(C.Helbreyt, D.Böll,
O.Toffler)
,
T.Veblenin
texnokratik nəzəriyyəsi;
C.Kom-
monsun
iqtisadi hüquq nəzəriyyəsi; iqtisadi dinamika, o
cümlədən ictimai və xüsusi təşkilatların fəaliyyəti kontekstində
pul tədavülünün və təsərrüfat tsiklinin tətbiqi məsələləri üzrə
U.Mitçellin
tədqiqatları; hazırda üçüncü dünya ölkələrinin (hər
şeydən əvvəl, Cənubi Asiya ölkələrinin) ən fundamental inkişaf
nəzəriyyəsi olan
Q.Mürdalın
iqtisadi gerilik nəzəriyyəsi və s.
Amerika institusionalizmi F.Ruzveltin “Yeni kursu”nun
ideya zəminini hazırlamışdı.
U. Miçell, C.Kommons, A.Berli,
Q.Mins və R.Taqvell
Ruzvelt hökumətini fəal dəstəkləmişdi-
lər.
İnstitusionalizm formal olaraq ənənəvi institusionalist
konsepsiyaları ilə əlaqədar deyildir, lakin mahiyyətcə ənənəvi
institusionalizmin və neoklassik iqtisadi nəzəriyyələrin bir sıra
ideyalarının sintezidir.
Neoinstitusionalizmə, hər şeydən əvvəl, mülkiyyət hüqu-
qu nəzəriyyəsini
(R.Kouz, A.Alçian, Q.Demsets, R.Pozner)
,
ictimai seçim nəzəriyyəsini
(K.Errou, C.Byukenen, Q.Tallok,
M.Olson)
, yeni iqtisadi tarixi
(D.Nort)
, agentlər nəzəriyyəsini
(T.Stiqlits)
, təşkilatların transaksiya nəzəriyyəsini
(O.Uilyam-
son)
aid etmək olar. Yeni institusionalizmə yeni klassik iqtisadi
nəzəriyyə, müasir iqtisadi fikrin magistral cərəyanları aiddir.
Ənənəvi və yeni institusionalizm arasında üç fundamental fərq
vardır.
İlk növbədə, “köhnə” institusionalistlər (o cümlədən
C.Kommons özünün “Kapitalizmin hüquqi əsasları” əsərində)
hüquq və siyasətdən iqtisadiyyata doğru irəliləyərək, müasir
iqtisadi nəzəriyyənin problemlərini cəmiyyət haqqında olan
digər elmlərin metodları vasitəsilə həll etməyə çalışırdılar. Ye-
ni institusionalistlər isə, əksinə politalogiya, hüquq və sair icti-
277
mai elmlərin problemlərini neoklassik iqtisadi nəzəriyənin me-
todları, ilk növbədə, müasir mikroiqtisadiyatın apparatının və
oyunlar nəzəriyyəsinin tətbiqi vasitəsilə tədqiq edirdilər.
İkincisi, “köhnə” institusionalizm əsasən induksiya meto-
duna əsaslanaraq, xüsusidən ümumiyə doğru fəaliyyət göstə-
rirdi ki, bu da son nəticədə, ümumi institusional nəzəriyənin
formalaşmasına imkan vermədi. Burada institutlar ümumi nə-
zəriyyə olmadan təhlil olunurdular, halbuki ənənəvi neoklas-
sitizm institutlarsız bir nəzəriyyəyə söykənirdi. Müasir institu-
sionalizmdə vəziyyət köklü surətdə dəyişdirilmiş və artıq bura-
da deduksiya metoduna üstünlük verilərək hadisələrin mahiy-
yətini ümumidən xüsusiyə doğru təhlil edirlər. Bununla da ins-
titutların vahid nəzəriyyə əsasında təhlilinə cəhd göstərilmişdir.
Üçüncüsü, “köhnə” institusionalizm radikal iqtisadi fik-
rin bir cərəyanı kimi, əsasən diqqətini fərdin maraqlarının
qorunması üzrə kollektiv fəaliyyətə (ilk növbədə, Həmkarlar
İttifaqları və hökumət) yönəldirdilər, neoinstitusionalizm isə
hər bir fərdin özünü diqqət mərkəzində saxlayırdı.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, həm “köhnə”,
həm dəm yeni institusional nəzəriyyələrin strukturu çox
mürəkkəbdir.
Demək olar ki, istər “köhnə”, istərsə də yeni institusiona-
lizmdə bu günədək dualizm hökm sürür. Hər iki istiqamət, ya
neoklassik nəzəriyyənin əsasında, ya da onun əhəmiyyətli təsiri
altında formalaşmışdır.
Neoinstitusionalistlər öz inkişafında ekonomiks istiqa-
mətini əsas götürmüş və nəticə etibarilə, onların nəzəriyyəsi
iqtisadi imperializm adlanmağa başlamışdır. Digər ictimai elm-
lərin - hüquq, sosiologiya, psixologiya, siyasət və s. mahiyyəti-
nə vararaq bu məktəb mikroiqtisadi təhlil metodlarından istifa-
də etmişdilər. Onlar çalışırdılar ki, müxtəlif iqtisadi münasibət-
ləri səmərəli düşünə bilən "iqtisadi adam" mövqeyindən şərh
etsinlər. Məhz buna görə də neoinstitusionalistlər insanlar
arasında olan münasibətlərə qarşılıqlı xeyirli mübadilə baxı-
278
mından yanaşırdılar. Belə yanaşmanı müqaviləli paradiqma
20
da adlandırırlar.
Bu paradiqma, həm xaricdən (institusional mühit), həm
də daxildən, yəni təşkilatların əsasında duran münasibətlərlə
reallaşa bilər. Bu istiqamət çərçivəsində mülkiyyət hüququ
nəzəriyyəsi iqtisadiyyatın xüsusi sektorunda iqtisadi təşkilat-
ların fəaliyyətinin institusional mühitini, ictimai seçim nəzə-
riyyəsi isə həmin təşkilatların və fərdlərin ictimai sektordakı
fəaliyyətlərinin institusional mühitini araşdırır.
Neoinstitusionalistlər ənənəvi neoklassiklərin ideyaları-
nı həm genişləndirirdilər, həm də bu ideyaları modifikasiya
edirdilər. Bəzən elə olurdu ki, institusionalistlər ənənəvi neo-
klassik kateqoriyaları leksikondan çıxarırdılar. Məsələn, onlar
tam səmərəlilik, mütləq informasiyalaşma, təkmil rəqabət, qiy-
mət mexanizmi vasitəsilə müvazinətliyin bərqərar olması və s.
aksiomlardan imtina edirdilər. İnstitusional iqtisadiyyatın ikinci
istiqaməti "köhnə" institusionalizmin ideyalarına əsaslanırdı.
İnstitusional iqtisadiyyatın (neoinstitusionalizm) neoklas-
sik paradiqmaları öz tədqiqatlarını da dərinləşdirir və genişlən-
dirirdilər. Onlar öz ideyalarını ailə münasibətləri, etika, siyasi
həyat, irqlərarası münasibətlər, cinayətkarlıq, cəmiyyətin tarixi
inkişafına tabeçilik formasında götürürdülər. İnstitusionalizmin
ikinci istiqaməti isə neoklassikləri sözün geniş mənasında inkar
edərək "institusional iqtisadiyyat" yaradırdılar.
İnstitusional iqtisadiyyatın nümayəndələri marjinalist və
müvazinətli metoddan imtina edirdilər və bunun əvəzində so-
sial-iqtisadi metoda üstünlük verirdilər. İnstitusional iqtisad-
çılar konvergensiya, postindustrial, postekoiqtisadi cəmiyyət,
qlobal iqtisadi problemlər konsepsiyasına diqqət vermirdilər.
İnstitusional iqtisadiyyat məktəbinin nümayəndələrinin
tədqiq etdiyi problemlər bazar münasibətləri çərçivəsindən kə-
nara çıxırdı. Məsələn, onlar yaradıcı əmək problemi, xüsusi
mülkiyyətin aradan qaldırılması, istismarın ləğv edilməsi və bu
20
Paradiqma-sözlərin hallara salınması və ya dəyişməsi formaları.
279
kimi problemləri öz tədqiqatlarına daxil etmirdilər. Göstər-
diyimiz istiqamət çərçivəsi daxilində bəzi problemlərin həlli öz
əksini Fransa iqtisadiyyatında "razılıq iqtisadiyyatı" şəklində
təzahür edirdi. Onlar neoinstitusional iqtisadiyyata yeniliklər
daxil etməklə "razılıq iqtisadiyyatına" yeni paradiqmalar gətir-
mək istəyirdilər. Belə paradiqmalarda, "razılıq iqtisadiyyatına"
görə "normalar" əsas rol oynayırdı. Bunun da əsasında konkret
paradiqmalar dayanır.
Kontrakt (müqavilə) paradiqmaların birinci istiqaməti
institusional mühüt - oyunları seçmə qaydaları: sosial, hüquqi
və siyasi cəhətlər, yəni daxili və xarici mühit, təşkilatın
əsasında dayanan münasibətlərdir. Bu istiqamət daxilində mül-
kiyyət hüququ nəzəriyyəsi institusional mühitin fəaliyyətini, iq-
tisadiyyatın xüsusi bölməsi olan iqtisadi təşkilatları, ictimai se-
çim nəzəriyyəsi isə fərdlərin institusional mühit səviyyəsindəki
rolunu öyrənir. Agentlər nəzəriyyəsini öyrənərkən ("prinsipial -
agent" qarşılıqlı münasibətləri) diqqət mərkəzində kontraktların
maddi ilkin şərtləri dayanır, transaksion xərclər nəzəriyyəsini
isə reallaşdırılmış razılaşdırmalar öyrənir ki, onlar da müxtəlif
idarəedici strukturlar yaradırlar. Bu nəzəriyyələr arasında olan
nisbi fərq müxtəlif alimlər tərəfindən neoinstitusionalizm baxı-
mından öyrənilir. Xüsusilə bu hal konkret istiqamətə aiddir,
yəni "hüquq və iqtisadiyyata", yeni iqtisadi tarixə və s.
Neoinstitusionalizm öz tədqiqatlarında insanın özünü
aparması "motivasiyasını" ön plana keçirirdi. Əgər neoklas-
siklərin nəzəriyyəsi nəticələrə istiqamətlənərək ev təsərrüfat-
larının faydalılığını, firmaların əldə edəcəyi mənfəəti, dövlətin,
xalqın rifah halının yaxşılaşdırılmasını öyrənirdisə, neoinstitu-
sionalizmin nümayəndələrini ilk növbədə, qərarların qəbul
olunması, onların şəraiti, şərtləri maraqlandırırdı. Bununla əla-
qədar olaraq cəmiyyətdə yaranmış normalar və qaydalar, qəbul
olunacaq qərarlar neoinstitusionalizmin tədqiqat obyektinə çev-
rilirdi. Əgər neoklassiklər transaksion xərclərdən imtina edib,
faktiki olaraq onları sıfıra bərabər götürürdülərsə, neoin-
280
stitusionalistlər isə transaksion xərcləri müsbət hal kimi qəbul
edirdilər. Əsas etibarilə neoklassiklər iqtisadi agentlərin qar-
şılıqlı təsirinin müvazinətli modelini öyrənirdilərsə, neoinsti-
tusionalistlər isə ilk diqqəti iqtisadi agentlərin daxili struk-
turuna verirdilər. Buraya onlar ev təsərrüfatını, firmaları və
dövləti aid edirdilər.
Heç də qəribə deyildir ki, ənənəvi neoklassik yanaş-
madan fərqli olaraq müasir neoinstitusionalistlər mülkiyyətin
formalaşmasından deyil, iqtisadi agentlərin daxili strukturun-
dan (ev təsərrüfatı, firma və dövlət) çıxış edirdilər.
Məhz buna görə də ənənəvi neoklassiklərdən fərqli ola-
raq müasir neoinstitusionalizm mühüm olan bir amildən çıxış
edirdi. İnstitusionalistlərin fikrincə mülkiyyət hüququnun for-
malaşması sosial qaydalara və normalara əsaslanır. Bununla
əlaqədar olaraq
Dostları ilə paylaş: |