Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


Dövlət kadastr qeydiyyata alma prosesi aşağıdakı ardıcıllıqla yerinə yetirilir



Yüklə 57,74 Kb.
səhifə21/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

Dövlət kadastr qeydiyyata alma prosesi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  • Obyekt üzrə kadastr işinin formalaşdırılması

  • Obyekt üzrə kadastr xəritəsinə (planma) salınması;

  • Obyektin qeydiyyata alınması üçün kadastr xəritəsinin (planın) hazırlanması;

  • Obyektə kadastr nömrəsinin verilməsi

  • Ümumi torpaq reyestrində obyekt haqqında məlumatların yazılması

Dövlət qeydiyyatına alınması bir ay ərzində yerinə yetirilməlidir.

Azərbaycan Respublikasının torpaq kateqoriyaları yeddi yerə ayrılmışdır. Bununla əlaqədar olaraq torpaqların dövlət kadastr dəyərləndirilməsi məqsədyönlü təyinatına görə torpaqların təsnifatına və təyinatı üzrə istifadə növünə əsaslanır. Yuxarıda qeyd etdiklərimiz bütün ölkə ərazisində torpaqların vergiyə cəlb olunma sisteminin şəffaflığını təmin etmək, müxtəlif metodik yanaşmalar və müxtəlif kateqoriyalı torpaqların kadastr qiymətlərinin təyini üçün istifadə olunur. Şəhər və kənd yaşayış, bağ, yay-bağ və bostan ərazi torpaqlarının dövlət kadastrı üzrə dəyərləndirilməsi, bazar qiymətləri və daşınmaz əmlak obyektləri haqqında digər məlumatların statistik təhlil əsasında, həmçinin torpaqların kütləvi dəyərləndirilməsinin digər metodlarından istifadə etməklə həyata keçirilir. Kənd yaşayış torpaqlarının və şəhər ərazilərinin şəhərdən kənar kənd təsərrüfatı təyinatlı və meşə fondu torpaqlarının dövlət kadastrı üzrə dəyərləndirilməsi hesablanmış renta gəlirinin kapitallaşdırılması əsasında həyata keçirilir. Bu zaman hesablanmış renta gəliri mütləq və differensial renta gəlirlərinin cəbri cəmi kimi hesablanır. Torpaq vergisinin digər vergilərə nisbətən bir sıra üstünlükləri vardır. Vegiyə cəlb olunan obyektin torpaq kadastrında təfsilatı ilə iqtisadi keyfiyyət xüsusiyyətləri və sərhədləri əks olunduğuna, həmçinin həmin torpaq sahəsinin hüquqi sahibkarı məlum olduğuna görə vergidən yayınma mümkün deyil. Torpaq vergisindən və icarə haqlarından ibarət olan torpaq haqlarının yığılması və onun toplanma tendensiyasının dinamikası onu göstərir ki, bu tendensiya daim artır və həm dövlət, həm də bələdiyyə büdcə vəsaitlərinin doldurulmasi üçün etibarlı mənbədir. Torpaq vergisi digər vergilərlə müqayisədə şübhəsiz ki, müəyyən üstünlüyə malikdir, məsələn, daşınmaz əmlaka alınan vegilərə görə, burada torpaq ərazilərin inkişafına qoyulan investisiyanın cəlb olunması stimullaşdırılır. Belə vergiyə cəlb olunma, məsələn, Avstraliyada, CAR və s. ölkələrdə tətbiq olunur. Yuxarıda yazılanları ümumiləşdirsək, aşağıda göstərilən yekun nəticələr çıxarmaq mümkündür: Azərbaycan Respublikası və onun yerli hakimiyyət orqanları şəhər dövlət kadastr işinin düzgün təyin olması və aparılması ilə sosial amilləri nəzərə alaraq ərazinin iqtisadi inkişafını stimullaşdıraraq çoxtərəfli, elastik bir alət kimi vergi siyasətinin həyata keçirilməsinə şərait yaradır. Bu işlənmiş metodika həm də aşağıda göstərüən 13 növ şəhər torpağının təyinatı üzrə istifadəsinin nəzərə alınmasına imkan verəcəkdir:



  1. Yaşayış evlərinin altında olan torpaqlar (çoxmərtəbəli binaların);

  2. Yaşayış tikililərinin - fərdi evlərin altında olan torpaqlar;

  3. Yay-bağ evləri və əhalinin bağ birlikləri altında olan torpaqlar;

  4. Avtomobil dayanacaqları və qarajlar altında olan torpaqlar;

  5. İctimai iaşə və ticarət obyektləri altında olan torpaqlar;

  6. Xalq təhsili təşkilatları və idarələri altında olan torpaqlar;

  7. Sənaye obyektləri altında olan torpaqlar;

  1. İctimai və inzibati-idarəçilik obyektləri altında olan torpaqlar;

  2. Hərbi obyektlər altında olan torpaqlar;

  3. Rekreasion (istirahət) obyektləri altında olan torpaqlar;

  4. Kənd təsərrüfatı sahələri altında olan torpaqlar;

  5. Su obyektləri altında olan torpaqlar;

  6. Ehtiyat fondu torpaqları.

Torpaqların funksional istifadəsinin 13 növünün hər biri üçün kadastr kvartalları üzrə kadastr qiymətləri təyin edilir. Nəticədə, hər bir yaşayış məntəqəsi üçün 13 kadastr dəyərləndirmə kateqoriyası üzrə xəritələr tərtib olunur ki, onun da əsasında konkret kadastr kvartallarında torpağın daha səmərəli istifadə olunmasının stimullaşdırılması istiqamətləri müəyyən olunur. Dövlət torpaq kadastr sisteminin inkişafı və torpaqların kadastr üzrə dəyərləndirilməsi torpağa və onunla bağlı daşınmaz əmlaka olan hüquqların möhkəmlədilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ölkə iqtisadiyyatının inkişafına əlverişli şərait yaradılmasına kömək edir. Bələdiyyə orqanlarının gəliri başlıca olaraq vergilərdən və əhalidən yığılan vəsaitdən ibarətdir. Bu vergilər bələdiyyələr tərəfindən mərkəzi orqanın nəzarəti ilə müəyyən edilir və yığılır. Ödəmələrin əsas hissəsini daşınmaz əmlakdan alınan vergilər təşkil edir. Düzdür bələdiyyələr başqa yerli vergiləri də müəyyən edir. Bələdiyyə təsərrüfatından gələn gəlir bələdiyyənin büdcəsinin müəyyən hissəsini təşkil edir. Bələdiyyə mülkiyyətinin tərkibinə şərti olaraq aşağıdakılar daxildir:

  • Yerli büdcə vəsaitləri, büdcədənkənar bələdiyyə fondları;

  • Yerli özünüidarə orqanlarının əmlakı;

  • Bələdiyyə mülkiyyətində olan bələdiyyə torpaqları və digər təbii resurslar;

  • Bələdiyyə müəssisə və təşkilatları;

  • Bələdiyyə bankları və diğər maliyyə-kredit institutları:

  • Yaşayış fondları və digər qeyri-yaşayış sahələri;

  • Bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman idarələri;

  • Digər daşınan və daşınmaz əmlak.

Bələdiyyə orqanları bələdiyyə mülkiyyəti obyektlərini fıziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə verə bilər. Bu halda müqavilə bağlanılaraq müqavilə verilən obyektlərin istifadəsi şərtləri müəyyən olunur.

Daşınmaz əmlak məsələləri hər zaman ailə münasibətlərində xüsusi yer tutub və hətta bir çox məqamlarda mübahisə və problem yaradıb. Nəticədə tez-tez əmlak bölgüsü ilə narazılıqlar məhkəməyə qədər gedib çıxır. Ailə daxilində əmlak bölgüsü ilə bağlı anlaşılmazlıqların yaranması isə çox zaman insanların qanunlardan xəbərsiz olması ilə əlaqədardır. Bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması müvafiq bələdiyyənin qərarı ilə bilavasitə həyata keçirilir. Bakı şəhərində bələdiyyə ərazi vahidliklərində həyətyanı torpaq sahələrinin ayrılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 №li qərarı ilə tənzimlənir və onların ayrılması aşağıdakı mərhələ ilə həyata keçirilir:



  • Yuxarıda göstərilən qərara əsasən fiziki şəxs həyətyanı torpaq sahəsinin ayrılması üçün qəsəbə və ya kənd inzibati bələdiyyə ərazi vahidliklərinə ərizə ilə müraciət edir;

Bələdiyyə vahidliklərində fiziki şəxsin həyətyanı torpaq sahəsinin ayrılması üçün müraciət etdiyi ərizəyə baxılır və onun ehtiyat fondu torpaqlarından (Torpaq Məcəlləsi, maddə 47. .5) torpağın ayrılması üçün müvafiq sərəncam çıxarılır. Rayon, şəhər bələdiyyə orqanı ərizəyə 5 gün müddətində baxır, Azərbaycan Respublikası 10 yanvar 1997- ci il tarixli 534 №li fərmana əsasən, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. Ərizəyə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qəbul edilir;

• Bələdiyyə оrqаnı tоrpаq sаhəsinin vеrilməsindən imtinа еdərsə, оndа həyətyаnı tоrpаq sаhəsinin аyrılmаsı üçün mürаciət еdən fiziki şəхs çıхаrılаn qərаrdаn şikаyət (Torpaq Məcəlləsi, mаddə 69. 1, 2. bəndlərinə əsаsən) еtmək üçün müvаfiq məhkəmə оrqаnlаrınа mürаciət еdə bilər;

• Əgər bələdiyyə vаhidliklərində mürаciət müsbət həll оlunаrsа, оndа mürаciət еdən şəхsin ərizəsi və bələdiyyə vаhidliyində qəbul еdilən sərəncаm 10 gün müddətində bахılmаq üçün rаyоn (şəhər) tоrpаq şöbələrinə göndərilir.

Аyrılmаsı nəzərdə tutulаn sаhənin plаnı sifаrişçinin vəsаiti hеsаbınа hаzırlаnır və gеri müvаfiq bələdiyyəyə (yеrli İcra Hakimiyyəti) qаytаrılır;

• Bələdiyyə 15 gün müddətində tоrpаq sаhəsinin аyrılmаsı bаrədə qərаr qəbul еdir və ümumi sənədləri tоrpаq аktının (kadastr planının) аlınmаsı üçün Dövlət Torpaq və Хəritəçəkmə Komitəsinə göndərir;

• Dövlət Torpaq və Хəritəçəkmə Komitəsi 10 gün ərzində tоrpаq mülkiyyətçisinin vəsаiti hеsаbınа (həmçinin tоrpаq üzərində hüquqlаrın dövlət qеydiyyаtınа аlınmаsı) hаzırlаnmış tоrpаq аktının (kadastr planının) tоrpаq mülkiyyətçisinə təqdim еdilməsi üçün müvаfiq rаyоn (şəhər) tоrpаq şöbəsinə göndərir.

Qalan hallarda isə (yəni yuxarıda adları çəkilən şəxslərdən başqa) eyni prosedur həyata keçirilir, lakin torpaqlar hərraca çıxarılır.


Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin