Sxem 14.1.
“Ictimai” hüquq
Əldə edilən, mədəniyyət
tərəfindən verilən qaydalar
Hökumətinfəaliyyətini
məhdudlaşdıran
qaydalar
Dövlətin daxili
təşkilinin qaydaları
Daxili təşkilati
qaydalar
Xarici davranış
qaydaları
Qeyri-dövlət təşki-
latları üçün
qaydalar
Fərdi davranış
qaydaları
“Xüsusi” hüquq
Formal sosial qaydalar (qanun
tərəfindən qəbul edilən, hüquqi
baxımdan tətbiq olunan qaydalar)
Sosial qaydalar
Qeyri-formal sosial qayda-
lar (adətlər, ənənələr və s.
Şəxsi qaydalar
İrsi, genetik keçən
qaydalar
Davranış qaydaları
283
Göstərdiyimiz sxem ilə müqayisədə real həyat daha zən-
gindir. Çünki qaydalar dinamikdir, onlar daima meydana gəlir,
aradan çıxır və nəticədə məhv olur. Eyni zamanda, qaydalar
durğunluq şəraitində də olmur. Məsələn, qeyri-formal sosial
qaydalar hüquqda formallaşır və təsbit olunur (bərkidilir),
sanksiyalar vasitəsilə təsbitolunmayan formal qaydalar qeyri-
normal transformasiyalarda təsbitləşir və s.
Qaydaları pozanlar üçün cəza sistemləri nəzərdə tutulur.
Lakin "cəzaların dilemması" meydana çıxır: qanuna riayət edən
belə bir ictimai neməti cəmiyyətdə "antinemət" kimi istehsal
etmək cəzası tətbiq etmək lazım gəlir. Cəza vermək xərcləri iki
elementi özündə əks etdirir: qaydaları pozanların aşkar edilmə-
si və qaydaları pozanların cəza xərcləri. Bir çox alimlər, o cüm-
lədən C.Byukenen qanunu pozanlar üçün çəkilən xərcləri
"antinemət" kimi götürür.
Qeyd edək ki, cəza həmişə axırda verilir. Əslində cəza
qabaqcadan verilməlidir. Məlumdur ki, heç bir cəza yol verilən
qəzanı ödəmir. Lakin C.Byukenenin fikrincə, cəza hökmən
tətbiq edilməlidir. Cəzanın tətbiq edilməsi gələcəkdə ola bilə-
cək qəzaların qarşısını ala bilər. Bu məqsədlə səmərəli siyasi
rejim tətbiq edilməlidir ki, hüquq müdafiə sistemi orqanlarının
təsiri güclü olsun. Göstərdiyimiz ideya sosial bazar təsərrüfat-
larının yaradılması üçün çıxış nöqtəsi kimi qəbul edilə bilər.
Qeyd edək ki, Alman iqtisadi məktəbinin "Qaydalar nəzə-
riyyəsi" və Amerika neoinstitusional iqtisadiyyat cərəyanları
mövcuddur. Onların ümumi cəhətləri vardır.
Sosial bazar təsərrüfatı konsepsiyası ölkədə olan hərc-
mərclik əsasında formalaşmışdı. Bu zaman köhnə "mərkəzi
idarəetmə təsərrüfatı" dağılırdı, "mübadilə təsərrüfatı" hərc-
mərcliyi və "qara bazarı" inkişaf etdirirdi. Almaniya öz ərazisi-
nin yarısını itirmişdi. Ölkəni ayağa qaldırmaq üçün yeni qayda-
ların tətbiq olunması zəruri idi. Belə ki, keçən əsrin 30-40-cı
illərində "yeni qaydalar nəzəriyyəsi" işlənib hazırlandı və bu
284
da Almaniyada sosial bazar təsərrüfatının inkişafının
metodoloji əsasını təşkil etdi.
ABŞ-da isə keçən əsrin 60-cı illərində neoinstitusional iq-
tisadiyyatı və "kütləvi istehlak cəmiyyəti" yaranmışdı. Bu za-
man Amerikanın bir qrup utopik konservativ iqtisadçı alimləri
praktiki olaraq C.M.Keynsin tənzimləmə nəzəriyyəsinə qarşı
çıxırdılar. Akademik nümayəndələr qrupu isə bazar təsərrüfatı-
nı tənqid edən fundamental ideyalar formalaşdırmışdılar, yəni
bazar təsərrüfatının oyun qaydalarını yaratmışdılar. Bu akade-
mik nümayəndələr qrupu tələb edirdilər ki, bu oyun qaydaları
Konstitusiya vasitəsilə təsbit olunsun. Neoinstitusional nəzə-
riyyənin müdafiəçiləri iddia edirdi ki, əgər bu oyun qaydaları
reallaşarsa onda cəmiyyət bürokratiyanın təsirindən, "kütləvi
surətdə siyasi renta" axtaranlardan azad olacaqdır.
Hər iki nəzəriyyənin paradoksal səslənsə də, dərin kökləri
vardır. Bu nəzəriyyələrə görə dövlət birbaşa iqtisadiyyatı tən-
zimləməməlidir. Dövlət iqtisadiyyata dolayı yolla, institusional
struktur vasitəsilə nüfuz etməlidir. Mahiyyət etibarilə bu
nəzəriyyələr liberal xarakter daşıyır. Bu isə ənənəvi liberalizm
olmayıb yeni liberalizmdir. Neoklassiklərdən fərqli olaraq
neoliberallar mikromodelin son kəmiyyətinə deyil, müvazinətli
modelə üstünlük verirdilər. İnstitusionalistlər müvazinətliliyin
üstünlüyü şərtini kəmiyyət tərəfindən deyil, keyfiyyət tərəfin-
dən şərh edirlər. Yeni nəzəriyyə klassik leberalizmin ənənələri-
ni davam etdirir. Bununla belə onlar fərdi azadlığı və xüsusi
mülkiyyəti müdafiə edirlər. Lakin XVIII-XIX əsrin klassik
liberalizmindən fərqli olaraq yeni liberallar dövlətin iqtisadiy-
yata nüfuz etməsinin tərəfdarları idilər. Bu problemə onlar
C.Keynsdən fərqli olaraq başqa don geyindirirdilər. Yeni nəzə-
riyyəçilərə görə, dövlət ekspansionistcəsinə "effektiv tələb" ya-
ratmalı deyildi. Onların fikrincə, elə bir institusionalist mexa-
nizm yaranmalıdır ki, bu mexanizm rəqabəti və mənfəətin artı-
rılmasını stimullaşdırsın. Bu prinsipin həyata keçirilməsi üçün
ciddi hüququ normalar müəyyən edilməlidir, bu hüququ nor-
285
malar təsərrüfatın inhisarçılığını məhdudlaşdırmalıdır, "düzgün
olmayan rəqabəti" aradan qaldırmalıdır.
"Qaydalar nəzəriyyəsi" və neoinstitusionalizm iqtisadiy-
yatı elə bir təlimdir ki, onların tədqiqat obyektinə insan, onun
azadlığı, sosial müdafiəsi, iqtisadi baxımdan səmərəli olan,
daxili stimullar əsasında dayanaqlı inkişaf edən cəmiyyət
daxildir.
Belə bir cəhəti də qeyd edək ki, hər iki nəzəriyyə çalışır
ki, dövlətin bazara olan təsiri azalsın. Qorxulu cəhət ondan iba-
rətdir ki, dövlətə söykənərək oyun qaydalarını və onlara
nəzarəti cəmiyyətə "bağlamasınlar". Keçid dövründə ənənəvi
institutlar dəyişdirilir, onların əvəzinə yeni oyun qaydaları
yaranır, dövlətin rolu isə getdikcə güclənir. Keçid iqtisadiyyatı
şəraitində neoinstitusionalistlər "bazar qaydalarını minimum
siyasiləşdirmək" istəyir və bu prosesi həmin dövrdə həyata
keçiriləcək islahatların əsas şərti hesab edirlər.
Hər bir elm öz spesifikliyinə uyğun olaraq müəyyən sahə-
lərə tətbiq edilir və bunun da hədləri mövcuddur. Məlumdur ki,
insanlar öz tələbatlarını ödəmək məqsədilə məhdud resurs-
lardan, yəni seçim üsulundan istifadə edirlər. Bu o deməkdir ki,
insanlar seçim üsulundan istifadə edərkən müxtəlif hadisələrlə
üzləşir və bu hadisələrin hansı xarakterdə olacağını qabaqcadan
müəyyən edirlər. Lakin iqtisadi nəzəriyyə elminin məqsədi
ondan ibarətdir ki, fərdlərin özlərini seçim üsulundan istifadə
edərkən necə aparacaqlarını, onların hansı hadisələrlə qarşılaşa
biləcəklərini bu və ya başqa mənada elmə uyğun olaraq şərh
edə bilsin. Seçimin mövzusu, onun həyata keçirilməsinin xarici
mühiti, seçimin həyata keçirilə biləcək tarixi dövrlər xüsusi
əhəmiyyət kəsb etmir. Bu məqsədlə qeyd edə bilərik ki,
neoklassiklərin analitik modeli öz sabitliyini saxlayır. Digər
tərəfdən klassik iqtisadi nəzəriyyənin universallığını şübhə
altına alanlar da var. Məsələn, C.M.Keyns belə bir fikir irəli
sürürdü ki, klassik nəzəriyyənin tətbiqi ümumi hallar üçün
özünü doğrultmur. Bu nəzəriyyə xüsusi hallar üçün daha əda-
286
lətlidir. Klassik nəzəriyyə tam məşğulluq şəraiti üçün faydalıdır
və bazar münasibətləri resursların tam məşğulluğundan uzaq-
laşdıqca öz əhəmiyyətini itirir.
Seçim prosesi zamanı fərd istəyir ki, neoklassik model
tam informasiyaya malik olsun. Buna avtomatik nail olunurmu
və ya bu həmişə həyata keçirilirmi? Neoklassik nəzəriyyə
postulatlarının birində göstərilir ki, bazarın vəziyyəti haqqında
olan bütün informasiyalar qiymətdə cəmlənmişdir, müvazinətli
qiymətlər haqqında informasiyaya malik olan hər bir fərd öz
mənafeyi çərçivəsində mübadiləyə (sövdələşməyə) daxil olur.
L.Valrasın fikrincə məcmu tələb və məcmu təklif haqqında
alınan informasiya əsasında bazarda mövcud olan hərraclar alı-
cılardan və satıcılardan "sifarişlər" qəbul edirlər. Lakin XX
əsrin 30-cu illərində görkəmli polyak alimi Oskar Lange bazar
sosializmi modelində yazırdı ki, hərracın funksiyasını ən yaxşı
halda planlı orqanlar, mərkəzləşdirilmiş plan təşkilatları yerinə
yetirə bilər. Oskar Langenin irəli sürdüyü fikrin mənası ondan
ibarət idi ki, o planlı orqanların mövcud olmasını neoklassik
bazar modelinin fəaliyyəti ilə əlaqələndirirdi.
Mərkəzləşdirilmiş sosialist qiymətqoymasının alternativ
lokal xarakterli bazar modeli ola bilər. Bir qrup şəxslər tərə-
findən sövdələşmə məhdudlaşarsa və ya müəyyən ərazi tam
informasiya ilə təmin olunursa, o zaman sövdələşmə haqqında
planlaşma və bazarda olan sövdələşmə haqqında tam infor-
masiya ola bilər.
Lokal bazara misal olaraq orta əsrlərdəki yarmarkaları
göstərmək olar. İştirak edənlərin dairəsi və onların məhdud
miqdarı bütün satıcılara bazarda olan hadisələr haqqında, bu
hadisələrin dəyişməsi barədə inandırıcı informasiyalar verirlər.
Sövdələşmə haqqında satıcılar belə informasiyaya malik deyil-
lərsə, onların şəxsiyyəti, adları, şöhrətləri bir-birini aldatmağa
yol vermir. Müasir birjalar və ayrı-ayrı bazarlar lokal bazarlar
əsasında fəaliyyət göstərir. Belə bazarlarda sövdələşmələr
dünya bazarı və milli bazarlar əsasında həyata keçirilir. Lakin
287
iştirak edənlərin sayı məhduddur. Bazarda söhbət satıcıların
birliyindən gedir. Həmin satıcılar öz şəxsi adlarına (reputasiya)
əsaslanırlar. Yuxarıda qeyd etdiklərimizi cəmləşdirərək aşağı-
dakı nəticəyə gələ bilərik: informasiyanın tamlığına o zaman
nail olmaq olar ki, qiymətlərin mərkəzləşdirilmiş qaydada mey-
dana gəlməsi və ya lokal bazar mövcud olsun.
Dostları ilə paylaş: |