ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə195/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Ronald Kouzdur.
O, 
özünün "Firmanın təbiəti" (1937) və "Sosial xərclər nəzəriy-
yəsi" (1960) əsərlərində neoinstitusionalistlər haqqında olan 
nəzəriyyəsini inkişaf etdirmişdir. Bu məqsədlə də o bu məktəb 


299 
üçün yeni bir proqram yaratmışdır ki, onun nəzəriyyəsi "mü-
dafiə örtüyü " ilə sıx surətdə əlaqədardır. 
Neoinstitusionalistlər aşağıdakı konseptual problemləri 
irəli sürürdülər: əvvəla, onlar ilk növbədə mülkiyyət forma-
larına və kontraktlar formasında həyata keçirilən mübadiləyə 
geniş spektrdə baxırdılar. Xüsusi mülkiyyət ilə bərabər, kollek-
tiv, dövlət, səhm formasında olan mülkiyyət formaları da təd-
qiq edilir, onların müqayisəli təhlili verilir və bazarda səmərəli 
sövdələşmə nəzərə alınır. Mülkiyyət hüququ və optimal kont-
rakt nəzəriyyəsinin tədqiqat proqramının məzmunu qeyd etdik-
lərimizdən ibarətdir. Mülkiyyət hüququ nəzəriyyəsi anlayışının 
nümayəndələri R.Kouz, R.Pozner, S.Peyoviç optimal kontrakt 
nəzəriyyəsinin nümayəndələri isə S.C.Stiqlits, Y.Maknili idilər. 
Məlumdur ki, dövlətin mülkiyyət hüququnu müdafiə 
etməsi məqsədilə ictimai seçim nəzəriyyəsi yaranmışdır. Bu 
nəzəriyyənin ən güclü nümayəndəsi 
C.Byukenen
və 
Q.Tallok-
dur
. İctimai seçim nəzəriyyəsindən konstitusiya iqtisadiyyatı 
(V.Vanber) törəmişdir. Konstitusiya iqtisadiyyatında neo-
klassik nəzəriyyə ilə ictimai seçim və qaydalar nəzəriyyəsinin 
ünsürləri kombinələşdirilir.
Nəhayət, problemin belə bir tərəfini də qeyd etməliyik 
ki, istehsal xərcləri və ya transformasion xərclərlə yanaşı, neo-
institusionalistlər transsaksion xərclərin olmasını da əsaslandır-
mışdırlar. Transsaksion xərclər dedikdə onlar mərkəzləşdi-
rilmiş xərcləri, yəni sövdələşmə zamanı meydana çıxan məs-
rəfləri nəzərdə tuturlar (R.Kouz, O.Uilyanson). Yeni iqtisadi 
tarix (D.Nort) transsaksion xərclər və mülkiyyət hüququ nəzə-
riyyəsinin öyrənilməsini təhlil etmək üçün meydana çıxmışdır.
T.Eqqertson D.Nortun yanaşmasına əsaslanaraq xərc-
lərin aşağıdakı növlərini ayırır: 
- informasiya axtarışı; 
- danışıqların aparılması; 
- kontraktların tərtib edilməsi; 
- monitorinq; 


300 
- kontraktların icrasına məcburetmə; 
- üçüncü şəxslərdən qoruma. 
Bir təsnifat da K.Dalmanın əsərində verilmişdir və sonra 
bir sıra rus müəllifləri, məsələn, R.Kapelyuşnikov tərəfindən 
istifadə edilmişdir. Bu təsnifatda transaksiya xərclərinin 
aşağıdakı növləri ayrılır: 
- informasiya axtarışı və alternativlərin aşkar edilməsi; 
- danışıqların aparılması və kontraktların bağlanması; 
- mülkiyyət hüquqlarının spesifikləşdirilməsi və müda-
fiəsi; 
- opportunist davranış. 
Gördüyümüz kimi, bu təsnifat Nort - Eqqertsonun təsni-
fatına yaxındır, amma onda bəzi xərc növləri (məsələn, danı-
şıqların aparılması və kontraktların bağlanması xərcləri) birləş-
dirilmişdir, əksinə, bəzi xərc növləri isə (məsələn, ölçülmə 
xərcləri ayrıca verilmişdir) bölünmüşdür.
22
Yeni institusional iqtisadiyyat neoklassiklərin "sərt özək-
lərində" baş verən dəyişiklikləri öyrənmək üçün dəyişkənliyə 
uğramışdır. Bu məqsədlə zərbəni Valrasın-Errounun-Debrenin 
oyunlar nəzəriyyəsindən başlamaq lazımdır. İnstitutlar nə-
zəriyyəsini oyunlar nəzəriyyəsinə daxil etmək olmaz, çünki 
oyunlar nəzəriyyəsi iqtisad elmində müstəqil bölmədir. 
Yeni institusional iqtisadiyyat modelinin dilini oyunlar 
nəzəriyyəsi formalaşdırmışdır. Oyunlar nəzəriyyəsi aşağıdakı 
şərtlər üzərində təşəkkül tapmışdır: a) bir neçə müvazinət nöq-
təsi mövcud ola bilər; b) müvazinətlik nöqtəsi hökmən deyil-
dir ki, Paretonun optimum nöqtəsi ilə üst-üstə düşsün; c) mü-
vazinətlik, ümumiyyətlə, mövcud olmaya da bilər. 
Səmərəli seçim modeli Q.Saymon tərəfindən sərt şəkildə 
tənqid edilmişdir. Onun nəzəriyyəsi olan tam olmayan səmə-
rəlilik informasiya xərclərini və koqnitiv məhdudluğu nəzərə 
22
Bax: İnstitusional iqtisadiyyat. Yeni institusional iqtisadi nəzəriyyə. 
Dərslik. Ə.P.Babayevin ümumi redaktəsi ilə rus dilindən Azərbaycan dilinə 
tərcümə olunub. Bakı, 2013, səh 105.


301 
alır. Q. Saymonun nəzəriyyəsində nəzərdə tutulur ki, sövdələş-
mə haqqında fərd istənlən informasiyanı toplaya bilər. Lakin o
toplanmış informasiyanı optimal surətdə emal edə bilməz. Q. 
Saymonun fikrincə ağıl, qabiliyyət, bacarıq informasiyanın 
emal edilməsi üçün nadir tapılan resursdur. Səmərəli seçim 
modelinin əsasında səmərəli seçim dayanır. Bununla belə 
koqnitiv məhdudiyyət uçotu tələb edir ki, optimallaşma 
prinsipinə yenidən baxılsın. O məqbulluq prinsipini dəyişir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin