ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Adolf Vaq-
ner
fəhlələrin istismarını, pis yaşamasının səbəbini xalis gəlirin 
düzgün bölüşdürülməməsində görürdü, bunu cüzi islahatlar 
yolu ilə aradan qaldırmağı tövsiyə edirdi. 
Əgər köhnə tarixi məktəb sosializmi rədd edərək açıq 
surətdə kapitalizmi müdafiə edirdisə, yeni tarixi məktəb 
kapitalizmin yeni müdafiəsini nəzərdə tuturdu.
Yeni tarixi məktəbin metodologiyasının xarakterik cəhəti 
tarixilik idi. Onlar siyasi iqtisadı xalq təsərrüfatı tarixi ilə əvəz 
etməyə çağırırdılar. Bu məktəbin başqa bir nimayəndəsi
K.Büxer
xalq təsərrüfatı tarixini üç dövrə bölürdü: I dövr ev 
təsərrüfatı və ya natural təsərrüfat dövrüdür, burada məhsullar 
ancaq istehlak dəyəri üçün istifadə edilir. II dövr şəhər 
təsərrüfatı dövrüdür, burada məhsulun bir hissəsi mübadilə 
dəyəri kimi çıxış edir. III dövrdə istehsalçı məlum olmayan 
bazar üçün istehsal edir, burada məhsulların əksəriyyəti 
mübadilə dəyəri kimi istifadə olunur. Göstərilən dövrlər 
arasında fərqlər istehsalçı ilə istehlakçı arasında məsafə ilə 
fərqlənir.
Yeni tarixi məktəbin metodologiyasının xüsusiyyətləri 
ondan ibarətdir ki, tədqiqatın abstrakt metodundan, elmi iqtisa-
di təhlilin imkanlarından, tarixi materialların ümumiləş-
dirilməsini inkar edərək empirizmi təbliğ edirlər.
İqtisad elminin predmetini konkret tarixi materiallarının 
axtarışında görür, iqtisadi hadisələrin təhlilinə idealist 
mövqedən yanaşaraq cəmiyyətin inkişafı tarixinə insanların 
psixologiyası və etikası nöqteyi-nəzərindən baxırdılar. 
Yeni tarixi məktəbin xüsusi yer tutan nümayəndələrindən 
biri də 
Verner Zombartdır
. Zombart "XIX əsr sosializm və 
sosial hərəkat", "Müasir kapitalizm", "Təsərrüfat həyatının 
quruluşu" əsərlərində Şmoller məktəbinin davamçısı kimi 
özünü göstərmişdir.
V.Zombartın metodologiyası özünəməxsus dualizmlə 
xarakterizə olunur ki, onun da mahiyyəti - hər bir ayrıca prob-


185 
lemin tədqiqatının empirik və nəzəri hissələrinin bölgüsündən 
ibarətdir. Verner Zombart öz alimlik karyerasını 1890-cı ildə 
marksist kimi başlamış və 1930-cu illərdə kapitalizmin peyda 
olunmasına həsr olunmuş 7 kitab yazaraq onu nasist kimi başa 
vurmuşdur. "Sosializm və sosial hərəkat" əsərində marksizmi 
sosial iqtisadi realizm kimi qələmə vermişdi. İctimai elmlərdə 
Marksın yaratdığı əsaslı dönüş Zombartın fikrincə, öz ifadəsini 
təkamül ideyasının irəli sürülməsində tapmışdı. Bununla 
marksizmdən inqilabi məzmunu çıxarmağa can atmışdı. O, 
göstərirdi ki, kapitalizm dinc yolla əmələ gəlmişdir və cəmiy-
yət yeni bir cəmiyyətlə tədricən və inqilabsız əvəz edilməlidir. 
Burada o kapitalizmin inqilabi yolla sosializmlə əvəz edilməsi 
haqqında marksizm təlimini inkar etmişdir. 
V.Zombart mütəşəkkil və planlı kapitalizm haqqında 
danışaraq göstərirdi ki, bank kapitalizmin təmərküzləşməsi, 
kartel və trestlərin inkişafı kapitalizmin sabitliyinə səbəb olur, 
kapitalist təsərrüfatının planlaşdırılmasına imkan yaradır. Kapi-
talizmi planauyğun bir təsərrüfat kimi qələmə verib, bu cəmiy-
yətdə ifrat istehsal böhranlarının labüdlüyünü və yoxsullaşmanı 
inkar edirdi. İnhisarın hökmranlığı ilə istehsal hərcmərcliyi, 
rəqabət, iqtisadi böhranların aradan qaldırıldığını söyləyirdi. 
V.Zombart eyni zamanda K.Marksın ictimai iqtisadi 
formasiyalar haqqındakı təliminə qarşı çıxmışdır. O göstərirdi 
ki, hökm sürən təsərrüfat formalarının sayı və meydana gələn 
yeni təsərrüfat formaları cəmiyyətin inkişaf səviyyəsindən asılı 
olaraq artır və köhnə təsərrüfat formaları ilə bir sırada fəa-
liyyət göstərir. 
V.Zombart 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin