Varron, Böyük Katon,
Kolumella, Seneka
və s.-nin fikirləri Qədim Yunan iqtisadçı-
larının fikirlərinin davamı idi. Burada hər şey köləliyin zəruri-
liyi ilə əsaslandırılır, lakin bu fikirlərdə artıq quldarlığın tə-
nəzzülü və dağılması əks olunur. Bu iqtisadçılar arasında
köləliliyi daha çox tənqid edən və yazmış olduğu əsərlərlə bu-
nun qarşısını almağa çalışan Seneka olmuşdur.
İqtisadi həyatın müxtəlif cəhətlərini əks etdirən iqtisadi
fikirlərə nəinki dünyəvi şəxsiyyətlərin yaradıcılığında, həm-
çinin müxtəlif dini kitablarda da rast gəlmək mümkündür.
17
Xristianlığın əsas dini kitabı olan İncildə dövrün əsas
istehsal sahəsi olan kənd təsərrüfatı ilə əlaqədar olan fikirlər
daha çoxdur. "Az əkən az da bicəcək, çox əkən isə çox da bi-
çəcək", "Ədalətli qiymət prinsipi", məhsulların fərdi deyil,
sosial qiymətləndirilməsi, mülkiyyət, sərvət, bir çox başqa
iqtisadi problemlərə xristian alimləri (Foma Akvinski, Uilyam
Okkam) tərəfindən bu və ya digər dərəcədə toxunulmuşdur.
İqtisad elminin bərqərar olması ilə bağlı olan məktəblər:
Merkantalizm, Fiziokratlar, Klassik siyasi iqtisad, Sosialist -
Utopistlər, Marksizm və Marjinalizmdir.
Merkantilizm cərəyanı
XV-XVIII əsrlərdə Qərbi
Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas
cərəyanı olmuşdur. Merkantilizm sözü italyan sözü olub tacir,
ticarət deməkdir. Merkantilizm cərəyanının mahiyyəti əsasən
əmtəə və pul tədavül dairəsini, sərvətin pul formasını və onun
artırılması yollarını təhlil və tədqiq etməkdən ibarətdir. Nüma-
yəndələri:
Antuan Monkretyen
(1575-1621),
Tomas Man
(1571-1641),
Vilyam Staffo
r (1554-1612),
Qaspar Skaruffi
(1519-1584) və s.
Merkantilist cərəyanı iki istiqamətdə formalaşmışdı:
1) Erkən merkantilizm (XV-XVI əsr); 2) İnkişaf etmiş merkan-
tilizm (XVII-XVIII əsr). Erkən merkantilizmin əsasında ixrac
olunan əmtəələrə maksimum yüksək qiymət qoymaq, əmtəə-
lərin idxalını məhdudlaşdırmaq, qızıl və gümüşün ölkədən
çıxarılmasına yol verməmək, pul balansı sistemi, pul sərvətinin
yalnız qanunvericilik yolu ilə artırılması dayanırdı. İnkişaf et-
miş merkantilizmin əsasında isə aktiv ticarət balansı, nisbətən
aşağı qiymətlə xarici bazarı cəlb etmək, ölkədə aktiv ticarət ba-
lansını saxlamaqla əmtəələrin (zinət əşyalarından başqa) ixra-
cına imkan verməmək, ixracın nisbətən üstünlüyü vasitəsilə
ölkəyə pul toplamaq və pulun miqdar nəzəriyyəsi dayanırdı.
Antuan Monkretyen 1615-ci ildə Fransa kralı XIII Lüdo-
viqə həsr etdiyi "Siyasi iqtisad" traktatı adı ilə məşhurdur. Bu
18
əsərdə ilk dəfə olaraq siyasi iqtisad terminindən istifadə
edilmişdir.
Dostları ilə paylaş: |