Bu tip tikinti hal-hazırda iri və çox iri şəhərlərdə üstünlük təşkil edir.
Üstünlükləri: ərazi istifadəsinin yüksək intensivliyi, nəqliyyat, mühəndis kommunikasiyaları və abadlaşdıramaya sərf olunan xərclər minimallaşdırılır, nisbətən aşağı dəyərli mənzil (torpağın dəyəri və kommunikasiya xərcləri nəzərə alınmaqla).
Nöqsanları:xarici yaşayış mühitlə əlaqənin kifayət qədər olmaması; yaşayış ərazilərinin məhdud insolyasiyası; tikinti və istismar dəyərinin liftlərin quraşdırılması hesabına (10 mərtəbədən yuxarı tüstülənməyən pilləkən) artması.