qeydiyyata alınması vaxtı onun Ümumi Torpaq Reyestrinə yazılan gündən hesablanır.




Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin