ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

tin xidmətləri 
2.
 
 İlkin alman tarixi məktəbinin nümayəndələrinin 
iqtisadi fikirləri 
3. K.Rodbertusun iqtisadi konsepsiyası 
4. Yeni alman tarixi məktəbinin iqtisadi fikirləri 
5. Alman tarixi məktəblərində iqtisadi və sosial amil-
lərin vəhdətliyi problemləri 
 
Almaniyada kapitalist istehsalı XIX əsrin 40-60-cı illə-
rində inkişaf etmişdir. Kapitalizmin inkişafının Prussiya yolu, 
feodalizmin qalıqları, alman sənayesinin geri qalması, gömrük 
müdafiəsinin lazımlılığı, ölkənin siyasi cəhətdən parçalanma-
sının aradan qaldırılmasının zəruriliyi alman siyasi iqtisad 
məktəbinin iqtisadi görüşlərinin formalaşmasına öz təsirini 
göstərirdi. 
Alman tarixi məktəbinin nümayəndəsi 
Fridlix List 
(1789-1846) “Siyasi iqtisadın milli sistemi” adlı əsərində İngil-
tərənin dünya sənayesində ağalıq etməsinə qarşı çıxır və özünü 
Almaniyanın milli birliyinin carçısı adlandırırdı. O geridə qal-
mış ölkədə iqtisadi siyasətə dair kəskin məsələlər irəli sürürdü. 
Bu əsər Almaniyanın iqtisadi inkişafı və ticarət siyasəti prob-
lemləri ətrafında gedən mübahisələrdə mühüm rol oynamış və 
alman iqtisadi fikrinə ciddi təsir göstərmişdir. 
Milli iqtisadiyyat nəzəriyyəsi özünün ilk sistemli tədqiqi-
ni F.Listin "Siyasi iqtisadın milli sistemi" əsərində tapmışdır. 
Bildiyimiz kimi, tarixi məktəbin nümayəndələrinin nəzəri təd-
qiqatları daha çox klassik təlimin inkarına söykənirdi.
17
F.List 
siyasi iqtisadın klassik məktəbinin daha sərt tənqidçilərindən 
biri idi. O, Adam Smiti və onun tərəfdarlarını "kosmopolitik 
17
M.A.Əhmədov. Qloballaşma və milli iqtisadiyyatın formalaşması. Bakı, 
2003, səh.18. 


179 
məktəb" adlandıraraq iddia edirdi ki, ümumi azad ticarət 
sadəcə ideyadır. Ona yalnız uzaq gələcəkdə nail olmaq olar. 
F.Listə görə, Almaniyanın inkişafı və birləşməsi səna-
yenin inkişaf etdirilməsindədir. Alman sənayesi isə yüksək 
idxal gömrük haqqıının və ticarət siyasətinin digər vasitələri-
nin köməyi ilə güclü xarici rəqabətdən müdafiə olunmağa 
ehtiyac hiss edirdi. O deyirdi ki, indiki zamanda hər bir millət 
öz istehsalçılarının inkişafını idxal rüsumları və hətta tamamilə 
qadağalarla müdafiə etməlidir. Yalnız bu cür vasitələri istifadə 
etməklə Almaniya, Rusiya, ABŞ və Britaniya kimi ölkələrlə 
rəqabət apara biləcək sənaye effektivliyinə nail ola bilər. 
F.List təsdiq edirdi ki, müxtəlif millətlər müxtəlif inkişaf 
səviyyəsinə malikdir. Ayrı-ayrı ölkələrin iqtisadiyyatı öz qa-
nunlarına uyğun inkişaf edir. Buna görə də hər bir ölkə üçün 
milli iqtisadiyyat xarakterikdir. Bu iqtisadiyyatın vəzifəsi isə 
millətin məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şərait 
yaratmaqdır. Bununla o siyasi iqtisadı faktiki olaraq iqtisadi si-
yasətlə əvəz edir. Nəzəriyyənin əsasında isə dövlətin iqtisadiy-
yata müdaxiləsi formasında gömrük rüsumlarının tətbiqi şə-
raitində inkişafa nail olmaq dururdu. 
F.List eyni zamanda iqtisadi inkişafın mərhələləri haq-
qında təlim yaradaraq onu 5 mərhələyə: vəhşilik, maldarlıq, 
əkinçilik, manufaktura, əkinçilik-ticarət mərhələsinə bölür.
Məhsuldar qüvvələr nəzəriyyəsinə görə, millətin vəziy-
yəti sərvətin və ya mübadilə dəyərinin miqdarından deyil, 
məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, fabrik, zavod 
sənayesinin inkişafından asılıdır. Listə görə, məhsuldar qüv-
vələr ictimai şəraitin elə bir məcmusudur ki, bu şəraitsiz mil-
lətin sərvəti də ola bilməz. List milli sənayenin inkişafını xarici 
rəqabətdən hələ müstəqillik əldə edənə və xaricilərlə bərabər 
səviyyədə rəqabət apara bilənə qədər müdafiə edən dövlət 
tədbirləri sisteminin köməyi ilə sürətləndirməyi təklif edirdi. 
Ticarət azadlığının həyata keçirilməsini o əsas millətlərin 


180 
hamısının təxminən eyni inkişaf səviyyəsində olacağı, kifayət 
qədər qeyri - müəyyən bir gələcəyədək təxirə salırdı. 
F.List alman siyasi iqtisad məktəbinə güclü təsir göstər-
mişdir. Bu təsir aşağıdakılardan ibarətdir: 
1.Listin ardınca "Alman tarixi məktəbi" siyasi iqtisadı
milli təsərrüfat haqqında elm kimi nəzərdən keçirirdi. Həmin 
dövrdə milli ruh, milli xarakter alman tarixi məktəbinə xas 
olan bir cəhət idi. 
2. Onlar klassik məktəbə və onun davamçılarına tənqidi 
yanaşırdılar. 
3. Bu tarixçilər ölkənin iqtisadi inkişaf mərhələləri kon-
sepsiyasına əsaslanırdılar. 
F.List Almaniyada sağlam milli iqtisadiyyatı yaratmaq 
ideyasın strateji əhəmiyyətli bir proqram kimi irəli sürürdü. 
Məşhur Alman iqtisadiyyatının, sağlam milli iqtisadiyyat kate-
qoriyasının şərhini o dövrün bir çox iqtisadçı alimləri (H. Keri, 
U.St.Mill) bəyənirlər. Almaniyanın birinci imper Kansleri bu 
konsepsiya ilə maraqlanır, bəyənir və Almaniyada milli iqtisa-
diyyat modeli yaradaraq, ondan istifadə edilməsinə göstəriş ve-
rir. Bundan sonra Almaniyada müstəqil iqtisadiyyatın təşəkkü-
lü sahəsində xüsusi dönüş yaranır. Vaxtı ilə Rusiya imperiyası-
nın maliyyə naziri S.Y.Vitte bu alman iqtisadçısının yaratmış 
olduğu milli iqtisadiyyat konsepsiyasını bəyənmiş və onu mü-
dafiə etmişdir. 
XIX əsrin 40-cı illərində Almaniyada ilkin tarixi məktəbin 
nümayəndələri Vilhelm Roşer (1817-1894), Bruno Hildebrand 
(1817-1878) və Karl Knis (1821-1898) olmuşlar. 
Bu tarixi məktəb siyasi iqtisadda abstraksiya meto-
dundan, ictimai inkişafın ən ümumi obyektiv qanunlarının dərk 
edilməsindən imtina edir, milli xüsusiyyətləri mütləq prinsip 
səviyyəsinə qaldırırdı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin