Məişət
əmək
Funksional zonalaşma prinsipi şəhərdə baş verən bütün rəngarəng prosesləri bir ümumi sxemə gətirməyi guman edirdi (şək. 77).
Istirahət
şək. 77
Hal-hazırda funksional zonalaşma prinsipi şəhərsalma qanunvericiliyində möhkəmləndirilmişdirvə şəhərsalma təcrübəsində tətbiq edilir.
Təyini: funksiyalar zonalar - ərazi planlaşdırılması sənədləri ilə sərhədləri və funksional təyinatı müəyyənləşdirilən zonalardır (şək. 78).
Əsas funksional zonalar
- yaşayış zonası (şəhərin 50%-dən çoxunu tutur, yaşayış zonasında yaşayış və ictimai-işgüzar zonaları ayırmaq olar);
- sənaye;
- anbar;
- kommunal;
- mühəndis və nəqliyyat infrastrukturu zonası;
- rekreasiya zonası
Şək. 78. əsas funksional zonaların ərazi-məkan inkişafı: A – sektor; B – paralel; C – iki yaşayış-istehsalat kompleksləri ilə; D – məskunlaşma yerlərinin qrup sistemində; 1 – istehsalat zonası; 2 – yaşayış zonası
XX əsrin sonunda funksional zonalaşma prinsipi şəhər daxilində qarşlıqlı münasibətlərin mürəkkəbliyini əks etdirmək bacarığının olmamasından bəzi mütəxəssislər tərəfindən tənqid edilir. Bu tənqid “əmək-məişət-istirahət” düstuunun elementar (bəsit) olmasına və eyni zamanda şəhərdə baş verən proseslərə: əmək balansının yerini dəyişməsi ilə, funksiyaların inteqrasiyası və yeni funksiyaların yaranması ilə, şəhərin şaquli istiqamətdə inkişafına (şaquli planlaşdırılma) və s. əsaslanırdı.
Şəhərin funksional modeli şəhər mərkəzindən məsafəni və ərazidə baş verən proseslərin intensivliyini nəzərə almır. Bu nöqsanların aradan qaldırılması üçün kəmər zonalaşması prinsipi (modeli) təklif edilir. Bu model şəhər inkişafına funksional baxışı tamamlayacaq.
Dostları ilə paylaş: |