Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


Tоrpаq sahəsinə olan mülkiyyət hüquqlаrı



Yüklə 57,74 Kb.
səhifə14/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

Tоrpаq sahəsinə olan mülkiyyət hüquqlаrı

Mülkiyyət hüququ

Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.

Mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam səlahiyyətlərini başqa şəxsə verə bilər, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edə bilər, öz əmlakını mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verə bilər, habelə öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkətləri etmək ixtiyarına malikdir. Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.

Əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə edilməsinin nəticələri (məhsul və gəlir) — qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa — bu əmlakın mülkiyyətçisinə məxsusdur.

Mülkiyyətçinin ixtiyarı vardır ki, ona məxsus mülkiyyət hüququnu həyata keçirərkən vətəndaşların əməyindən istifadə etmək haqqında onlarla Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarımda nəzərdə tutulmuş şərtlərlə və hədlərdə müqavilələr bağlasın.

 Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda, şərtlərlə və hədlərdə mülkiyyətçinin üzərinə onun əmlakından digər şəxslərin məhdud şəkildə istifadə etməsinə yol vermək vəzifəsi qoyula bilər.

Mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, vətəndaşların, müəssisələrin, idarələrin, təşkilatların və dövlətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalıdır.


Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin