306
üstünlük verilir. Başqa sözlə desək,
normalar və qaydalar o
zaman təzahür edirlər ki, fərdlər qarşılıqlı olaraq siyasi bazarda
fəaliyyət göstərsinlər. Buradan normaların aşağıdakı meyarı
təzahür edir: onların səmərəliliyi.
Normalar o zaman səmərəli olurlar ki, onda onlar fərdi
qiymətliliyə əsaslanır və fərdi maraqların qarşılıqlı faydalıq
əsasında reallaşdırılmasına səbəb olurlar. Siyasi qarşılıqlı fəa-
liyyətdə bazarın
müxtəlifliyini, normalarda isə əmtəələrin və
xidmətlərin analoji obyektini görmək ictimai seçim nəzəriyyəsi
üçün üç mərkəzi postulatın seçilməsinə imkan verir: metodoloji
individualizm, bazar seçimi modeli, mübadilə konsepsiyasının
siyasətə tətbiq edilməsi.
Qeyd edək ki, səmərəli seçim obyekti kimi bütün hüququ
normaların hamısı çıxış edir. Buraya
konstitusiyadan tutmuş
qanuni aktlar da daxil edilir.
Beləliklə, F. Xayekin demokratik modelinə nail olunur.
F.Xayekin demoqrafik modelinə görə dövlət quruluşu konstitu-
siyanın ardıcıl seçiminə, hökumətin verdiyi qanunlara və büro-
kratik aparatın daxili normalarının fəaliyyətinə əsaslanır. Lakin
burada çətinlik meydana çıxır. Yəni optimal normalar seçi-
lərkən ziddiyyətlərə rast gəlinir.
Səmərəli normalar razılığın, mübadilə edənlər arasında
konsensusun olmasını tələb edir. Burada söhbət həmrəy razılaş-
madan gedir. Demokratik çərçivələr daxilində reallaşdırılır.
Hökumət modelinin əsasında dayanan hüququ seçim nümayən-
dələri normaların səmərəsini aşağı salır. İş burasındadır ki,
seçicilər tərəfindən seçilmiş orqanların üzərində olan nəzarət
biletsizlərin vəziyyəti kimidir.
Bütün vətəndaşlar maraqlıdır ki, nəzarət olsun, lakin heç
kim maraqlı
deyil ki, informasiyanın yayılması və emal edil-
məsi üçün müəyyən xərclər olsun. Bu xərclər eyni zamanda nə-
zarətin olmasını da təsdiqləyir. Belə bir şəraitdə lobbizm mey-
dana gəlir. Bu zaman mənafelər cəmiyyətə deyil, ayrı-ayrı
307
qrupların təsirinə məruz qalaraq onların
mənafeyinə xidmət
edir.
Səmərəli normaların ardıcıl seçilməsi "axmaq sonsuz-
luqla" əlaqədardır. Məsələn, Konstitusyanı qəbul etmək üçün
qabaqcadan seçim təşkil edilir. Başqa cür desək razılığa nail
olmaq üçün irəlicədən konsensus təşkil etmək lazımdır.
Adi üsul üzrə normaların seçilməsi üstünlüyün
nəyə ve-
rilməsini üzə çıxarır, səsvermə isə paradoksla toqquşur. (Kon-
dors paradoksu, K.Errounun qeyri-mümkünlük nəzəriyyəsi).
Kollektivin nəyə üstünlük verməsini müəyyən etmək lazımdır.
Belə bir misala müraciət edək: üç fərd A, B, C üç norma
arasında seçim həyata keçirir - I,
II və III hər bir fərdin üs-
tünlük dərəcəsi normalar vasitəsilə matrisdə verilmişdir. I
nisbətən üstün normadır, III isə nisbətən aşağı: Bax cədvəl 1.
Dostları ilə paylaş: