ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


İnstitusional nəzəriyyə: "köhnə" və "yeni"



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə191/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 
 İnstitusional nəzəriyyə: "köhnə" və "yeni" 
institusionalizm 
Qeyd olunan məhdudiyyəti nəzərə almaqla bazar mo-
delini yeni hazırlayan nəzəriyyə institusionalizm oldu. Adından 
məlum olduğu kimi, bu nəzəriyyənin təhlil mərkəzində "in-
sanlar tərəfindən" yaradılan və strukturlaşan siyasi, iqtisadi və 
sosial məzmun daşıyan qarşılıqlı fəaliyyət dayanır. Hər şeydən 
əvvəl, institusionalist nəzəriyyənin müddəalarının müzaki-


292 
rəsinə keçməmişdən əvvəl biz meyarları müəyyən etməliyik, 
neoklassik yanaşma ilə müqayisədə bu müddəaların genişliyini 
göstərməliyik. Bu müddəalar həqiqətən yenidirlərmi və ya mo-
difikasiyaya uğramışdır ya da neoklassiklərin ekspansiya yolu 
ilə institusionalizmin problemlərinə daxil olmuş anlayışlarıdır? 
İmre Lakatoşun epistomoloji təhlilinə əsaslanan nəzəriy-
yəsinə nəzər salaq (bax: şəkil 14.1). 
“müdafiə örtüyü”
“sərt özək” 
Şəkil 14.1. 
İmre Lakatoşun fikrincə, hər hansı bir nəzəriyyə iki ünsü-
rü özündə birləşdirir: "sərt özək" və "müdafiə örtüyü". Bu epis-
tomoloji (idrak nəzəriyyəsi) dərk etməyə görə "sərt özək" nəzə-
riyyəsini təsdiq edincə bu nəzəriyyə modifikasiyaya uğrama-
malıdır və nəzəriyyə inkişaf etdikcə o dəqiqləşdirilməməlidir. 
Onlar tədqiqatın paradiqmalarını təşkil edirlər, eyni zamanda 
bu prosesdən heç bir tədqiqatçı imtina etməməlidir. 
Nəzəriyyələr inkişaf etdikcə "müdafiə örtüyü" təhsisə mə-
ruz qalır. Nəzəriyyə də tənqidə məruz qalır. Çünki nəzəriyyə-
nin predmetinə yeni ünsür daxil edilir. Bütün bunlar “müdafiə
özəyinin” dəyişməsinə təsir edir. 


293 
Neoklassiklərin irəli sürdükləri "sərt özəyi" aşağıdakı 
şərtlər təşkil edir ki, bunlarsız neoklassiklərin heç bir modelini 
tərtib etmək olmaz: 
1)
Bazarda həmişə müvazinətlik mövcuddur. V. Pareto 
optimumu isə üst-üstə düşür (Valras modeli– Erron-Debre); 
2)
Fərdlər səmərəli seçim edirlər (səmərəli seçim 
modeli); 
3)
Fərdlərin nəyə üstünlük vermələri sabitdir və ekzotik 
xarakter daşıyır, yəni onlara xarici amillər təsir etmirlər. 
Neoklassiklərin də "müdafiə örtüyü" üç amilə əsaslanır: 
1)
Resurslar üzərində xüsusi mülkiyyət bazarda müda-
fiəni həyata keçirmək üçün mütləq ilkin şərtdir; 
2)
İnformasiya əldə etmək üçün xərclər yoxdur, fərdlər 
sövdələşmə haqqında olan bütün informasiyalara malikdirlər; 
3)
İqtisadi müqavilə faydalılığın azalması prinsipi əsa-
sında müəyyən olunur. Lakin burada qarşılıqlı fəaliyyətdə olan 
iştirakçılar arasında resursların ilkin bölgüsü nəzərə alınır. Mü-
dafiə həyata keçirilən zaman xərclər nəzərə alınmır, lakin xərc-
lərin elə formaları vardır ki, onlar nəzərə alınır. Bu xərclərə is-
tehsal xərcləri daxildir. 
İnstitusional iqtisadiyyatın özünün yaranması səbəbləri 
vardır. Səbəbsiz nəticə olmadığı kimi institusionalizmin də 
meydana gəlməsinin kökləri vardır. Bu baxımdan tədqiqatçılar 
institusionalizmin yaranmasını ağaca bənzədirlər. Buna insti-
tusionalizm "ağacı" da deyilir. Mənbələrdə göstərilir ki, institu-
sionalizm iki kökdən bitmiş ağaca bənzəyir. Bu iki kökdən 
bitən ağacın şaxələri olduğu üçün onu "köhnə institusionalizm"
və neoklassik istiqamət adlandırırlar. 


294 
Bu iki inkişaf istiqamətini aşağıdakı sxem kimi izah 
edirlər (bax: sxem 14.2.): 
ictimai seçim
transsaksion xərclər 
optimal müqavilələr 
nəzəriyyəsi nəzəriyyəsi nəzəriyyəsi
yeni iqtisadi 
mülkiyyət hüququ 
konstitusiya
tarix 
nəzəriyyəsi 
iqtisadiyyatı 
neoinstituanal
iqtisadiyyat
razılıq yeni institusional
iqtisadiyyatı 
iqtisadiyyat 
“köhnə institualizm” neoklassik nəzəriyyə 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin