Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə56/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   52   53   54   55   56   57   58   59   ...   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

31 Mart Azərbaycanlıların soyqrımı ilə əlaqədar



Erməni təcavüzünün qanlı səhifələri

(metodiki vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: İbrahimxəlilova Rahilə - MKS-nin Metodika və

Biblioqrafiya şöbəsinin boyük metodisti.

Azərbaycan xalqına dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqrımı da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci il illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Qısa bir müddətdə bu ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqrım Azərbaycan (xalqının) torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbikarları1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişdilər.

Azərbaycanlıların soyqrımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkaranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.

1920-ci ildə Zəngəzuru və azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrlə əl atmışdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında”xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSr-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiya həyata keçrildi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımdan 95 il ötür.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdi.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını yandırmış, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binası yandırılmışdır.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqrım siyasəti təkcə bakı şəhəri ilə məhdudlaşdırılmamışdır. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olmuşdur.Erməni daşnakları Lənkaran, Muğan və Dağlıq Qarabağda minlərlə kəndi yandırmış, on minlərlə insanı vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-də Azərbaycan Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamenti 31 mart tarixinin azərbaycanlıların soyqrımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı şoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olunmuşdur.1918-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqrımı haqqında” fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqrımı Günü kimi qeyd olunur.

II. Bölmə: 31 mart - Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar keçirilən tədbirlər.

Hər il olduğu kimi bu il də Azərbaycanlıların soyqrımı günü ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.Belə ki, tədbirlərə kitab sərgisi, anım günləri, mühazirələr daxildir. Sərgi müxtəlif başlıqlarda ola bilər. “Əsrin qnlı faciəsi”, “31 mart Azərbaycanlıların soyqrımı günüdür”, “Erməni vəhşiliyinin canlı izləri” və sairə.

“31 mart-Azərbaycanlıların soyqrımı günüdür” başlıqlı sərginin sxemini veririk.

1.Başlıq. “31 mart-azərbaycanlıların soyqrımı günüdür”.

2.Mövzuya aid şəkillər.

3.Dövrü mətbuatda çap olunan məqalələr.

4.Soyqrım münasibətilə çap olunan kitablar.

____1____

________ ____2____ ________

________ 3 ________

____4____

31mart-Azərbaycanlıların soyqrımı günü xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında daha çox vəzifələr durur. Kitabxanalara tövsiyə edirik ki, Soyqrım günü ilə əlaqədar dərc olunan materiallardan mövzu kartotekası (şəklində) hazırlayıb oxucuların istifadəsinə versinlər.

Oxuculara tövsiyə olunan ədəbiyyat siyahısını veririk.

1.Əliyev N. 1917-1920-ci il illərdə Azərbaycanda türk-müsəlman soyqrımları ilk mənbələrdə [Mətn] /N.Əliyev: elmi red. İ. Musa: red.A. Əliyev .-Bakı: Nurlan, 2009.- 203s.

2.Ələkbərli Ə.Qərbi azərbaycanlıların 1988-ci il soyqrımı [Mətn]: Sənədlərin dili ilə /Ə. Ələkbərli; məsləhətçilər: Ə. Həsənov, A.Səfərov; red.: B.Budaqov, H.Mirzəyev; rəyçilər: Q. Sadıqov, İ.Məmmədov.-Bakı: [Nurlan], 2008.-560s.

3.İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqrımı probleminin tarixşünaslığı: 1918-1920 [Mətn] /A. İsgəndərov; elmi red.:Y. Mahmudov, F.İbrahimli, xüsusi red.S.Yaqubov.-Bakı: Adiloğlu, 2006.-396s.
İstifadə edilmiş ədəbiyyat:

1.R.Tahirov. Əlamətdar və tarixi günlər təqvimi-2013; M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı,2012.- 440s.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin