Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması


Müxtəlif mərtəbəli tikinti



Yüklə 8,33 Mb.
səhifə50/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   43   44   45   46   47   48   49   50   51
Müxtəlif mərtəbəli tikinti

Üstünlükləri: yüksək sıxlıq, qənaət, müxtəlif tipli yaşayış binaları
Mövzu 10

Şəhərin mərkəzi

Ictimai mərkəzin funksiyaları və yerləşdirilməsi.

Şəhər mərkəzlərinin planlaşdırma təşkili

Kompakt, xətti, parçalanmış mərkəz. Ümumşəhər mərkəzinin məkan kompozisiyası. Ansambl anlayışı. Yeraltı məkanların mənimsənilməsi.

Şaquli zonalaşma.

Təyini: Şəhərin ictimai mərkəzi – şəhər, aqlomerasiya əhalisinin ictimai həyatının cəmləndiyi yerdir.

Şəhərin ictimai həyatı inzibati-işgüzar idarələr, mədəni-məişət xidməti obyektləri sisteminin formalaşması ilə bağlıdır. Mərkəzin ərazisi küçə-yol şəbəkəsinin yüksək sıxlığı ilə daha intensiv mənimsənilmişdir, burada funksiyaların ən rəngarəng və yüksək konsentrasiya dərəcəsi var (şək. 114).








Şək. 114. O. Manhetten, Nyu-Yorkun ictimai və işgüzar mərkəzi.
İctimai mərkəzlərin strukturu şəhərin böyüklüyündən , onun məskunlaşma sistemində rolundan və onun funksional-planlaşdırılma təşkilindən asılıdır (şək. 115). İri və cox iri şəhərlərdə, eləcə də parçalanmış strukturlu ümumşəhər mərkəzi olan şəhərlərdə, bir qayda olaraq, şəhər əhəmiyyətli yarımmərkəzlər əlavə olunur. Kiçik şəhərlərdə və kənd yaşayış yerlərində, bir qayda olaraq, gündəlik istifadə obyektləri ilə doldurulmuş vahid kompakt ictimai mərkəz formalaşır.




Şək.115.170 min əhalisi olan şəhərin mərkəzi.
Çox iri şəhərin mərkəzinin əsas xüsusiyyəti ondadır ki, o təkcə şəhərə deyil, bütöv aqlomerasiyaya xidmət edir, məskənlərarası xidmət funksiyasını yerinə yetirir və mərkəz şəhərə bitişik ərazilərin də əhalisi nəzərə alınmaqla təşkil edilir.

Şəhərlərdə ümumşəhər mərkəzini, planlaşdırılma rayonlarının (zonalarının), yaşayış və sənaye rayonlarının, istirahət zonasının mərkəzlərini , gündəlik istifadə ticarət-məişət mərkəzlərini, həmçinin ixtisaslaşmış mərkəzləri (tibb, təhsil, idman və s.) daxil edən sistemlər formalaşır (şək.116).







Şək. 116. Moskva şəhərinin ictimai mərkəzlər sistemi.
Funksional məzmununa görə ictimai mərkəzlər monofunksional və polifunksional olurlar:

  • Monofunksional (ixtisaslaşmış) – rekreasiya, idman, təhsil, müalicə- sağlamlıq, işgüzar və s.

  • Polifunksional (çoxfunksiyalı) – şəhərin ərazi vahidlərinə kompleks xidməti təmin edir. Ümumşəhər mərkəzləri, planlaşdırılma rayonları mərkəzləri, yaşayış rayonları mərkəzləri polifunksionaldır.

Mərkəzin planlaşdırılma təşkilinin əsas tələbləri



  1. Mərkəzin nəqliyyat əlaqəsi (şəhərin yaşayış ərazisi ilə rahat əlaqə).

  2. Mərkəz obyektlərinin ictimai nəqliyyat dayanacaqlarından piyada əlaqədə yetrləşdirilməsi (200m).

  3. Tpanzit nəqliyyatının, ən əvvəl yük nəqliyyatının mərkəzdən hərəkətinin istisnası.

  4. Bütün funksional zonaları və mərkəz elementlərini əlaqələndirən və piyada hərəkətinin fasiləsizliyini nəzərə alan piyada əlaqələri sisteminin təşkili (ikisəviyyəli keçidlər, piyada küçələri, meydanları və s.).

  5. Tikintinin ansambllığı, memarlıq-planlaşdırma inkişafının kompleksliyi və varisliyi.

Mərkəzin ərazisini ictimai binaların sahələri, piyada yolları, magistrallar, yaşıllıq əraziləri, meydanlar və dayanacaqlar formalaşdırır. Mərkəz ərazisinin 50%-ni açıq məkanların təşkil etməsi optimal sayılır. Bütövlükdə ictimai mərkəzin ərazisi idman qurğuları nəzərə alınmadıqda bir sakinə 3-5m2 təşkil edir.

Mərkəzi rayonların rekonstruksiyası zamanı piyada hərəkətinin təşkili və qarşılıqlı əlaqəli piyada məkanları sistemlərinin və yaşıllıqların formalaşması əsas məsələlərdir (prioritet). Piyada küçələrinin və ya hətta piyada zonalarının formalaşması bir çox tarixi şəhərlər üçün xarakterikdir (şək. 117-120).








Şək.117 Berlin Şək.118.Yekatrinburq Şək.119. Moskva




Şək.120. Novosibirskidə Lenin küç. Boyunca piyada məkanlarının təşkili,

konkurs layihəsi materialları, rəh. M.R.Kolpakova



Kompakt, xətti və parçalanmış (məkanda inkişaf etmiş) mərkəzləri ayırırlar.



Şək.121. Saliqaliç, 1781


Şək.122. Park-Forest, ABŞ






Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin