İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr
I bölmə. Həyatı və yaradıcılığı.
Rəfiq Cəfər oğlu Xəndan 1939-cu il iyun ayının 16-da Bakıda dünyaya gəlmişdir.
Rəfiq Zəka Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi. İstedadlı şair, ədəbiyyatşünas alim və filosofun ilk şeir kitabı olan, “Çağlayan” 1962-ci ildə nəşr olunmuşdur. Kitabdakı şeirlərin böyük bir qismi və “Səni düşünürəm” poeması çox sevdiyi M.Müşfiqə həsr olunmuşdur.
“Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının, “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir.
R.Z.Xəndan ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və sinpoziumlarda iştirak edən şair demək olar ki, bu əlaqələrin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şairin Türkiyədə nəşr edilən “SİZE”, “Tanıtım” kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmiş, yaradıcılıqlarını işıqlandırmışdır.
Şairin Türkiyədə kitabları çap olunmuş, haqqında monoqrafiyalar nəşr edilmiş, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açmışdır.
R.Z.Xəndanın həm də bir alim kimi diqqət mərkəzində olmuş klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilmişdir.
Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirmişdir.Gözəl dramaturq olan R.Zəka, dünya klassik ədəbiyyat nümunələrini tərcümə etmişdir.
R.Z.Xəndan həm də nəğməkar-şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələmişlər.Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır. Heca və əruz vəznlərində əsərlər yaradan şairin əsərlərinin əsas mövzusu Türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd nəsihətdir.
Fəlsəfə üzrə doktor R.Z.Xəndan Azərbaycan Dövlət və İncəsənət Universitetinin (keçmiş Azərbaycan Dövlət və İncəsənət İnistitutu) professoru kimi pedaqoji fəaliyyət göstərmiş, universitetdə estetikadan mühazirələr oxumuşdur. 300 qədər kitabın müəllifidir.
Şair 1987-ci il ildə “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı Laureatı olmuşdur.
Rəfiq Zəka Xəndan 1999-cu il yanvar ayının 7-də vəfat etmişdir.
Dostları ilə paylaş: |