Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə53/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi

ilə əlaqədar

Firudin bəy Köçərli 150

(metodik vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

Biblioqrafiya şöbəsinin müdiri.



I. Həyatı və yaradıcılığı

F. Köçərli 1863-cü il yanvar ayının 26-da Şuşada dünyaya gəlmişdir.

1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur.

1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlmiş və bu yolla Firidun bəy öz taleyini seminariyaya bağlamışdır.

1885-1896-cı illərdə İrəvan gimnaziyasında, sonra QMS-nin Azərbaycan şöbəsində müəllim işləmişdir.

1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunmuş, 1918-1920-ci illərdə onun təşəbbüsçüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. “Vətən dili”nin I hissəsinin (VII nəşr) yenidən işlənməsində F.Köçərlinin xidmətləri böyük olmuşdur.

O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayətləri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir.Köçərlinin “Darı və buğda” əsəri “Vətən dili” kitabına salınmışdır.

F.Köçərli 1885-ci ildə İrəvana gəlmişdir.1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi F.Köçərli İrəvanda teatr tamaşası təşkil etmişdir. Həmin tamaşa M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilmişdir. Lakin F. Köçərli 1895-ci ildə İrəvanı tərk etmişdir.

O, 1917-ci ildə siyasi proseslərə qoşulmuş, “Müsavat” partiyasına daxil olmuşdur.

1920-ci ilin mayında Qazax kommunistləri onu və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə” və sairədə ittiham edərək həbs etmiş, şahidlər dindirilmədən, verilən izahatlar nəzərə alınmadan güllələnmişdir.



Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin