ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


MÖVZU 2. ŞƏRQDƏ İQTİSADİ FİKİRLƏRİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

MÖVZU 2. ŞƏRQDƏ İQTİSADİ FİKİRLƏRİN 
YARANMASI 
 
1. İslam mənəvi-dini dəyərlər sisteminin formalaşması 
və onun Şərqdə iqtisadi fikrin təşəkkülünə təsiri 
2. İslamda əmlak, mülkiyyət və maliyyə münasibətləri 
3. İbn Xəldunun iqtisadi görüşləri 
 
İslamın meydana gəlməsi, onun ümumbəşəri dinə çev-
rilməsi, müxtəlif dillərdə danışan milyarddan yuxarı yer kürəsi 
əhalisinin mənəvi əqidəsinin saflaşmasına, mədəni səviyyəsinin 
yüksəldilməsinə, əxlaqi, etik normalarının təmizlənməsinə 
səbəb olmuşdur. Digər tərəfdən islam insanların elmi dünya 
görüşlərinin formalaşmasına, zəruri həyati problemlərin həllin-
də çoxşaxəli istiqamətlərin mövcud olmasına gətirib çıxardı. 
Qurani-Kərimin göndərilməsinə işarə edilən ayədə gös-
tərilir ki, "...elmlə ətraflı izah etdiyimiz kitab gətirdik" (7. Əl-
əraf surəsi, ayə 52)
4
İslamın ən böyük möcüzəsi insanları, 
ətrafda baş verən bütün hadisələri elm və hikmətlə, ağıl və 
məntiqlə müşahidə etməyə istiqamətləndirməsidir. "Biz onlarla 
(Peyğəmbərlər nəzərdə tutulur) birlikdə kitab və ədalət tərəzisi 
nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətli rəftar etsinlər". (57. 
Əlhədid (Dəmir) surəsi, ayə 25 ). 
İslamda əmlak və mülkiyyət münasibətləri olduqca 
dərin, səlis və məntiqi-elmi ardıcıllıqla, mənimsənilmə, istifadə 
olunma və sərəncamvermə ilə bağlı prinsiplərlə müəyyənləş-
dirilmişdir. Şəriət vasitəsilə tənzimlənən əmlak və mülkiyyət 
hüquqları həm sahibolma prinsipini, həm sərəncamvermə, həm 
də istifadəetmə üsulunu əsaslandırır. Halallıq çərçivəsində əm-
lakın əldə olunması və ondan faydalı istifadə olunması mülkiy-
yətdən istifadə olunması hüququ üçün tutarlı əsas yaratmışdır. 
4
Göstərilən surələrdəki ayələr. Z.Bünyadovun və V.Məmmədliyevin 
tərcümə etdiyi "Qurandan" götürülmüşdür. Bakı, 1991.


36 
Mülkiyyətin, eləcə də əmlakın formalaşması əsasında 
faydalı fəaliyyətin, həmçinin əmək sərvətinin vacib cəhəti kimi 
üstünlüyə malik olması əsas şərt kimi çıxış edir. İslamda xüsusi 
mülkiyyətin aparıcı rola malik olması, onun sahibinin faydalan-
ması ilə yanaşı, sərəncamdakı bütün istehsal və xidmət təyinatlı 
vasitələrdən istifadəni də təkid edir. İslamda mülkiyyət münasi-
bətlərinin inkişafında, eləcə də xüsusi mülkiyyətin mütərəqqi 
formasının saxlanılmasında, müxtəlif fəaliyyət növlərinin əmə-
lə gəlməsində icarənin mühüm rolu vardır. İcarə və onunla bağ-
lı münasibətlərin inkişafı şəraitində xüsusi mülkiyyətin toxu-
nulmazlığını təmin edən mühüm istiqamətlərdən biridir. İcarə 
və onun vasitəsilə əldə olunan gəlirin çox mütərəqqi bir istiqa-
mət olduğu göstərilir. 
İslam iqtisadi prinsiplərinə görə, icarə münasibətlərində 
iki xüsusiyyət nəzərə alınmalıdır: birincisi, əmlakın və ya 
mülkiyyətin konkret sahibi olsun, ikincisi, qarşılıqlı razılaşma 
və anlaşma olsun. Hər iki şəraitdə qarşılıqlı faydalanma prinsi-
pi əsas götürülür. Əgər tərəflərin hər biri belə şəraitdə fayda-
lanmazsa, onda icarə məqbul hesab olunmur. Əgər tərəflər bir-
birinin faydalana biləcək imkanlarının məhdudluğunu və ya 
yoxsulluğunu əvvəlcədən bilib icarə münasibətlərinə girərsə, o, 
batil hesab olunur. Lakin əgər istifadə olunan şəraitdə əmlak-
dan, heyvanlardan və s. yaxşı istifadə olunmayıbsa, o halda o, 
icarəhaqqını ödəməlidir. Çünki sazişin və ya müqavilələrin 
bağlanması ağıllı, sağlam düşüncəli adamlar arasında aparıldı-
ğından risk etmək dərəcəsi nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, islamda icarə münasibətləri 
barəsində danışarkən burada yalnız əmlak, mülkiyyət və müəy-
yən mal nəzərə alınmır, eyni zamanda bu, müəyyən fərdi işlə-
rin görülməsi ilə bağlıdır. Əgər hər hansı bir şəxs peşə sahibi 
ilə razılaşıb, işi görəcəyi yerə gətirsə, lakin onu zəruri olan ma-
terialla təmin edə bilməsə, o, boş qalsa, iş görməsə belə haqqı 
ödənilməlidir. 


37 
Dünyada ən demokratik, ən bəyənilən prinsiplərdən he-
sab olunan müsəlman bölgü sistemi, əmlak və mülkiyyətlə bağ-
lı meydana gələn münasibətlərin konkretləşməsinə çox ciddi və 
düzgün təsir göstərir. 
Belə ki, əmlakın bölgüsü islamda vərəsəlik hüququ va-
sitəsilə çox dəqiq həyata keçirilir. Bu, bir tərəfdən əmlakın 
hərəkətə gətirilməsi ilə, digər tərəfdən onunla bağlı olanların 
hamısının mənafeyinin qorunması, eləcə də ondan faydalı isti-
fadə olunması ilə əlaqədardır. Burada hüquqi və iqtisadi müna-
sibətlər qovuşaraq mənəvi, əxlaqi və sosial münasibətlərin inki-
şaf etməsinə səbəb olur. 
Məlumdur ki, islam dünyasında torpaq və ondan isti-
fadə məsələsinə olduqca zəruri, toxunulmaz və müqəddəs bir 
nemət kimi baxılır. Bir tərəfdən torpaq, yalnız Ulu Yaradanın 
mülkiyyəti kimi qəbul edilir, digər tərəfdən ona təsərrüfat ob-
yekti kimi sahibolma prinsipləri müəyyənləşdirilir. Şübhəsiz ki
mütləq mənada torpaq Allahındır. Lakin istifadəsinə, sahib ol-
masına, sərəncan verməsinə görə torpaq nisbi mənada mül-
kiyyət obyektinə çevrilir. 
İslamda torpaqla bağlı fikirlər qeyd olunmuşdur. Ümu-
miyyətlə, müxtəlif səbəblərdən asılı olmayaraq torpağı becər-
məyən, suvarmayan, yararlı hala salmayan, icarə verməyənlər 
son dərəcədə pislənirlər. Bu çox vacib ºərtdir ki, torpaq sahəsi 
mülkiyyət formasından asılı olmayaraq mütləq istifadə olunma-
lıdır. Hər şəraitdə o, yararlı vəziyyətə salınmalıdır. Belə şərait-
də ilkin olaraq torpaqdan hamının ehtiyacının ödənilməsi pro-
sesi baş verir, digər tərəfdən, faydalı fəaliyyət göstərilməsi im-
kanı yaranır, eləcə də məhsuldar istifadə olunması zəruriləşir. 
İslamda mənfəət əldə etməyin mühüm mənbəyinin tica-
rətdə olduğu qeyd olunur. Lakin şəriət əldə ediləcək mənfəəti 
elə tənzimləyir ki, başqasının payı havayı mənimsənilməsin. 
Alqı-satqı zamanı mənfəətin əldə olunmasına çağıran islam, 
iqtisadiyyatın çevikliyinə əsas verən iki mühüm şərti formalaş-
dırmışdır: birincisi, azad sahibkarlığı, ikincisi, xüsusi mül-


38 
kiyyəti. Ona görə də islamda ticarət iqtisadi fəaliyyətin mühüm 
sahəsi olmaqla yanaşı, eyni zamanda davranış qaydalarını 
müəyyən edən sfera kimi diqqəti cəlb etməlidir. 
İslamda birmənalı olaraq faizin alınması və verilməsi 
Qurani-Kərimdə göstərilən ayələrə uyğun qadağalar edilmişdir. 
"Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) 
etmişdir..." .
5
"Allah sələmi məhv edər, sədəqələri isə artırar" 
(2. Əl-Bəqərə surəsi, ayə 2.76). Çünki mənfəət o halda mə-
nimsənilə bilər ki, onun əldə olunmasında mübadilə və istehsal 
prosesi baş vermişdir.
İslam bank sistemi bu və ya digər layihənin reallaşması 
üçün faizsiz kreditləşməsini həyata keçirir. Bununla yanaşı, xa-
rici ticarət əməliyyatlarını maliyyələşdirməklə əldə olunan 
mənfəətdə iştirak edir. İstər faizsiz kreditləşmənin, istərsə də 
mənfəətdə iştirakda əldə olunan pay əməliyyatların sonunda
müəyyənləşdirilir. Beləliklə, o əvvəlcədən müəyyən edimiş 
faizdən, ribadan, sələmdən tam uzaqlaşa bilir. 
İslam dünyasında iqtisadiyyatın tənzimlənməsinin xüsu-
si üsullarından biri vergi sisteminin tətbiqidir. İslamda vergi 
sisteminin formalaşması prosesi Qurani Kərimdə göstərilən 
ayələr və Peyğəmbərin (s.a.s.) əmrləri əsasında getmişdir. 
İslam dünyasında tətbiq olunan vergi formalarının 
sayında fərq olsa da, lakin onların bir ümumi hüquqi bazası və 
işlək mexanizmi mövcuddur. Bu da şəriətdir ki, onun əsasında 
verginin tətbiq olunma üsulları, vergiyə cəlb olunan əhalinin 
qrup və təsnifatı, alınacaq verginin məbləği, miqyası və müd-
dəti müəyyən edilir. 
Şəriət vergiyə cəlb olunmasının aşağıdakı formalarını 
müəyyən etmişdir: 
1.Xüms - əldə olunan qənimət və ya qazancın, eləcə də 
ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi. 
2.Zəkat - halik həddi və vaxtı müəyyən olunmuş malın 
qırxda bir və ya 2.5 hissəsi. 
5
Bax: M.X.Meybullayev. İslam iqtisadiyyatı. Bakı, 2001, səh.188.


39 
3.Zəkatəl - orucluğun başa çatması ilə ehtiyacını ödə-
yənlərin hər birinə 3 kq. buğdaya, xurmaya, qarğıdalıya və s. 
bərabər tutulan məbləğ (fitrə). 
4.Cizyə - müsəlman dövlətlərində yaşayan qeyri-müsəl-
manlardan alınan çan vergisi. 
5. Xərac və üşr - torpaq vergisi, müəyyən edilmiş hədd 
əsasında məhsulun onda bir hissəsi.
6
Müasir dövrün ən ciddi problemlərindən biri məşğullu-
ğun təmin olunmasıdır. Bu problem islam ölkələri üçün daha 
aktualdır. İslam mənəviyyatı bir tərəfdən bütün insanların çalış-
masını, səy göstərməsini, işləməsini təkidlə tələb edir, çünki iş-
sizliyin artmasını mənəvi dəyərlərin itirilməsinin əsas səbəbi 
kimi dəyərləndirir. 
Yoxsulluğun istər mikro, istərsə də makro səviyyədə 
aradan qaldırılması eyni mahiyyət daşımadığından ona müxtə-
lif səpkilərdə yanaşmaq lazımdır. Belə ki, islam iqtisadiyyatın-
da yoxsulluğun aradan qaldırılmasının əsas istiqaməti möhkəm 
təməlli ailənin qurulması çərçivəsində təsərrüfatçılığın aparıl-
ması ilə müəyyənləşdirilir. Ailə-ev təsərrüfatı faydalı davranış 
qaydalarının özəyində durur, xüsusi mülkiyyəti möhkəmləndi-
rir. Xüsusi mülkiyyətin həddi və hüdudu, eləcə də mənəvi də-
yərlərin mənimsənilməsi səviyyəsindən asılı olaraq formalaşan 
islam ailəsi ilk öncə ev təsərrüfatının səmərəsini əsas meyar 
götürməlidir. 
İslamda yoxsulluğun aradan qaldırılmasının mühüm is-
tiqamətlərindən biri də qənaətçilik və israfçılığa yol vermə-
məkdir. İslamda israfçılığa yol vermək xoşa gəlməyən hal kimi 
qiymətləndirilir. Fəaliyyətin hansı sahəsində olursa olsun, israf-
çılığa yol vermək birmənalı olaraq ömür-günü boş, hədər və 
faydasız yerə sərf etmək kimi bir şeydir. İsrafçılığa istər şəxsi, 
istərsə də dövlət işlərində son qoymağa dəyərli və əhəmiyyətli 
iş kimi baxılır. 
6
Bax: M.X.Meybullayev. İslam iqtisadiyyatı. Bakı, 2001, səh. 201.


40 
İslam iqtisadiyyatının məqsədi mənəvi dəyərlər əsasın-
da cəmiyyət üzvlərinin ehtiyacını ödəyən məhsul və xidmətlər 
istehsalı və bölgüsünü həyata keçirməkdən ibarət olduğundan, 
iqtisadiyyat "səmərəli tələb" prinsipi ilə deyil, "ehtiyacların 
səmərəli ödənilməsi" prinsipi əsasında qurulur. Burada bütün 
əmək qabiliyyətli əhalinin faydalı məşğuliyyətinin təmin 
olunması vacib istiqamət kimi nəzərdə tutulur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin