Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması



Yüklə 8,33 Mb.
səhifə51/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   43   44   45   46   47   48   49   50   51
Kompakt mərkəz. Kiçik və orta şəhərlər üçün xarakterikdir. Kompakt mərkəzin ən sadə tipi – perimetr boyunca tikinti olan piyada meydanıdır.Kompakt meydanların ümumi xassəsi onların həcmi-məkan birliyi və mürəkkəb olmayan planlaşdırma təşkili (şək. 121, 122).

Xətti mərkəz. Bir qayda olaraq baş küçə və ya sahil (kurort şəhərlərində) boyunca formalaşir. Xətti mərkəz üçün ictimai funksiyaların ada şəklində yerləşdirilməsi xarakterikdir (şək.123, 124).

Şək.123. Kambernold,

Böyükbritaniya


Şək.124.Eruvil, Fransa









Parçalanmış mərkəz. İri və çox iri şəhərlər üçün xarakterikdir və qarşılıqlı əlaqəli mürəkkəb mərkəzlər sistemini təqdim edir. Mərkəzi, daha intensiv mənimsənilmiş sahələr demək olar ki, tamamilə inzibati-ictimai funksiyalarla məşğuldur. Periferiyaya doğru bu funksiyalar ayrı-ayrı yaşayış sahələrini saxlamaq şərti ilə nəqliyyat magistralları boyunca cəmlənir (şək.125, 126).






Şək.125. Mərkəzin inkişafı, İrkutsk (B.İ.Oqlı).




Şək.126. Novosibirskin mərkəz sistemi.




Bir çox iri şəhərlərin mərkəzləri özünün inkişaf prosesində kompakt sistemdən (baş meydan) xətti mərkəzə (baş küçə) və daha sonra məkanda inkişaf etmiş sistemə transformasiya olunmuşdur. Novosisbirskin ictimai mərkəzi yolu keçmişdir.

Şəhər mərkəzinin planlaşdırma təşkili regionun təbii-iqlim şəraitindən asılıdır. Bir çox şəhərlər bilavasitə çay yaxınlığında formalaşır.

Sərt iqlim şəraiti olan şəhərlərdə qış mövsümündə çay tərəfdən gələn soyuq küləklərdən qorunmaq üçün baş küçənin meydançalar sistemi ilə şəhər tikintisinin dərinliyində yerləşdirmək məqsədəuyğundur, həmçinin sahilboyunca yay mərkəzinin formalaşması da məqsədəuyğundur (şək. 127, 128)

Tarixi şəhərlərin mərkəzi rayonlarında tarixi-mədəni irs obyektləri, memarlıq abidələrinin böyük qismi cəmlənir. Bununla bağlı olaraq bir çox şəhərlərin mərkəz ərazisində şəhərsalma fəaliyyəti məhduddur, tarixi tikinti şəraitində rekonstruksiya isə kompleks-mühafizə tədbirlərinin aparılmasının zəruriliyi nəzərə alınaraq həyata keçirilir (şək. 129).

Şəhərsalmada tarixi tikintiyə iki fərqli münasibət yaranır:



  • Tikintinin qiymətli tarixi – mədəni mühit kimi tam qorunması. Bu halda konservasiya və muzeyfikasiya tətbiq olunur, istənilən şəhərsalma fəaliyyəti sərt şəkildə məhdudlaşdırılır. Belə yanaşma Avropanın bir çox tarixi şəhərlərində daha parlaq reallaşdırılır.

  • Mövcud tikintinin mədəni dəyərlərini nəzərə almamaq. Belə yanaşma zamanı mövcud tikintinin sökülməsi və yeni tikinti ya iqtisadi məqsədəuyğunluq (ABŞ-ın iri şəhər mərkzələri), ya da ideoloji məqsədlər (SSRİ şəhərlərində tarixi tikililərin sökülməsi) baxımından müəyyənləşir

Dünya və yerli təcrübədə işgüzar funksiyaların tarixi mərkəzdən kənara çıxarmaq, yeni işgüzar mərkəzin – “city” – nisbətən sərbəst ərazilərin yaradılması kimi planlaşdırılma üsulu mövcuddur. Parisdə “Defaus” iş rayonunu parlaq nümunə hesab etmək olar. XXI əsrin əvvəlində Moskva “city”-nin tiknitisi başlandı (şək. 130-133).

Çox iri şəhərdə mərkəzin məkan sisteminin əsas elementi şəhərin ərazicə geniş zonası – ümumşəhər mərkəzidir. Burada inzibati-işgüzar funksiyaların üstünlük təşkil etdiyi mərkəzin nüvəsi (özəyi) seçilir. Şəhərin əsas unikal obyektləri mərkəzdə cəmlənir.

Bir qayda olaraq şəhər mərkəzinin nüvəsi şəhərin baş meydanında memarlıq – şəhərsalma ansamblı təqdim edir (şək. 134-137).

Adətən istənilən məskunlaşma yerində baş meydan, baş küçə, daha əlamətdar və tanınmış yerlər seçilir, burada daha mühüm hadisələr baş verir, əhalinin ictimai həyatı cəmlənir.

Memarlıq-şəhəsalma ansamblı (təyini): binalar, mühəndis qurğuları və yaşıllıqlar daxil olmalqa harmonik məkan kompozisiyası birliyi. Ansambl çox hallarda müxtəlif tətbiqi incəsənət növlərini daxil edir (monumental və ya heykəltaraşlıq kompozisiyaları).

Ifadəli memarlıq-şəhərsalma ansamblının formalaşması üçün fəal şəkildə landşaft şəraiti: relyef, hidroqrafiya və s. istifadə olunur.

əhalinin davam edən konsentrasiyası şəraitində ərazi istifadəsinin intensivləşməsi baş verir, bu xüsusilə nəhəng şəhərlərin mərkəzi rayonları üçün xarakterikdir.

Şəhər məkanları şaquli inkişaf edir: yuxarı -- yüksəkliyə və aşağı -- yerin altına (şək. 143).

Şəhərsalmanın inkiaşfında perspektiv istiqamətlərdən biri – yeraltı məkanlardan istifadə etməkdir.

Ilk olaraq şəhərlərin yeraltı məaknları əsasən mühəndis kommunikasiyalarının çəkilməsi (su kəməri, kanalizasiya və s.) üçün istifadə olunurdu. Yeraltı urbanistikanın inkişafında mühüm təkan çox iri şəhərlərdə metropoliten tikintisi oldu. Yeraltında yeni nəqliyyat xətlərinin yerləşdirilməsi nəgəng şəhərlərdə nəqliyyat problemlərinin kəskinləşməsinə birinci cavab oldu.



XX əsrin başlanğıcında şəhərin gələcək inkişafı yollarının fəal axtarışı başladı, çoxlu sayda konseptual təkliflər meydana gəlir. Bu təkliflərdə yeraltı məkanların mənimsənilməsinə mühüm yer verilir (şək. 144-147). 1936-cı ildə “Podzemnıy mir” (“Yeraltı dünya”) adı altında jurnal yaradılır, 1937-ci ildə yeraltı urbanistikaya həsr olunmuş ilk keçirilir.
Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin