Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II.bölmə. H.Arif yaradıcılığının kitabxanalarda təbliği



Yüklə 88,53 Kb.
səhifə9/39
tarix26.12.2016
ölçüsü88,53 Kb.
#3528
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
II.bölmə. H.Arif yaradıcılığının kitabxanalarda təbliği.

Xalq şairi H.Arifin 90 illik yubileyi münasibətilə bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda yubiley tədbirləri hazırlanmalıdır. İlk növbədə “H. Arif-90”, “Saz nəfəsli, yaz nəfəsli” və sairə başlıqlarda sərgilər təşkil oluna bilər.Sərgidə H.Arifin irsini təbliğ edən şeirlərin toplusu, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto surətindən istifadə etmək olar. Bundan əlavə sərgidə yazıçının portreti, görkəmli şəxsiyyətini onun haqqında dedikləri sitatlar da ola bilər.Sərgini “Sazlı-sözlü ömrün işıqları” adı altında vermək olar:

Sərgidə veriləcək sitatlar:

1.Mən Hüseyni sevirəm . Ona görə ki, Hüseyn ənənənin üzərində yüksələn öz qəlbinin səsini dinləyən şairdir. O, köhnə ənənəvi şeir formalarında da bu günün duyğularını tərənnüm edir.

Xalq şairi Bəxtiyar Vahabzadə.

2.Hüseyn təkrar olunmaz sənətkardır. O, aşıq yaradıcılığını, el şairlərimizi, dastanlarımızı, bayatılarımızı demək olar ki, əzbər bilir. Yaddaşı xalq yaradıcılığının canlı ensiklopediyasıdır.

Xalq şairi Cabir Novruz

3. Bu günkü Azərbaycan şeirini-əsrimizin qəhrəmanlıq və rəşadət, məhəbbət və sədaqət salnaməsi adlandırsaq, onun neçə-neçə gözəl səhifəsinin mənsub olduğu nəslin adından şəxsən özü yazmışdır.

Xalq şairi Nəbi Xəzri

Kitabxanada keçirilən maraqlı tədbirin biri də icmaldır. “Meşədə xoruz banı” əsərinin qısa icmalını təqdim edirik. Kitabxanaçı icmala bu sözlərlə başlaya bilər. Uşaqlar bu əsər bitkin novellanı xatırladır. Şairin lirik qəhrəmanları meşədə azır, hər tərəf dumana, çiskinə bürünmüşdür. Göz gözü görməyən. İnsan izindən, insan nəfəsindən əsər-əlamət yoxdur. Birdən xoruz səsi eşidilir, ürəklərdə ümüd qığılcımı yavaş-yavaş alovlanır. Deməli, şəhərə az qalıb. Lakin xoruz hara, meşə dərinliyi hara? O, bir də banlayır. Lakin qəhrəman üzünü səs gələn tərəfə çevirir. Bu dəm meşə gözətçisi qarşıya çıxır. Deməli, xoruz meşəbəyinindir. Onlar meşəbəyinin dəvəti ilə komaya gəlir, yorğun olduqlarından yatırlar, şəhər oyanırlar. Birdən xoruzun qazanda qaynadığını görürlər. Meşəbəyi səhər, tezdən xoruzu qonaqlar üçün kəsmişdir. Şair bu yerdə deyir:

“Dincəlib komada, oyandıq səhər

Nə gördük?

qazanda qaynayır xoruz,

Qonağa beləmi hörmət edərlər?

Susdu bələdçiniz, getdi dostunuz.

Başqa məna vardı onun səsində,

O, bizə bu gecə nələr etmədi?

Ömründə ilk dəfə dost süfrəsində

Mənim böğazımdan çörək getmədi...

Kitabxanaçı şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə də keçirilə bilər. Ədəbi-bədii gecəni “H.Arifin poeziya ləçəkləri” başlığı altında keçirmək olar.


“Hüseyn Arifin poeziya ləçəkləri”

(Ədəbi-bədii gecə)

I aparıcı: Mən dünyadan gedər oldum

Qalanlara salam olsun! - sətirlərindən bir çox uşaq şeirlərini, poemalarını, yüzlərlə gözəl mahnıların müəllifi H.Arifin 90 illiyi münasibətilə toplaşan bütün qonaqları və tədbir iştirakçılarını salamlayırıq!

II aparıcı: Şifahi və yazılı ədəbiyyatımızın zəngin qaynaqlarına söykənən H.Arif poeziyasında coşub-çağlayan bir sazın simlərindən qopub gələn həm həzin, hən şaqraq xalq musiqisi, torpağın yaz çağındakı ətri, çəmən-çiçək təravəti, zirvə məğrurluğu var. Buna görə də onun şeirləri canlıdır, misralarının çoxu aforizm kimi səslənir, dillərdə zərb-məsəl kimi dolaşır:

Ömür deyir:-

qocalmışam,

Ürək deyir –

yaşa hələ...

Həyatı anlayanda,

Həyatdan gedir insan.

Kimsədən təşəkkür gözləməyən şair ən böyük arxasının xalq, vətən olduğunu söyləyirdi:

Eşqin də vətəndir,

andım da vətən,

Könlümün həvəsi

başqa həvəsdir.

Kimsədən təşəkkür

gözləmirəm mən,

Mənə öz xalqımın

alqışı bəsdir.

I aparıcı: Şair adlı sözlərlə böyük bir dünya yaradırdı. Həyatı, zamanın, insanın cövhərindəki fəlsəfi qatı açırdı. O, filosofluq etməyə çalışırmırdı. Dediyi fikirlər fəlsəfi mahiyyət kəsb edirdi:

Ömür asn deyil, gün asan deyil,

Vicdan susan deyil, qəlb susan deyil,

Ay Hüseyn Arif, tək insan deyil,

Daş da daş eynini gəzir həyatda.

II aparıcı: H.Hüseynzadənin poetik istedadlı, poetik qüdrəti təbiət mövzusunda daha parlaq şəkildə meydana çıxır. Təbiətin rəngarəng valehedici gözəlliyini məhz şairanə bir ruhla təsvir edir, bu gerçəkliyə fəlsəfi estetik məna verir.

Vətən torpağıdır yaranışından əbədi ünvanı vurğun könlümün vəyaxud:

Qoşqar vüqarımdır, Kəpəz qüdrətin,

Gözümdən Göy gölün şəkli itməsin.

Kürün sahilində sözüm-söhbətim,

Milin sinəsində izim itməsin.

I aparıcı: Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevər, əzizləyərdi. “Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, “Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edin: “A Yonca, a yovşan, bircə gün sizi unutsam, bilin ki, unudulmuşam”. Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseyinin qəlbini qürurla doldurur, onun riqqətə gətirir, daim özünə çəkir:

Gəl çıxaq seyrinə uca dadğların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

İlpar olan yerdə dolça nə lazım,

Nə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var...

II aparıcı: Bildiyiniz kimi H.Arif öz şeirlərində vətənə, sevgiyə böyük yer ayırdığı kimi uşaqları da unutmamışdır. Şair uşaqları çox sevmiş, onlara rəğbət bəsləmiş və bir çox şeirlərini məhz bu balaca fidanlara həsr edilmişdir. “Gözəl bahar”, “Kəpənəyim”, “Bahar nəğməsi” buna misaldır.

(Səhnəyə əlvan çiçək, meyvə, quş geyimlərində kiçik yaşlı uşaqlar çıxır. “Gözəl bahar” şeirini söyləyirlər)

Uşaqlar bir yerdə:

Deyir dərə, təpə düz,

Gecikmə tez gəl, bahar!

Yolundadır gözümüz.

Bahar, ay gözəl bahar!

Bənövşə:

Baharda kol dibindən

Boylanan səhər-səhər

Uzansın yaşıl çəmən

Hüdudsuz göylər qədər.

Alça ağacı:

Ruhum oxşansın yenə

Ağ çiçəyi alçanın.

Bir də dalaq seyrinə

Əlvan bağın, bağçanın.

Quşlar:

Qoy vaxtsız saralmasın

Yarpağı bir ağacın,

Yuvası boş qalmasın

Qırqovulun, turacın.

Uşaqlar bir yerdə:

Sonsuzdur diləyimiz

Dayanma, tez gəl bahar!

Yarışa çıxmışıq biz.

Bahar, ay gözəl bahar!

II aparıcı: H.Arif bilirdi ki, ömür ömürlərə calanıb. Xalqın ömrü elə öz ömrü deməkdir. Xalqımızı, dilimizi, varlığımızı əbədiyyətə qovuşdurmuş H.Arif ədəbiyyatımızda ölümsüzlük qazandı, saz nəfəsli, yaz həvəsli bir sənətkar ömrü yaşadı.

I aparıcı: Əziz qonaqlar! Gecənizi saf nəfəsli, yaz həvəsli şairimizin sözlərinə bəstələnmiş “Ağ çiçəklər” mahnısı ilə bitiririk.

Yığılın bu şənliyə, əl çalın, a dostlar.

Belə gündə şənliyin başqa mənası var.

Nəqarət


Ağ çiçəklər açıb, gör necə güllər açıb,

Bəzənib çöllərimiz, düzlərimiz.

Adın -sanın düşsün dilə,

Yaraşırsan bizim elə,

Alqış sənə, Azərbaycan qızı!

Elimizin güclü qolu, qüdrəti, qüvvəti,

Yaradıbdır bu gözəl neməti, sərvəti.

Həmçinin kitabxanada “Aşıq poeziyasının tarixini , keçmişini araşdıran şair”, “Sazlı, sözlü ömrün üfüqləri”, “H.Arifin yaradıcılığında folklorun və sazın rolu”, “Parlaq istedadlı şair-H.Arif”, “Poeziyası nəğməyə dönən şair” və sair başlıqlarda mühazirələr təşkil etmək olar.

İstifadə edilmiş ədəbiyyat:

1. Arif H. Seçilmiş əsərləri.-B.: Şərq-Qərb, 2004.-222 s.

2. Arif H. Dünya fikir dünyasıdır.-B.: Yazıçı, 1992-312 s.

3. Tahirov K. Əlamətdar və tarixi günlər, Azərbaycan Milli Kitabxanası.- Bakı, 2013.-424 s.




Yüklə 88,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin