Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Xocalı faciəsi ilə əlaqədar
XX əsrin soyqrımı – Xocalı
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
I Bölmə.
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi.Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər.İnsanlar amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, şəhər isə oda qalandı. Bu Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnaklar silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqrım törədildi. Xocalı erməni-qəsbikarları tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümüdinə buraxılmlşdı. Halbuki xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar.Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirildi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-göy qan ağlayırdı.Xocalı soyqrımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ümumilli lider H.Əliyev Xocalı sakinləri ilə görüşdə demişdir: “ .... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalması gününü görən Azərbaycanın ərazi bütövlüyünü təmin edən, müstəqil Azərbaycanın hüquqlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.
Xocalı soyqrımının 20 ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqrım törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətə görə yollarda, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqrımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqrımının dünya istiqamətində tanınmasında böyük işlər görüb.Xocalı soyqrımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən fəciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək, eyni zamanda, Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə “Xocalıya ədalət-Qarabağa azadlıq” devizi altında beynəlxalq kompaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.Bizim hər birimiz bu kompaniyalara dəstək verməliyik. Harada yaşamağından aslı olmayaraq-Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya ortaya qoymalıdır.
Tarix heç nəyi unutmur!
Allah bütün şəhidlərə rəhmət eləsin!
II Bölmə. Faciənin 21-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər.
26 Yanvar 1992-ci il.Bu qanlı faciədən 21 il ötür. Hər il olduğu kimi bu ildə Xosalı faciəsi ilə bağlı kitabxanamızda da tədbirlər planı hazırlanmışdır. Bu tədbirlərin sayı çox genişdir. Belə ki, tədbirlər planına kitab sərgisini, foto sərgisini, ədəbi-bədii kompozisiya, anım günləri və və sairə tədbirlər daxil etmək olar.İlk öncə kitabxanada kitab sərgisi və şəhidlərimizin foto stendləri hazırlanmışdır. Sərgi müxtəlif başlıqlarda keçirilə bilər: “Xocalı harayı”, “XX əsrin faciəsi” və sair.
“XXəsrin soyqrımı” adlı sərginin sxemini veririk.
1.Başlıq. “XXəsrin soyqrımı”
2.Mövzuya aid şəkillər.
3.Dövrü mətbuatda çap olunan məqalələr.
4.Xocalı faciəsinə aid nəşr olunan kitablar
5.Şeir parçası.
____1____
_____ ____ 2 ____ ____
_____ ___3___ _____
______ 4 _____
_____
Şeir parçası:
Ayrıldı anadan bala o gecə,
Söyləyin unudaq o günü necə?..
Al qana boyandı o gözəl küçə,
Xocalı dərd oldu ürəyimizdə.
Kitabxanada Xocalı faciəsi ilə əlaqədar keçirilən tədbirlərin siyahısına xatirə gününü də daxil etmək olar. “Xocalıya ədalət” başlıqlı xatirə gününün ssenarisini veririk:
26 fevral 1990-cı il ...
Elan olunmamış mühazirə sözləri yazılmış plakat asılıb. Aparıcılar səhnəyə çıxır.
I aparıcı: Xocalı soyqrımı tarixin qanlı günü
O əlli il əvvəlki xalqın faciəsiydi.
Millətin soyqrımı, millətin qətl günü
Minilliyin, həm əsrin ən böyük genosidi.
Xocalı soyqrımı xalqın faciəsiydi.
II aparıcı: Daş üstə daş qalmadı bir şəhərdən
o gecə,
Düşmən öz amalına yetişmişdi beləcə.
Yandırıldı torpaq, səma alov göyə büləndi.
Yandırıldı od içində Xocalım dərdli-dərdli.
I aparıcı: Adamların qanıyla
Yuyuldu ana torpaq.
İşgəncələr verildi
O gün xalqıma Allah!
Güllələndi millətim,
Tapdalandı qeyrətim
Xocalıda o gecə.
II aparıcı: Dünya niyə susubdur
Məgər görməyir bunu?
Müdafiə edirlər
Erməni quldurunu.
Susduracam od çıxan
Cingiltili səsini.
Qulağını aç eşit
Koroğlu nərəsini.
I və II oxucu: Cinayətkar cəzasını
Çəkməlidir onu bil
Xocalı mənimkidir,
Düşmənim geri çəkil!
Sonda Xocalı faciəsinə aid lentlər göstərilə bilər.
Eyni zamanda kitab icmalı da keçirə bilərik. Məsələn S. Müslümqızının “Qar üstə qan yağırdı”, H. Məmmədlinin “Zəngulə” və sair.
“XX əsrin soyqrımı-Xocalı” kitabının müzakirəsini də keçirmək olar.
Bu insanlığa qarşı törədilmiş cinayəti xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında böyük vəzifələr durur.”Tariximizin qara yazısı”, “Xocalı soyrqrımı bəşəri cinayətdir”, “Xocalım yurdum mənim”, “Tarixin qan yaddaşı”, “Əsrə bərabərgecə” və sairə başlıqlarda mühazirə, söhbətlər təşkil etmək.Kitabxanalara tövsiyə edirik ki, Xocalı faciəsi ilə əlaqədar dərc olunan materialları mövzu kartatekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.
Oxuculara tövsiyə olunan ədəbiyyatın siyahısı:
Aşırlı A. Türkün Xocalı soyqrımı [Mətn].-Bakı:Nurlan,2005.-152s.
Xəlilqızı Ə. Güllələnmiş uşaqlıq [Mətn].-Bakı: Çaşıoğlu,2007.-295s.
Xocalı XX əsrin soyqrımı [Mətn].-Bakı:Azər Tac, 2012.-130s.
Soyqrım cinayəti [Mətn].-Bakı:CBS Poliqrafiya,2010.-87 s.
Məmmədov S. Xocalı soyqrımı [Mətn].-Bakı:Kitab aləmi, 2010.-16s.
İstifadə olunan ədəbiyyat:
1.XX əsrin xocalı soyqrımı.-B.:Azər tac,2012.-130s.
2.Əliyev İ.Əsrin faciəsi:Xocalı faciəsi haqqında,Xalq qəzeti.-2011,s.3
3.Abdinli S. Öldürdülər bir şəhəri,Planet.-2012, fevral s.3
4.Xocalı qisasa səsləyir bizi, Mədəni həyat .- 2011,s.8-9.
Dostları ilə paylaş: |