Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Ənvər Məmmədxanlının 100 illik yubileyi
ilə əlaqədar
Ənvər Məmmədxanlı-100
(metodik vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin müdiri.
-
Həyat və yaradıcılığı.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına Sənaye Texnikumunda təhsil almışdır.(1926-1931). Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır.
1931-1934-cü illərdə Bakıda mexaniki zavodda texnik, 1934-1936-cı illərdə, Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, 1936-1938-ci illərdə Moskvada Ali Kinomatoqrafiya İnstitunda müdavim, 1941-1942-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi olmuşdur. İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. Bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur.1943-1944-cü illərdə Bakıda Azərbaycan Radio verlişləri Komitəsində redaktor kimi çalışmışdır. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışmışdır. (1944-1946).
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. “Şərqin şəhəri” (1947), “Od içində”(1951) pyesləri və “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür.
Ə.Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba(1967), Türkiyə(1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. Xidmətlərinə görə Azərbaycanın Əməkdar İncəsənət xadimi(1968), Azərbaycan Xalq yazıçısı(1987) iki dəfə “Şərəf nişanı”(1946-1949), “Qırmızı Əmək Bayrağı(1980-1983) və “İkinci-Dünya müharibəsi”(ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülmüş, amma mükafat alanları siyahısında müəllifin adı olmamışdır.
Ənvər Məmmədxanlının 1990-cı il dekabr ayının 19-da Bakıda vəfat etmiş, Fəxri Xiyabamda dəfn edilmişdir.
-
Dostları ilə paylaş: |