Kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.
Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinn sərhədləri BAŞ PLAN Layihəsinin planlaşdırılması əsasında şəhər, qəsəbə və kənd icra nümayəndələri və inzibati rayon icra hakmiyyətləri tərəfindən müəyyənləşdirilir və təyin edilir. Torpaq ərazilərinin şəhər torpaqlarına qatılması zamanı torpaq sahibkarlarının torpaq ınülkiyyət hüquqları qorunub saxlanılır (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi). Şəhərlərdə torpaq sahəsi şəhər torpaqlarının bir hissəsidir. Torpaq sahəsinin xarici sərhədi tam olmalıdır (məsələn, torpaq sahəsi iki hissədən - biri yolun bir tərəfində, o biri isə yolun digər tərəfində ola bilməz). Torpaq sahəsinin daxili sərhəddi o zaman yaranır ki, torpaq ərazisində digər torpaq istifadəçisinin torpaq sahəsi yerləşir. Ola bilər ki, torpaq ərazisində kənar - bir neçə torpaq istifadəçisinin torpaqları yerləşir. Daxili və xarici sərhədlərin heç bir ümumi nöqtələri olmur.
Dostları ilə paylaş: |