Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 88,53 Kb.
səhifə5/39
tarix26.12.2016
ölçüsü88,53 Kb.
#3528
1   2   3   4   5   6   7   8   9   ...   39
I. Bölmə. Həyatı və yaradıcılığı.

Nəbi Ələkbər oğlu Babayev 1924-cü ilin dekabrın 10-da Bakının Xırdalan kəndində anadan olmuşdur. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan N.Xəzri 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, ordudan təxris olunduqdan sonra isə 1943-45-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda direktor vəzifəsində çalışır. O, 1945-47-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində, 1949-1952-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.

1952-ci ildə təhsilini başa vuran N.Xəzri 1957-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İtifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin sədri, 1971-74-cü illərdə isə Azərbaycan Mədəniyyət Nazirliyinin müavini vəzifəsində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə Sədrlik edən N.Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olur.

Altmış ildən artıq ədəbiyyata xidmət etmiş, şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Poezyamızın dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq N.Xəzri şeirlərinə bəstəkarların müracət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarlarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsinədə isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. N.Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi şöhrət qazandırmışdır.

N.Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətini xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

N. Xəzrinin ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirmişdi. O, bir sıra orden və medallarla, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə- “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

“İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq sənə and içirən”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və sairə kitabların müəllifidir.

N. Xəzri 2007-ci ilin yanvar ayının 15-də Bakı şəhərində vəfat etmişdir.


Yüklə 88,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin