Mövzu 3.
Məskunlaşma sistemi və ərazi planlaşdırılması.
Məskunlaşma sistemlərinin təkamülü.
Məskunlaşmanın əsas tipləri və formaları.
Təyini: Məskunlaşma – insanların məskunlaşma prosesini və formalaşma nəticələrini müəyyən edir və cəmiyyətin təşkilinin maddi-məkan formasını ifadə edir. Bu terminin geniş anlamı (mənası) bütün miqyas səviyyələrində şəhərsalma fəaliyyətinin bütün aspektlərini (sahələrini) əhatə edir: ölkənin vahid məskunlaşma sisteminin, regional və yerli məskunlaşma sistemlərinin, şəhərlərin və qəsəbələrin formalaşmasını.
Ilk məskənlər 12-13 min il əvvəl meydana gəlmişdi və çox vaxt kənd təsərrüfatı xarakteri daşıyırdı. Onların inkişaf prosesi ekstensiv idi, yəni əhalinin artmasına görə həyata keçirdi, eramızdan 3 min il əvvəl ilk şəhərlər meydana gəldi. Qədim dünyanın tanınmış şəhərləri: Vavilon – 80 min nəfər, Afina – 300 min nəfər, Roma – 1 mln. nəfər. Şəhərin hər biri məskunlaşma arealının mərkəzidir (mərkəz-şəhərin siyasi və təsərrüfat təsirinin yayılma zonası).
Avropada feodal dövründə şəhərlər feodal qəsrini əhatə edən qəsəbələrin böyüməsi ilə, sənaye müəssisələrinin yanında və ya ticarət yarmarkasının əsasında formalaşırdı. Avropa üçün özününidarəetmə sistemi ilə “azad şəhərlərin” yaranması xarakterikdir.
Avropada kapitalizmin inkişaf dövrü iri şəhərlərin – sənaye mərkəzlərinin sürətli inkişafı ilə əlaqədardır. XIX əsrdə onlardan ən iriləri – London, Paris şəhərləridir. XIX əsrin sənaye inqilabı, bir qayda olaraq, çıxarma və emaledici sənayenin bazasında yüksək urbanizələşmiş ərazilərin meydana gəlməsinə səbəb oldu (şək. 8.9.). XIX-XX əsrlərin sərhəddində Avropada əhalisi 1 mln-dan çox olan 12 şəhər var idi.
Şək.8. Qərbi avropanın dəmiryollarının və sənaye rayonlarının sxemi, XIX əsrin sonu
Şək.9. Rur vilayəti, Almaniya, XIX əsrin sonu
Dostları ilə paylaş: |