daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri:
Torpaq sahəsinə münasibətdə – torpağın kateqoriyası, sahəsi, təyinatı (istifadə növü), həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak obyektləri haqqında məlumatlar;
Binaya münasibətdə – binanın təyinatı (qeyri-yaşayış binası, çoxmənzilli yaşayış binası, fərdi yaşayış və ya bağ evi, qarışıq təyinatlı), mərtəbələrinin sayı və binanın ümumi sahəsi, tikildiyi il, binada sahələrin, otaqların yerləşməsi (mərtəbə planı), çöl divarların və mərtəbələrarası örtüklərin materialı;
Qurğuya münasibətdə – qurğunun növü və təyinatı, tikildiyi tarix və köhnəlməsi;
Binanın tərkib hissəsi olan ayrıca yaşayış və ya qeyri – yaşayış sahəsinə münasibətdə – binada yerləşdiyi yer və sahəsi, otaqlarının sayı və otaqlar arasında arakəsmələrin (divarların) materialı;
Tikintisi başa çatmamış obyektlərə münasibətdə – obyektin növü və təyinatı, tikintisinə və ya quraşdırılmasına icazə verildiyi tarix;
Mürəkkəb əmlaka (əmlak kompleksinə) və müəssisələrə münasibətdə – əmlakın növü və təyinatı, fəaliyyət istiqamətləri, habelə onun ibarət olduğu daşınmaz əmlak obyektlərinə münasibətdə bu maddənin yuxarıda qeyd olunan bəndlərində nəzərdə tutulan göstəricilər (xüsusiyyətlər).