ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Karl 
Rodbertus
olmuşdur. O, öz iqtisadi fikirlərini dövlət təsərrüfat 
quruculuğunun dərk edilməsinə dair – 
"Sosial məktub"
əsə-
rində şərh etmişdir. K.Rodbertus A.Smit və D.Rikardonu dərin 
mənimsəmiş və onlardan bir sıra elmi müddəalar götürmüşdür. 
Əmək məsrəfinin yüksək olması fəhlənin yaşayışı üçün zəruri 
olan vasitələrdən əlavə daha çox istehlak nemətləri istifadə et-
məsinə gətirib çıxarır. O zaman bu artıqlıq rentaya çevrilir, yə-
ni əgər torpaq və kapital üzərində xüsusi mülkiyyət mövcud-
dursa, əmək sərf etmədən başqa adamlar tərəfindən mənimsə-
nilə bilər. Başqa sözlə, torpaq və kapital üzərində xüsusi mül-
kiyyət renta əldə etməyin əsasıdır. O, mənfəət və torpaq renta-
sını fəhlələrin haqqı ödənilməmiş əməyinin məhsulu hesab 
edirdi. K.Rodbertus öz "rentasını" kapitalizmdə izafi məhsulun 
ən ümumi forması kimi şərh etmişdir. O, işçi qüvvəsinin alınıb 
satılmasının xüsusi təbiətini izah etməmişdir. Öz əsərlərində 
K.Rodbertus fəhlə sinfinin vəziyyətinin pisləşməsi meylini 
görür və kapitalistlərin əmək məhsuldarlığının artması hesabına 
alınan məhsulların müəyyən hissəsini fəhlə sinfinə verməyə 
çağırırdı. O, belə hesab edirdi ki, belə bir şəraitdə əməklə 
torpaq və kapital üzərində mülkiyyət arasında kompromis əldə 
edilə bilər. 


183 
XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmış siyasi 
iqtisad məktəblərindən biri də Almanıyanın yeni tarixi məktə-
bidir. Köhnə tarixi məktəbin yerinə meydana gələn yeni tarixi 
məktəb cəmiyyətin obyektiv iqtisadi inkişaf qanunlarını və 
marksizmi inkar edirdilər. Yeni tarixi məktəbin başçısı 
Qustav 
Şmoller
marksizmdən imtina edərək onu köhnəlmiş hesab edir. 
Yeni tarixi məktəbə görə siniflər əbədi və dəyişilməzdir. 
Bu məktəbin başlıca nümayəndələrindən biri olan Berlin 
universitetinin professoru Q.Şmoller "XIX əsrdə Almaniyada 
xırda sənətkar istehsalının tarixi", "Xalq təsərrüfatı haqqında 
elm və onun metodları" və digər əsərlərində Prussiya monarxi-
yasının sinfi xarakteri ideyasını müdafiə edirdi. Siyasi iqtisadı 
əxlaq prinsipləri ilə şərh etməyə çalışaraq belə hesab edirdi: 
yalnız o şeyi elm hesab etmək olar ki, o xalq təsərrüfatı inkişa-
fının təbii tarixi səbəblərini aydın etsin. O yazırdı: siyasi iqtisad 
xalq təsərrüfatı hadisələrini təsvir edən elmdir, bu elm xalq 
təsərrüfatının əlaqə və səbəblərini müəyyən edir. Siyasi iqtisad 
və xalq təsərrüfatını vahid tam kimi başa düşmək lazımdır. 
Xalq təsərrüfatı haqqında öz elmini milli əsaslar üzərində 
qurmağa çalışırdı. O xalq təsərrüfatını yalnız o yerdə görürdü 
ki, o yerlərin adamları milli tərkibinə və dininə görə eyni, vahid 
təsərrüfat quruluşuna malik olsun. 
Yeni tarixi məktəbin görkəmli nümayəndələrindən biri 
Münxen universitetinin professoru
L.Brentano
"Müasir fəhlə 
ideyaları", "Əmək haqqının və iş vaxtının əmək məhsuldar-
lığına nisbəti", "Aqrar siyasət" əsərlərində fəhlə sinfinin 
vəziyyətini kökündən yaxşılaşdırmağı və sinfi bərabərsizliyin 
ləğvi ideyasını müdafiə edirdi. L.Brentano sübut etmək istə-
yirdi ki, həmkarlar ittifaqlarının təşkili və fabrik qanunveri-
ciliyi fəhlələri istismardan və hüquqsuz vəziyyətdən azad edə 
bilər. O, fəhlələrlə sahibkarlar arasında ziddiyyətli və müba-
hisəli məsələlərin mübarizə yolu ilə deyil, yalnız müqavilə və 
danışıqlar yolu ilə həll edilməsinin mümkün olduğunu irəli 
sürürdü. 


184 
Yeni tarixi məktəbin Avstriya nümayəndəsi 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin